Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı...
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı...

Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı...


Dünən, 07:24
Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı...
“Caliber”in 2020-ci il noyabrın 9-da Azərbaycan hərbçiləri tərəfindən vurulan Rusiya helikopteri və 2023-cü ilin sentyabrında Qarabağda rus sülhməramlılarının olduğu avtomobilin atəşə tutulması ilə bağlı açıqladığı detallar ciddi müzakirələrə səbəb oldu.

Nəşr yazır ki, 9 noyabr gecəsi sözügedən təyyarə transponderləri söndürərək sərhədin Naxçıvan hissəsinə qədər irəliləyən erməni kolonnasını müşayiət edib. Həmçinin 2023-cü ilin sentyabrında Qarabağda lokal antiterror əməliyyatlarının keçiriləcəyi ilə bağlı Rusiya sülhməramlılarına məlumat verilib. Onlardan sakit şəkildə bazada qalmaları xahiş olunsa da, bir neçə zabit məlumat vermədən döyüşlərin olduğu əraziyə keçib. Müharibə meydanında görünən naməlum avtomobillər avtomatik olaraq hədəf kimi qəbul edildiyi üçün atəş açılıb.

Hər iki hadisədə də günahkarın Rusiya tərəfi olmasına baxmayaraq, Azərbaycan məsuliyyəti üzərinə götürüb. Məsələ ilə bağlı üzr istənilib və kompensasiya ödənilib.

Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, “Caliber”in təqdim etdiyi məlumatdan 2020-ci ilin noyabr ayında vurulan rus helikopterinin məhz legitim hərbi hədəf olduğu üçün zərərsizləşdirildiyi anlaşılır:

“Həmçinin 2023-cü ilin sentyabrında rus hərbi avtomobilinin atəşə tutulması məsələsində də Azərbaycan tərəfinin günahsız olduğu ortaya çıxdı. Belə ki, antiterror əməliyyatı keçirildiyi günlərində rus hərbçilərinə əvvəlcədən məlumat verilib və hərbi bazada qalmaları istənilib. Amma bir neçə rusiyalı zabit bu tələbə məhəl qoymayaraq avtomobillə əməliyyat zonasına yaxın əraziyə gedib. Nəticədə hərbi avtomobil legitim hədəf halına gəlib və faciə baş verib.

Hər iki məsələdə günahsız olmasına baxmayaraq, Azərbaycan həmin dönəmlərdə hadisə ilə bağlı dərhal Rusiya tərəfindən rəsmi qaydada üzr istədi və itkiyə görə təzminat ödədi. Halbuki, rəsmi Bakı həmin dövrdə məsuliyyəti üzərinə götürməyə də bilərdi. Amma Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev Rusiyaya münasibətdə necə diqqətli, humanist şəkildə davranıldığını hər kəsə sübut etdi. Əlbəttə, həmin məqamda hüquqi prosedurdan əlavə ikitərəfli qonşuluq münasibətləri də nəzərə alındı. Azərbaycan dövlət olaraq nümunəvi addım atdı”.

Ekspert bildirib ki, indi rəsmi Bakı haqlı olaraq Moskvadan AZAL-ın təyyarə qəzası ilə bağlı obyektiv yanaşma gözləyir:

“Caliber”-in əldə etdiyi məlumata görə, Rusiyada bu hadisə ilə bağlı aparılan cinayət işində hava gəmisinin “Pansir S-1” HHM sistemi ilə vurulduğu təsdiq edilib. Məlum olub ki, istintaq Azərbaycan təyyarəsinə qarşı radio-elektron mübarizə vasitəsinin tətbiq edildiyini təsdiqləyib. Bütün bunlardan sonra Moskva rəsmi qaydada Bakıdan üzr istəmək, qəzadan zərər görən vətəndaşlarımıza təzminat ödəmək əvəzinə, sanki məsələdən yayınmağa çalışır.

Fikrimcə, qarşı tərəfin əsas narahatlığı Rusiya ordusunun imicinə dəyəcək zərbədir. Belə ehtimal edirəm ki, həmin gün baş verən dron hücumu zamanı ərazidəki Rusiya HHM qüvvələri arasında panika yaşanıb. Yəqin ki, hücumun miqyası böyük, gözlənilməz olub. Mülki təyyarəmiz də həmin panika fonunda istənmədən vurulub. Mülki təyyarə vurulduqdan sonra ona eniş üçün icazə verilməməsi də panikanın və “iz itirmək” istəyinin yansıması kimi qiymətləndirilə bilər. Bu, ümumilikdə böyük skandaldır. Rusiya indi seçim qarşısındadır, ya qarşı tərəf məsələni ört-basdır etməyə, məsuliyyətdən yayınmağa çalışacaq, ya da araşdırma obyektiv aparılacaq, cinayətkarlar məsuliyyətə cəlb olunacaq və Azərbaycan tərəfinə təzminat ödəniləcək”.

“Kreml Bakı kimi vacib strateji dostunu itirmək istəmirsə, işə obyektiv baxmalıdır. Onsuz da şimal qonşumuzun ətrafında “halqa daralıb”. Rusiyanın hazırda normal münasibətlərə malik olduğu bir neçə sayılı ölkə qalıb ki, onlardan da biri məhz Azərbaycandır”, – E.Baxşalızadə bildirib.
Geri qayıt