Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə

Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə


Dünən, 08:53
Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə
Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası faktiki olaraq burada beynəlxalq normalara zidd fəaliyyət göstərir və üstəlik müddətini uzatmaq, miqyasını genişləndirmək üçün çabalar göstərir.

Missiya üzvləri növbəti dəfə Qazax istiqamətində peyda olub. Hərbi-casus şəbəkəsinin üzvlərinə məxsus iki avtomobil Azərbaycanla şərti sərhədlər istiqamətində müşahidələr aparıblar. “Binokl diplomatiyası”nın nümayəndələrinin Zəngilan istiqamətində də fəaliyyətini aktivləşdirdiyi məlum olub. Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirilən Aİ-nin müşahidə missiyasına məxsus maşın karvanının sərhədə doğru irəlilədiyi Azərbaycan tərəfdən sonadək izlənilib. Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.

Yazı çapa hazırlanarkən məlum oldu ki, Aİ missiyasının ömrünün uzadılması barədə qərarın qəbulu yaxın saatlarda reallaşacaq. “Əgər son dəqiqə sürprizləri olmasa, səfirlər Avropa Birliyinin mülki missiyasının daha iki il, 2027-ci il fevralın 19-dək Ermənistanda qalması layihəsini təsdiq edəcəklər”. Publika.az xəbər verir ki, bunu "AzadlıqRadiosu"nun Avropa üzrə redaktoru Rikard Jozviak bildirib. Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 beynəlxalq müşahidəçi və Ermənistandan 44 əməkdaş. Missiyanın müşahidə zonası, rəsmi açıqlamaya görə, Naxçıvan bölməsi də daxil olmaqla, bütün Ermənistan-Azərbaycan sərhədi boyunca uzanacaq. Bu addım onu deməyə əsas verir ki, Ermənistan sülh müqaviləsini imzalamaqda maraqlı deyil. Çünki Bakı sərhədlərdə üçüncü qüvvənin olmasını istəmir. Öncə İrəvanın bu haqlı tələbi qəbul edəcəyi gözlənilirdi. Amma görünür, Brüsseldən gələn əmrdən sonra İrəvan geri çəkilib. Yeri gəlmişkən, imzalanma mərasimi məhz Brüsseldə baş tutacaq.

Fevralda müddətin uzadılacağı gözlənilir. Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası son günlərdə aktivləşib və sərhədimizə gələrək müşahidələr aparır. Görünən budur ki, missiya öz mövcudluğunu qorumaq, burada guya lazım olduğu görüntüsünü yaratmaq üçün dəridən-qabıqdan çıxır. Deputat Azər Badamov deyib ki, müşahidə missiyasının müddəti fevral ayının sonunda bitəcək: “Buna görə də onlar son günlər aktivlik nümayiş etdirərək müddətlərini uzatmaq üçün özlərinin lazımlı olduğunu nümayiş etdirirlər. Əslində onlar heç kimə lazım deyillər və onların olmasının ancaq ürək bulandırmaqdan başqa bir təsiri, nə də Ermənistana xeyri yoxdur. Sülh müqaviləsinin imzalanması üçün tələblərimizdən biri həm də Aİ-nın müşahidə missiyasının fəaliyyətinin dayandırılmasıdır. Hesab edirəm ki, Ermənistan rəhbərliyi ağlını başa yığacaq və regiona sülhün gəlməsini əngəlləyən qurumların ləğv olunması üçün qətiyyət nümayiş etdirəcək. Çünki regiona sülhün gəlişi Ermənistana hamıdan çox lazımdır”.

Rəsmi Bakının məsələ ilə bağlı xəbərdarlıqları ortadadır. Dövlət başçımız bir neçə dəfə özünün prinsipial mövqeyini elan edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin 14 oktyabrında Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən bildirmişdi ki, Avropa İttifaqı əvvəllər olduğu kimi, Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamalıdır. Sitat: “Belə ki, Avropa İttifaqı torpaqlarımızın işğalı dövründə bu məsələdə heç vaxt fəal olmamışdır. Bizim bununla bağlı o dövrdə Avropa İttifaqına və Avropa institutlarına xeyli sayda müraciətlərimiz belə cavablandırılırdı ki, bu məsələ ilə Minsk Qrupu məşğul olur, Avropa İttifaqının bu məsələyə aidiyyəti yoxdur. Hazırda isə Avropa İttifaqının bu məsələyə fəal cəlb olunduğu görünür. Lakin əfsuslar olsun ki, Brüsseldə, Avropa İttifaqının mənzil-qərargahında bəziləri tərəfkeşlik edirlər. Bu, qeyri-məhsuldar bir mövqedir, yalnız etimadsızlıq yaradır və Avropa İttifaqını normallaşma prosesindən təcrid edir. Dövlətimizin başçısı vurğuladı ki, əgər mümkündürsə, mən belə bir tövsiyə edərdim ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığının davam etdirilməsi naminə Fransanın yolu ilə gedilməsin, özlərini Fransanın təsirinə salmasınlar”.

Prezident onu da bildirmişdi ki, Prezident İlham Əliyev onu da vurğulamışdı ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası “Avropa müşahidəçilər missiyasının” müddətinin bizim razılığımız olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılmasıdır. “Buna nə ehtiyac var idi?! 2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, "binokl diplomatiyası" heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi", - Prezident etirazını ifadə etmişdi. Dövlətimizin başçısı onu da bildirmişdi ki, biz Avropa İttifaqı ilə təmaslarda bu məsələni qaldıracağıq.

