Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Kadırovun BULANIQ MƏQSƏDİ...
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Kadırovun BULANIQ MƏQSƏDİ...

Kadırovun BULANIQ MƏQSƏDİ...


Bu gün, 08:24
Kadırovun BULANIQ MƏQSƏDİ...
Kadırovun vurduqları AZAL təyyarəsinin ekipaj üzvlərini “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalları ilə təltif etməsində məqsəd belə “xoş niyyət”lərlə Bakını təyyarənin vurulması faktına görə Moskva qarşısında irəli sürdüyü tələblərindən – günahkarların məsuliyyətə cəlb edilməsi, kompensasiyanın ödənməsi – imtina etməsinə nail olmaqdır.
Rusiya informasiya məkanında təyyarə məsələsinə görə Azərbaycana qarşı kampaniyada “Putinin üzrxahlığının yetərli olduğu, Moskva ilə münasibətlərin daha vacib olduğu” kimi tezislər irəli sürülürdü. Kadırovun “mükafatı” da Bakıya “Rusiya yalnız bunları edə bilər” mesajının verilməsinə hesablanıb. Hərçənd, Bakının haqlı tələbini Putinin üzrxahlığı belə dəyişdirməyib, nəinki Kadırovun “mükafatı” ilə nəyəsə nail olsunlar. Moskva Bakının tələblərində “son həddi” görmək istəyir, sülhməramlılar məsələsində belə gedişlər intensiv şəkildə müşahidə olunurdu. Azərbaycanın müqaviməti bu məsələdə də həlledici rol oynayacaq.

Asif Nərimanlı - "DİA-AZ"

Geri qayıt