Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bu ölkələrdəki yüksək inflyasiya bizdə də qiymət artımına səbəb ola bilər
Bu ölkələrdəki yüksək inflyasiya bizdə də qiymət artımına səbəb ola bilər19-02-2025, 09:45 |
![]() Məlum olduğu kimi, ölkə daxilində qiymətlərin artmasına təsir edən əsas səbəblərdən biri idxal inflyasiyasıdır. Yeniavaz.com xəbər verir ki, idxal inflyasiyası xarici ölkələrdən idxal olunan malların və xammalın bahalaşması nəticəsində yerli bazarda qiymətlərin yüksəlməsi prosesidir. Yəni, bir ölkənin xaricdən aldığı məhsulların qiyməti artdıqda, bu, daxili bazarda da qiymətlərin yüksəlməsinə səbəb olur. Xəbər verdiyimiz kimi, Mərkəzi Bank bu il Azərbaycanda 5,5% həddində inflyasiya (qiymət artımı) olacağını açıqlayıb. Lakin qeyd edək ki, bu ilin yanvar ayında idxalda Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə daha yüksək inflyasiya baş verib. Bu ilin yanvar ayında Azərbaycana idxal edilən 2 milyard 52 milyon dollarlıq məhsulun 46%-i dörd ölkənin payına düşüb. Yanvar ayında Çindən gətirilən məhsulların ümumi idxaldakı payı 18,4%, Rusiyadan 16,1%, Türkiyədən 8,5%, İrandan gətirilən məhsulların ümumi idxaldakı payı isə 2,7% olub. Onu da bildirək ki, yanvar ayında adları qeyd olunan ölkələrdən yalnız Çində aşağı inflyasiya qeydə alınıb. Çində inflyasiya səviyyəsi 0,5% təşkil edib. İnflyasiya səviyyəsi digər ölkələrdə – Türkiyədə 42,12%, İranda 31,8%, Rusiyada isə 9,9% olub. Geri qayıt |