Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Professor iranpərəstlərin hədəfinə çevrilib

Professor iranpərəstlərin hədəfinə çevrilib


Bu gün, 09:39
Professor iranpərəstlərin hədəfinə çevrilib
“Əvvəl iranpərəstlərlə rastlaşanda salamlaşırdıq, indi üzlərini çevirib gedirlər, salamlaşmırlar. Onların belə hərəkətlərinə bir söz deyə bilmərəm, özləri bilərlər. Nəzərə almaq lazımdır ki, mən Azərbaycanda yaşayıram və dövlətimi müdafiə edirəm, onun maraqlarını önə çıxarıram”.

Bunu Reyting.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli son vaxtlar sosial şəbəkələrdə iranpərəstlərin tənqidinə tuş gəlməsinə münasibət bildirərkən deyib.

Professor Q. Hüseynli əlavə edib ki, İranda gedən prosesləri ayrı-ayrı KİV-lərdə qiymətləndirir, bəzən tənqidlər də səsləndirir: “İndiki İran rejiminin fəaliyyətini tənqid də edirəm, hazırkı vəziyyətin uzun sürməyəcəyini deyirəm. Ölkəmizdəki iranpərəstləri məndən narazı salan da budur”.

Q. Hüseynli bildirib ki, onu sosial şəbəkələrdə və digər platformalarda tənqid edənlərin bəzilərini yaxşı tanıyır: “Hətta həmin şəxslərin üzünə baxan kimi mənşələri haqqında təəssürat yarana bilər. Biri var idi, əvvəl mənimlə normal münasibətdəydi. Amma mən İranla bağlı tənqidi fikirlər səsləndirdikdən sonra, əleyhimə danışmağa başlayıb. Sözsüz ki, mən belə şəxslərə fikir vermirəm və fəaliyyətimi davam etdirirəm. Baş verənləri bundan sonra da doğru-dürüst şəkildə şərh edəcəyəm”.

Q. Hüseynli təklif edib ki, televiziya kanallarında şou proqramlarının vaxtı azaldılsın, əvəzinə vətənpərvərlik, milli kimlik tipli maarifləndirici, insanları bir araya gətirən proqramlar hazırlansın. Çünki həmrəylik alternativi olmayan dəyərdir.

Geri qayıt