Bütün bunlardan sonra Ermənistanın birtərəfli qaydada qəbul etdiyi qərar onun sülhdən imtinasının növbəti dəfə aydın təzahürüdür və şübhəsiz ki, gərginliyi tətikləyir. Beləliklə, Ermənistan rəhbərliyi ölkəsini yenidən təhlükəli oyunlara meydan edir. Bu da o deməkdir ki, sülh müqaviləsinin imzalanması ilə bağlı davam edən proses rəsmi İrəvanın birtərəfli qərarları səbəbindən təxirə düşə bilər. Bəs ekspertlər nə düşünür, missiya öz maraqları üçün bu ərəfədə Ermənistanı təxribatlar törətməyə vadar edə bilərmi? Bu baş verərsə, məsuliyyət kimindir?

Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqının, legitimliyini çoxdan itirmiş qondarma “müşahidə” missiyasının Ermənistandakı mövcudluğunun davam etdirilməsi ilə bağlı rəsmi İrəvanın mövqeyi aydındır: “Nikol Paişinyanın missiyanın mövcudluğunu delimitasiya prosesi ilə əlaqələndirməsi də bunu təsdiqləyir. Rəsmi İrəvan Azərbaycanın Aİ missiyası ilə bağlı haqlı və əsaslı təklifinin qarşılığında, faktiki yarımhərbi təsisatın ərazini tədricən, delimitasiya prosesinə uyğun olaraq tərk etməsi təklifi ilə çıxış edib. Yəni bu, o deməkdir ki, "müşahidə" missiyası sərhədin, yalnız delimitasiya olunan hissəsindən çəkiləcək və Ermənistan-Azərbaycan sərhədlərini delimitasiya prosesi tam başa çatdıqdan sonra tərk edəcək. Azərbaycan-Ermənistan sərhədlərinin uzunluğu 1007 km-dir. İndiyədək 1007 kilometrin, sadəcə 13 km-ə qədəri delimitasiya və demarkasiya edilib. Əgər 13 km-lik bir hissənin razılaşdırılmasına, az qala bir neçə il sərf olunubsa, yerdə qalan 9994 kilometrlik hissəyə nə qədər vaxt sərf oluna bilər? Bununla bağlı konkret vaxt dilə gətirmək mümkün deyil".

E.Mirzəbəyli qeyd etdi ki, relyefi və ziddiyyətləri nəzərə alsaq, proses illər apara bilər: “Deməli, Ermənistan hazırda Aİ-nin qondarma və yarımhərbi missiyasının sərhəd bölgəsini tərk etməsində maraqlı deyil, çünki bu təsisat İrəvana delimitasiya prosesində təzyiq aləti kimi lazımdır. Məhz bu səbəbdən, qondarma missiyanın "müddətinin uzadılması" ilə bağlı addım atılacaq. Bu isə o anlama gəlir ki, qondarma missiyanın mövcudluğunu davam etdirdiyi müddətdə sülh müqaviləsi imzalanmayacaq. Təxribatların isə sərhədin delimitasiya olunacaq növbəti hissəsi ilə bağlı müzakirələrin yekun mərhələyə yaxınlaşacağı zaman kəsiyində baş verə biləcəyi ehtimalı daha çoxdur. Yaz aylarından etibarən Ermənistandakı revanşist müxalif qüvvələrin də hərəkətə keçəcəyi, ritorikanın sərtləşəcəyi, alternativ revanşçı “hərəkatların” yarana biləcəyi gözlənilir".

Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə şübhə etmir ki, Avropa ittifaqının Azərbaycan və Ermənistan sərhədində mülki missiyası deyil, bu, kəşfiyyat missiyasidır: “İki dövlət arasında ikitərəfli danışıqlar gedirsə, delimitasiya və demarkasiya prosesi üzrə komissiya varsa, belə bir müşahidə missiyasına ehtiyac yoxdur. Avropa İttifaqı çalışır ki, fevraldan sonra iki il müddətində fəaliyyətini davam etdirsin. İttifaq Nikol Paşinyana da təzyiqlər edir. Azərbaycanla Ermənistan sərhədində nisbi sakitlikdir. Amma Avropa İttifaqının mülki missiyası hər gün patrul həyata keçirir və bunu nümayişkaranə etməklə, bir növ böhran olduğu görüntüsünü yayır. Çalışırlar ki, sərhəddə təxribat olsun. Xüsusilə Fransa burada maraqlıdır. Bununla da əsas yaratmağa çalışırlar ki, vaxt uzansın. Əgər mandat uzansa, bu, sülh danışıqlarına kölgə salmış olacaq. Onların fəaliyyəti sülhə xidmət etmir və prosesləri sabotaj edir”. Ekspert xatırlatdı ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali Komissarı regiona gələcək: “O, Azərbaycan və Ermənistanda səfərdə olacaq. Azərbaycan bununla bağlı etiraz etməlidir. Ermənistan baş naziri də bu məsələdə öz mövqeyini ortaya qoymalıdır. Kənar güclərin şərti sərhəddə fəaliyyəti yalnız onların öz geosiyasi maraqlarına xidmət edir. Avropa İttifaqı ilə Ermənistan arasında mantadın uzadılması ilə əlaqədar razılaşma əldə olunarsa, ciddi siyasi gərginliyə gətirib çıxaracaq. Ermənistan hakimiyyəti özü siyasi iradə ortaya qoymalıdır. Gürcüstanla sərhəddən İrana kimi sərhədin müəyyənləşdirilməsi razılaşdırılıb. Ona görə də mandatın uzadılmasına ehtiyac yoxdur. Ermənistan buna gedərsə, Azərbaycan birtərəfli şəkildə sülh gündəliyini dondurmalıdir”.

Geri qayıt