Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Dövlət Ehtiyatları Agentliyində XƏYANƏT
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Dövlət Ehtiyatları Agentliyində XƏYANƏT

Dövlət Ehtiyatları Agentliyində XƏYANƏT


Dünən, 00:03
Dövlət Ehtiyatları Agentliyində XƏYANƏT
Hesablama Palatası bir sıra dövlət qurumlarında həyata keçirdiyi auditin nəticələrini açıqlayıb. Belə qurumlardan biri də Dövlət Ehtiyatları Agentliyidir. Audit bu qurumda çoxsaylı nöqsanları üzə çıxarıb. Palatanın açıqladığı məlumatdan aydın olur ki, agentliyin 2022-2023-cü illərdəki fəaliyyət dövrünü əhatə edən audit zamanı 210 milyon 902,1 min manat vəsait üzrə yoxlamalar aparılıb. Məlum olub ki, dövlәt büdcәsinin vәsaitlәrinә olan illik tәlәbatın düzgün müәyyәnlәşdirilmәmәsi şәraitindә 2022-ci ildә 45 milyon manat, 2023-cü ildә 127 milyon 516,3 min manat mәblәğindә vәsait müxtәlif şәrtlәrlә banklara depozitә yerlәşdirilib, depozitdәn qayıtmış vәsaitlәr çıxılmaqla depozitin qalığı 2023-cü ilin sonuna 44 milyon 516,3 min manata bәrabәr olub.

Müvafiq ehtiyatların yaradılması (alınması) üçün dövlәt büdcәsindәn ayrılmış vәsaitin dövlәt sifarişi (dövlәt adından yaradılan publik hüquqi şәxsә dövlәt büdcәsi hesabına mәqsәdli vәsaitlәrin ödәnilmәsi üzrә müqavilә) çәrçivәsindә rәsmilәşdirilmәmәsi әsaslı vәsait qoyuluşuna (eyni ilә nizamnamә fondunun (kapitalının) artırılmasına) aid edilmәyәn vә geri qaytarılması şәrtlәri müәyyәnlәşmәyәn hәmin vәsaitlәrin mövcud hüquqi aktlara әsasәn subsidiya kimi qiymәtlәndirilmәsinә әsaslar yaradıb ki, bu da publik hüquqi şәxslәrin gәlirlәrinә vergi azadolmalarının tәtbiqini tәnzimlәyәn vergi qanunvericiliyinin aidiyyәti müddәalarının tәsir dairәsi ilә әhatә olunmamaqla mәnfәәt vergisindәn yayınma riski yaradıb: “Eyni zamanda auditlә toplanmış bu vә digәr sübutlar publik hüquqi şәxs olan Agentlik tәrәfindәn әvәzsiz әsaslarla pul vәsaitlәri qismindә әldә edilmiş (büdcә vә qeyri-büdcә mәnbәlәrindәn) daxilolmaların gәlirlәrә aid edilmәmәsi üçün hәr-hansı hüquqi әsasların müәyyәnlәşdirilmәdiyi halda 2022-ci vә 2023-cü illәrin maliyyә (mühasibat) uçotu sәnәdlәrindә vә mәnfәәt vergisinin bәyannamәlәrindә müvafiq qaydada gәlirlәrә aid edilmәmәsini göstәrib. Bu, vergi qanunvericiliyinin aidiyyәti müddәalarının şәrtlәri daxilindә vergidәn yayınma risklәri ilә dә müşayiәt olunur”.

Bundan əlavə, saxlanılan әrzaqlıq buğdanın sonrakı dövrlәrdә qalıq hәcminin ölçülmәsi üçün innovativ üsulların mәnimsәnilmәsi vә tәtbiq olunması istiqamәtindә zәruri işlәrin aparılmaması istәr daxili nәzarәt qaydasında monitorinqlәrin, istәrsә dә cari auditin gedişatında sәyyar baxış tәdbirlәrinin hәyata keçirilmәsi zamanı siloların konstruksiyasının mürәkkәbliyi vә әrzaqlıq buğdanın çәkiyә tәsir edәn dәyişkәn xüsusiyyәtlәrinin mövcudluğu şәraitindә qalığın faktiki hәcminin müәyyәnlәşdirilmәsi üçün istifadә olunan meyarlarla (qeyri-tәrәzi çәkisi ölçü üsulları ilә) aşkarlanan әskikgәlmә vә ya artıqgәlmә hallarının, habelә dövri (illik) inventarizasiya prosedurlarının tәxmini olmasını vә nәticә etibarı ilә idarәetmәnin tam etibarlı göstәricilәrә söykәnmәmәsi kimi fәsadları sәciyyәlәndirib, maliyyә (mühasibat) uçotu üzrә ehtiyatların hesabatlılığında tәhrifetmә risklәrini şәrtlәndirib.

