Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb

Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb


Dünən, 08:52
Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb
Dünyada hibrid müharibələr artan istiqamətdə gedir. Yeni dövrün ən təsirli silahı hazırda bu sayılır. Azərbaycana qarşı da belə metodlardan istifadə edilir. Qonşu ölkələrdən vaxtaşırı belə hücumlar təşkil olunur. Əslində hücumlar dayanmır, sadəcə, artıb-azalır.

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının bəyanatında bildirilib ki, qonşu dövlətin ərazisindən sosial media platformaları üzərindən aparılan dezinformasiya və informasiya əməliyyatlarının məqsədi və xüsusiyyətləri tədqiq edilib, anti-Azərbaycan kampaniyasında sistemli və mütəşəkkil qaydada iştirak edən şəbəkə müəyyən olunub.

Bəyanatda qeyd edilib ki, kampaniyaya 300-dən çox hesab cəlb edilib. Onların 124-ü “Facebook”-da, 67-si “Instagram”-da, 67-si “Telegram”-da, 32-si “YouTube”-da, 10-u “X”-də və digər sosial media platformalarında fəaliyyət göstərirlər.

Güman ki, söhbət ilk növbədə İran, Rusiya və Ermənistandan gedir.

Hibrid müharibələrə qarşı Bakının əks-planı, müdafiəsi, lazım gələrsə, hücumu nədir? Sosial şəbəkələrdə ölkə, dövlət olaraq mövqeyimiz necədir? Qarşıdakı dönəmdə Azərbaycanı daha böyük hibrid müharibəsi gözləyir?

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, uzun illərdir, qonşu ölkələrdən Azərbaycana qarşı belə yanaşmaların şahidi oluruq:

“Media, sosial şəbəkələr və s. üzərindən ölkəmizə qarşı gələn təhdidlər, dezinformasiyalar, yalan xəbərlər hər kəsə məlumdur. Mütəmadi olaraq bunlar təkrarlanır. Bu vəziyyət 44 günlük müharibədən əvvəl, həmin ərəfədə və ondan sonrakı dövrlərdə də var idi. Azərbaycanın uğurlarını, artan nüfuzunu İran, Ermənistan və Rusiya həzm edə bilmir. Bu o deməkdir ki, Azərbaycanın Türkiyə kimi ölkələrlə strateji münasibət qurması Qərbin və ABŞ-ın xoşuna getmir. Azərbaycanın apardığı xarici siyasət böyük işlərə imza atdı”.

Politoloqun sözlərinə görə, hazırda vəziyyət bir qədər gərginləşib, hər vəchlə Azərbaycana qarşı təbliğat kampaniyaları aparılır:

“Bu məqsədyönlü şəkildə aparılır. Rusiya ilə münasibətlərimiz Ermənistan və İranla müqayisədə daha yaxşıdır. Aktauda baş verən təyyarə qəzasından sonra çox təəssüf ki Rusiya üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Eyni zamanda ölkəmizə qarşı mətbuatda qərəzli yanaşmalar nümayiş etdirməyə başladılar. Bu da iki ölkə arasında müəyyən gərginliyin yaranmasına səbəb oldu.

İranda 30 milyondan çox azərbaycanlının yaşaması hər zaman fars-molla rejimində qorxu hissi yaradıb. Həmin əhali öz soydaşları ilə yaşamaq istəyir. Lakin İranda belə bir təbliğat yürüdülür ki, guya Azərbaycan tarixi torpaqlarına iddia ilə çıxış edir. Azərbaycan və İran münasibətləri tarixən dostluq, tərəfdaşlıq, həm də düşmən səviyyəsində olub. Bugünkü İran prezidentinin belə azərbaycanlı olmasına baxmayaraq İran heç vaxt Azərbaycanın yanında olmayıb. Rəsmi Tehranın yürütdüyü siyasət onun özünə də ziyandır.

Ermənistanla münasibətlər isə hər kəsə məlumdur. Onlar da ölkəmizə qarşı hibrid müharibəni davam etdirirlər. Bu təbliğat mexanizmi apardığımız uğurlu xarici siyasətə qarşı qısqanclıqdan formalaşır. Azərbaycan hər sahədə olduğu kimi bu istiqamətdə də mübarizəsini davam etdirir. Dərc olunan saxta informasiyaların realını təqdim etməklə cavablarını vermiş olur. Güman ki bu istiqamətdə daha böyük işlər görüləcək”.

Geri qayıt