Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Sərkisyan və Köçəryan təkrar meydanda: Paşinyan üçün anons verildi
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sərkisyan və Köçəryan təkrar meydanda: Paşinyan üçün anons verildi

Sərkisyan və Köçəryan təkrar meydanda: Paşinyan üçün anons verildi


Dünən, 06:24
Sərkisyan və Köçəryan təkrar meydanda: Paşinyan üçün anons verildi
Ermənistanda 2026-cı ildə keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə bağlı siyasi partiyalar arasında hazırlıqlar davam edir. Keçmiş prezident Robert Köçəryanın sonuncu mətbuat konfransında seçkilərdə rəhbəri olduğu “Hayastan” partiyası və şəxsinin də iştirak edəcəyini açıqlaması ictimaiyyətdə müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, bir çox erməni ekspertlər hazırkı hökumət və baş nazir Nikol Paşinyanın vəzifədən kənarlaşdırılması üçün müxalifətin birləşməli olduğuna dair çağırışlar səsləndirir.

Xüsusilə keçmiş prezident Serk Sərkisyanın Robert Köçəryanla birləşməsi və Paşinyana qarşı bərabər mübarizə aparmaları təklif olunur.

Politoloq Vladimir Martirosyan Sərkisyan və Köçəryana güclərini birləşdirmələri üçün çağırış edib:

“Hörmətli Sərkisyan və Köçəryan, sizin hakimiyyətə gəlmə və səlahiyyətinizə son verilməsinin, siyasi maraqlarınız və təbliğatınızın, təhlükəsizlik konsepsiyanız, hətta ümumilikdə keçmişinizin bir adı vardı, o da “artsax” idi. İndi Ermənistanın sizin müştərək bioqrafiyanıza, birləşməyinizə ehtiyacı var. İnanın ki, hazırda xalqı sizin siyasi keçmişiniz, prezidentliyiniz dövründə hansı işlə məşğul olmağınız maraqlandırmır, müxalifətin qalib gəlməsi üçün yeganə yol bərabər mübarizə aparmaqdır”.

Maraqlıdır ki, bu məsələ ilə bağlı ilk çağırış edən şəxs Martirosyan deyil. Hətta Köçəryanın mətbuat konfransı zamanı da jurnalistlərdən biri onun Sərkisyanla güclərini birləşdirmə ehtimalının olub-olmadığını soruşdu. Lakin keçmiş prezident Sərkisyanla bərabər mübarizə aparmaq niyyətində olmadığını bildirdi.

Hazırda Paşinyan və komandasının hakimiyyətdən göndərilməsi üçün yeganə yolun iki keçmiş prezidentin ortaq hərəkət etməsi olduğu bildirilir. İddialara görə, hər nə qədər mətbuata fərqli təqdim olunsa da, seçkilərə az qaldığı müddətdə iki keçmiş liderin pərdəarxası görüş keçirə biləcəyi və müəyyən razılaşma əldə etməsi gözləniləndir. Lakin hələ ki, hər iki tərəfdən də bu istiqamətdə hər hansı siqnal müşahidə olunmur.

Həmçinin Serj Sərkisyanın da partiyası ilə birlikdə növbəti seçkilərə qatılacağı, hətta indidən hazırlıqlara başladığı bildirilir. Hər iki keçmiş liderin son aylarda tez-tez Rusiyaya səfər etdikləri vurğulanır.
Geri qayıt