Agentlik müvafiq hüquqi aktla dövlәt büdcәsinin әsaslı vәsait qoyuluşu üçün nәzәrdә tutulmuş maliyyә resurslarından 2 әdәd lokomativin alınması üçün ayrılmış 1,0 milyon manat mәblәğindә vәsaitdən ümumilikdә 822,2 min manat xәrclәyәrәk 2 (iki) әdәd lokomotiv alıb. Qalan 177,8 min manat mәblәğindә tәyinatı bәlli vәsait auditin keçirildiyi müddәtin sonunadәk Agentliyin bank hesabında saxlanılaraq onun dövlәt büdcәsinә qaytarılması tәmin edilmәyib.

Agentliyin qeyri-büdcә mәnbәlәrindәn gәlirlәrinin tәrkib hissәsi kimi hüquqi hәrәkәtlәrin yerinә yetirilmәsindәn (o cümlәdәn, xidmәtlәrin göstәrilmәsindәn) әldә olunmuş pul vәsaitlәrinin mәblәği 2022-ci ildә 91,6 min manata, 2023-cü ildә 1 milyon 760,3 min manata, ümumilikdә 1 milyon 851,9 min manata bәrabәr olmaqla dövlәt sifarişi üzrә dövlәt büdcәsindәn maliyyәlәşәn gәlirlәrinә nisbәtinin 20,0 faizinədәk artması şәraitindә dövlәt büdcәsinin vәsaitlәrindәn asılılığın tәdricәn (müvafiq hәdlәrdә) azaldılmasına, o cümlәdәn әmәyin ödәnişi vә mükafatlandırılma xәrclәrinin qeyri-büdcә mәnbәlәrindәn yaranan hәmin sәrbәst vәsaitlәr hesabına maliyyәlәşdirilmәsinә önәm verilmәyib.

Aidiyyәti hüquqi aktın tәlәblәri pozularaq icarәdәn әldә edilmiş 164,6 min manat mәblәğindә vәsaitin 50 faizinin (yәni, 82,3 min manatının) dövlәt büdcәsinә köçürülmәsi, eyni zamanda kәnar hüquqi şәxslәrin istifadәsinә verilmiş sahәlәrә görә әmlak vergisinin vә torpaq vergisinin dövlәt büdcәsinә hesablanması vә ödәnilmәsi tәmin edilmәyib.

Müvafiq ehtiyatların yaradılması üçün әvәzsiz әsaslarla әldә edilmiş dövlәt vәsaitlәrinin müxtәlif şәrtlәrlә banklara depozitә yerlәşdirilmәsindәn әldә olunmuş ümumilikdә 1 milyon 550,7 min manat faiz gәlirlәrinin vergi qanunvericiliyinin aidiyyәti müddәalarının tәlәblәrinә әmәl edilmәyәrәk mәnfәәt vergisinin bәyannamәsindә müvafiq qaydada әks etdirilmәsi tәmin edilmәyərək dövlәt büdcәsinә hesablanmalı vә ödәnilmәli olan mәnfәәt vergisinin mәblәği bәyannamәlәrdә azaldılıb.

Maliyyә Nazirliyi ilә 2023-cü ilә aid dövlәt sifarişinin verilmәsi üçün dövlәt adından yaradılan publik hüquqi şәxslәrә dövlәt büdcәsi hesabına mәqsәdli vәsaitlәrin ödәnilmәsi üzrә bağlanmış müqavilәnin yerinә yetirilmәsi çәrçivәsindә әldә olunmuş 9 milyon manat mәblәğindә gәlirlәrin maliyyә (mühasibat) uçotu sәnәdlәrindә, mәnfәәt vergisinin vә әlavә dәyәr vergisinin bәyannamәlәrindә müvafiq qaydada әks etdirilmәsi tәmin edilmәyib ki, bu da maliyyә (mühasibat) uçotunun aparılması qaydalarını tәnzimlәyәn hüquqi aktların vә vergi qanunvericiliyinin aidiyyәti müddәalarının şәrtlәrinin pozulması demәkdir.

Qeyri-rezident hüquqi şәxslә әrzaqlıq buğdanın satınalınması predmeti üzrә 1200,0 min ABŞ dolları mәblәğindә bağlanmış satınalma müqavilәsinin yerinә yetirilmәsi çәrçivәsindә dәyәri ödәnilmәklә 2023-cü ilin noyabr vә dekabr aylarında gömrük bәyannamәlәrinә әsasәn Dövlәt Ehtiyatları Agentliyinin adına sәrbәst dövriyyә üçün buraxılış gömrük rejimi ilә gömrük rәsmilәşdirilmәsi aparılmış 4630,65 ton 3-cü sinif buğdadan 215,75 tonunun maliyyә (mühasibat) uçotunda әks etdirilmәsi 2023-cü ilin sonunadәk tәmin edilmәyib.

Aidiyyәti hüquqi aktların tәlәblәrinә әmәl edilmәyәrәk 2022-ci vә 2023-cü hesabat illәri üzrә maliyyә hesabatlarının müvafiq qaydada tәrtib edilmәklә aidiyyәti üzrә tәqdim edilmәsi auditin keçirildiyi dövrün sonunadәk tәmin olunmayıb, eyni zamanda, maliyyә hesabatları müvafiq qaydada tәrtib edilmәklә auditin keçirildiyi dövrün sonunadәk dәrc edilmәyib.

