Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…”
Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…”Bu gün, 06:36 |
Ötən il dekabrın 25-də AZAL-ın sərnişin təyyarəsinin Rusiyaya məxsus “Pansir” raketi ilə vurulması nəticəsində Qazaxıstanda qəzaya uğramasından sonra Bakı və Moskva arasında gərginlik davam edir. Mövcud vəziyyətdə Bakıdakı “Rus evi”nin fəaliyyətinin məzmunu gündəmə gəlib. Hətta bu mərkəzin “casus yuvası” olduğuna dair iddialar səsləndilir və bağlanmalı olduğu bildirilir. Xüsusilə Baku TV-nin hazırladığı süjet mərkəzlə bağlı müzakərələri daha da artırıb. Bəs Bakıdakı “Rus evi” nə vaxt yaradılıb, hansı işlər görür? Əgər həqiqətən bura “casus yuvasıdır”sa, onun fəaliyyətinə bu vaxta kimi necə icazə verilib? Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, bəzi dövlətlər maraq dairəsində olan ölkələrdə həm mədəniyyətini yaymaq, həm də digər müəyyən fəaliyyətlər üçün bu kimi mərkəzlər açır: “Belə yerlər heç də həmişə casusluq, kəşfiyyat məqsədinə xidmət etmir. Bəzən həqiqətən də sadəcə mədəniyyəti yaymaq, ölkəni tanıtmaq üçün açılır. Amma məhz Bakıdakı “Rus evi” ilə bağlı bir çox iddialar var. Rusiyanın bu mərkəzdən kəşfiyyat və agent fəalliyyəti üçün istifadə etməsi ilə bağlı iddia yalnız araşdırmalardan sonra aydınlaşdırıla bilər. Dövlətin əlində belə bir məlumat varsa, hər halda tədbir görəcək”. Politoloq bildirib ki, son illərdə ölkədə ciddi bir agent “ovu” prosesi həyata keçirildi: “Bir çox ölkənin agentura şəbəkəsi çökdürüldü. Bu baxımdan Rusiya ilə gərginlik fonunda da bənzər bir addım atıla bilər. “Rus evi”nə kimlərin gedib-gəldiyi az-çox məlumdur. Lazımi araşdırma aparılarsa, bu şəxslərlə əlaqə yaradılıb informasiya alına bilər. Mərkəzin bağlanması da sadəcə dövlətin verə biləcəyi qərardır. Zərurət yaranarsa, əlbəttə ki, edilə bilər”. Geri qayıt |