Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “ASAN xidmət”in 7 tenderini 1 şirkət uddu
“ASAN xidmət”in 7 tenderini 1 şirkət uddu19-02-2025, 15:33 |
![]() Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) tərəfindən keçirilən 7 tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub. Yeniavaz.com-un məlumatına görə, tender müsabiqələrinin qalibi “Təmziliyin İncisi” MMC (VÖEN- 1004445421) şirkəti olub. Müsabiqənin şərtlərinə görə “Təmziliyin İncisi” MMC aşağıda qeyd olunan “ASAN xidmət” mərkəzlərində bu ilin sonuna kimi təmizlik və bu qəbildən olan digər işləri görəcək. - Şamaxı, Şəki, 1 saylı Sumqayıt və 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzləri – 789 455,16 AZN; - Sabirabad, Ağcabədi və İmişli regional “ASAN xidmət” mərkəzləri – 861 798,25 AZN; - Tovuz, 1 saylı Gəncə və 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzləri – 716 363,84 AZN; - Bərdə, Kürdəmir, Mingəçevir və Balakən regional “ASAN xidmət” mərkəzləri – 796 529,03 AZN; - Naxçıvan, Masallı və Lənkəran regional “ASAN xidmət” mərkəzləri – 847 516,59 AZN; - Dövlət Agentliyinin inzibati binasında və 7 saylı Bakı “ASAN xidmət” mərkəzində – 874 906,87 AZN; - 1, 2 və 6 saylı Bakı “ASAN xidmət” mərkəzləri – 697 970 AZN; Açıqlanan məlumatlardan da görünüdyü kimi “ASAN xidmət” bu ilin 13 fevral-30 dekabr tarixləri aralığında görüləcək təmizlik işləri üçün “Təmziliyin İncisi” MMC-yə ümumilkdə 5 milyon 584 min 539 manat 74 qəpik ödəyəcək. Qeyd edək ki, 5,6 milyon manatlıq tender müsabiqələrinin qalibi olan “Təmziliyin İncisi” MMC 7 noyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Binəqədi rayonu, M. Rəsulzadə ŞTQ, ev 59, 8-ci sıra” olaraq göstərilir. Qanuni təmsilçisi isə Qurbanov Əvəz İsmayıl oğludur. Onu da bildirək ki, barəsində açıq mənbələrdə heç bir məlumat olmayan “Təmziliyin İncisi” MMC ötən ilin sonuna kimi “Parlaq Məkan” MMC adı ilə fəaliyyət göstərib. “Parlaq Məkan” MMC də son illər “ASAN xidmət”in keçirdiyi onlarla tender müsabiqəsində qalib olub. Geri qayıt |