Palata pozuntuları aşkar etdikdən sonra Agentlik icarәdәn әldә etdiyi maliyyә vәsaitlәrinin hesabına 82 310,3 manat mәblәğindә vәsaitin dövlәt büdcәsinә köçürülmәsini, 274354,2 manat mәblәğindә mәnfәәt vergisinin dövlәt büdcәsinә hesablanması vә ödәnilmәsini təmin edib.

Hesablama Palatası auditlә müәyyәn olunmuş nöqsan vә çatışmazlıqların aradan qaldırılması ilә bağlı tәdbirlәrin hәyata keçirilmәsi vә qanunvericiliklә müәyyәn edilmiş qaydada Maliyyә Nazirliyinә, Әmlak Mәsәlәlәri Dövlәt Xidmәtinә vә Dövlәt Vergi Xidmәtinә müvafiq mәktublar göndәrib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin əsasında 2021-ci ilin oktyabrında “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs yaradılıb. Dövlət Taxıl Fondu Agentliyin sərəncamına verilib. Agentlik dövlət və səfərbərlik ehtiyatlarının yaradılması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən publik hüquqi şəxsdir. Agentliyin fəaliyyətinə sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti nəzarət edir.

Qeyd edək ki, Hesablama Palatası büdcə vəsaitlərinin dövlət qurumları tərəfindən fərqli istiqamətlərdə yatırım kimi istifadə olunaraq faiz gəlirləri əldə edildiyinə dair bir neçə dəfə açıqlama ilə çıxış edib. Palatanın müxtəlif illərdə dövlət büdcə vəsaitlərinin icrasına dair hesabatlarında qeyd edilir ki, ilin son aylarında, xüsusilə dekabr ayında icra olunan büdcə xərcləmələri üzrə ayrılan vəsaitləri müxtəlif dövlət qurumları Maliyyə Nazirliyinin qısamüddətli notlarına yerləşdirməklə gəlir əldə edirlər.

Bir dövlət qurumunun ona konkret təyinat üzrə ayrılmış büdcə vəsaitini təyinatından yayındırmaqla depozit kimi banka yerləşdirməsi, yaxud qısamüddətli notlara yatırması və bundan əldə etdiyi gəliri vergidən yayındırması nələrdən xəbər verir? İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, belə vəziyyət birmənalı şəkildə ölkədə büdcə planlanmasının səmərəsiz həyata keçirilməsi nəticəsində yaranır: “Görünən bundan ibarətdir ki, büdcə planlanması zamanı çoxsaylı təhriflərə yol verilir, proqnozlaşdırma işləri çox zəifdir. Bu istiqamətdə kontrnəzarət zəifliyi də müəyyən qədər müşahidə olunur. Çünki biz həm gəlirlər, həm də xərclərlə bağlı proqnozlaşdırmada yanlıqların olduğunu görürük. Müvafiq qurumlar – fiskal təşkilatlar gəlir və xərcləri planlaşdıran zaman proqnozlaşdırmada çox ciddi yanlışlıqlara, təhriflərə yol verirlər. Burada həm bacarıqların çatışmazlığı, qeyri-peşəkarlıq, həm də ictimai vəsaitlərdən istifadə sahəsində müəyyən subyektiv maraqlar rol oynayır. Məsələ ondan ibarətdir ki, Dövlət Ehtiyatları Agentliyi öz real xərclərinin üzərində bir proqnozlaşdırma apararaq özü üçün büdcə vəsaitləri sifariş edir. Sonra bu vəsaitləri depozitə yerləşdirməklə özü üçün əlavə gəlir əldə edir. Düşünürlər ki, bu, peşəkarlıq əlamətidir, dövlət qurumunun əlavə gəlir əldə etmək imkanlarını göstərir. Lakin reallıqda müxtəlif dövlət qurumları üzrə kənara yayındırılan büdcə vəsaitləri birlikdə böyük bir məbləğin daha çox tələb duyulan sahələrdən kənara çıxarılmasına səbəb olur. İkinci tərəfdən, o vəsaitlərin maliyyə sektoruna axması dolayısı ilə depozit faizlərinin, son nəticədə isə kredit faizlərinin yüksəlməsinə gətirib çıxarır. Bu, eyni zamanda daxili borclanma ilə büdcə kəsirini bağlamağa çalışan Maliyyə Nazirliyinin faiz xərclərini artırır və dövlətin yükünü çoxaldır”.

Ekspert bildirir ki, bu kimi halların qarşısının alınması üçün büdcə proqnozlaşdırılması sahəsində peşəkarlığın artırılması, nəzarətin gücləndirilməsi son dərəcə vacibdir.

Onu da bildirək ki, Hesablama Palatasının nöqsanlar aşkarladığı bir qurumun – Bakı Metropoliteninin rəhbərini Prezident İlham Əliyev artıq vəzifəsindən azad edib...

Musavat.com
Geri qayıt