Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Dörd qurum hərəkətə keçdi: iki gün sonra kim qalib gələcək?
Dörd qurum hərəkətə keçdi: iki gün sonra kim qalib gələcək?Dünən, 07:38 |
Plastik cərrahlarla bağlı xeyli vaxtdır müzakirələr gedir. Xüsusilə də ardıcıl ölüm hallarının baş verməsi bu sahəyə diqqəti artırıb. İctimaiyyət plastik cərrahlarla bağlı araşdırmaların başlamasını tələb edir. Səhiyyə sahəsində diplomsuz, tibb təhsili olmayan şəxslərin özlərini həkim kimi təqdim edib, müalicə, əməliyyat aparmaları çoxalıb. Hətta diplomlu, təhsilli plastik cərrahların da əməliyyat zamanı və ya sonrası pasiyentlərindən ölənlər olur. Sonuncu belə bədbəxt hadisə bir neçə gün öncə baş verib. Bakıdakı klinikalardan birində rinoplastika əməliyyatı etdirən Nəzrin Mansurlu əməliyyatdan az sonra komaya düşüb. Həkimlərin səylərinə baxmayaraq, o, həyatını itirib. Əməliyyatı icra edən həkim Sənan Mehdiyev saxlanılıb. Hər il bu cür hadisələr bir neçə dəfə təkrarlanır, amma problemin aradan qaldırılması mümkün olmur. Hətta bəzi tədbirlərin həyata keçirilməsi də bu sahədəki özbaşınalığı, qanunsuzluğu dayandırmır. 2024-cü ilin dekabr ayında Səhiyyə Nazirliyində əməliyyat həyata keçirildi. Əməliyyat zamanı 6 nəfər vəzifəli şəxsin saxlanıldığı deyilirdi. Səbəb isə plastik cərrahlara saxta sertifikatların verilməsi idi. Əsas hədəf kimi nazir müavini İlqar Qasımovun adı hallandırılırdı. Saxlanılanlar arasında onun da olduğu bildirilirdi. Sonradan bu mövzu unuduldu. Daha doğrusu, əməliyyatdan 2 gün sonra AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması səbəbindən mövzu gündəmdən çıxdı. Artıq Səhiyyə Nazirliyi ictimai təzyiqlərdən və baş verən hadisələrdən nəticə çıxarıb, plastik cərrahlardan sənədlərini tələb edir. Onlar yanvar ayının 31-nə kimi aidiyyəti üzrə bu sənədləri təqdim etməlidir. Əks təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq. Görəsən, bu tələb, sənədləşmə sözügedən sahədə vəziyyəti normallaşdıracaq, yoxsa bu cür yoxlamalar saxta sertifikatların qiymətini daha da artıracaq? Necə deyərlər, tələb və qadağa “qara bazar”da qiymətləri, rüşvəti daha da artıracaq? Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı Səhiyyə Nazirliyinin açıqlamasından xəbərdar olduğunu deyib. O, həmin şəxslərə bir ay vaxt verildiyini vurğulayıb: “Bəli, səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Bu məlumat 2 yanvarda dərc edilib. Verilən vaxt təxmini 1 ay edir. Düşünürəm ki, tələb olunan sənədləri təqdim edə bilmək üçün verilən vaxt kifayətdir. Biz inanaq ki, yaradılmış Təftiş Komissiyası bu prosesi tam şəffaf həyata keçirəcək. Cərrahi prosedurları icra etmək hüququ olmayanların, fərqi yoxdur, peşəsi həkim olsa belə (məsələn, terapevt, nevroloq və s.), cərrahlıq ediblərsə, ümid edirik ki, hamısı cəzalandırılacaqlar, saxta sertifikatları ləğv ediləcək, həkimlik fəaliyyətlərinə son qoyulacaq, amma məni düşündürən əsas məsələ, bu “cərrahlar”la birlikdə həmin saxta sənədləri verənlər də Səhiyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin də iştirak etdiyi bu təftiş komissiyası tərəfindən cəzalandırılacaqmı? Araşdırılacaqmı ki, saxta sertifikatlar necə əldə edilib? Bunları bazara kim buraxıb?! Məsələnin kökü oradadır”. Nərmin Abbaslı deyib ki, saxtakarlığa yol verənlər cəzalandırılmadıqca, eyni hal davam edəcək: “Siz bu gün ortalıqda saxta sertifikasiya ilə dolananları cəzalandıra bilərsiniz, amma bu sertifikatları verən, saxta hüququ onlar üçün təmin edən kimlərdirsə, onlar cəzalandırılmadıqca yenə də səhiyyəmizin adına bu cür qara ləkələr olacaq. Səhiyyə daxilində keçirilən əməliyyatın əsl peşəkar səviyyədə əməliyyat olacağına inanmaq istəyirəm. Əks halda, saxta sertifikatlı “həkimlərin” əməliyyatlarından bir fərqi olmayacaq və səhiyyəmiz həmişəlik şikəst qalacaq”. Geri qayıt |