Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır”
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır”

“Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır”


25-01-2025, 11:15
“Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır”
Tanınmış erməni bloger Natali Aleksanyanın AYNA-ya müsahibəsini təqdim edirik:

- Ermənistan cəmiyyətində Azərbaycanla sülh müqaviləsinin bağlanması ilə bağlı əhval-ruhiyyə necədir? Ermənistanda revanşist istəklər nə dərəcədə güclüdür?

-Ermənistan cəmiyyəti sülh müqaviləsinin tezliklə imzalanmasını istəyir, heç kim müharibə istəmir. Cəmiyyətdə hələ də mövcud olan bütün revanşist əhval-ruhiyyə sırf Qarabağ klanının qüvvələri və resursları tərəfindən yaradılır və yayımlanır, lakin hətta bu, real qisas üçün deyil, cəmiyyətdə sabitliyi pozmaq və baş nazir Nikol Paşinyanı devirmək üçün edilir. Bu səbəbdən də əminliklə demək olar ki, erməni cəmiyyəti arasında revanşist əhval-ruhiyyə yoxdur.

- 2020-ci ildən 2024-cü ilin dekabrına qədər olan məlumata görə, Qarabağdan gedən 24 mindən çox qaçqın Ermənistanı birdəfəlik tərk edib. Qarabağ ermənilərini Ermənistanı tərk etməyə nə vadar edir?

- Qarabağ erməniləri ümumiyyətlə Ermənistanı tərk etməyə məcbur edilmir və onlara qurban statusu verilməməlidir. Xatırlayırsınız ki, cənab İlham Əliyev onların Azərbaycana inteqrasiya edərək Qarabağda qalıb yaşaya biləcəklərini demişdi, amma dövlətdən pul almaq üçün “qurban” statusundan istifadə edərək, Ermənistana gəlib yaşamağa başladılar. Qarabağ erməniləri rüşvətxorluğa, talançılığa öyrəşiblər, bunu siz yaxşı bilirsiniz. Onların Ermənistan vətəndaşlığı yoxdur və onlara verilən 070 kodlu sənədlər Ermənistan ərazisində etibarsızdır. Ona görə də qanun çərçivəsində onların iki yolu var idi: ya Ermənistan pasportunu alıb hamı kimi yaşamaq, ya da qaçqın statusu üçün müraciət etmək. Onlar ikinci variantı seçdilər ki, övladları Ermənistan Silahlı Qüvvələrində xidmətdən yayınsınlar. İndi də Ermənistanı tərk etməyə çalışırlar.

Yeri gəlmişkən, həmin ermənilər deyirlər ki, Azərbaycan yaxşı pul təklif etsə, Qarabağda öz evlərində yaşamağa qayıdacaqlar. Belə insanları necə ciddi qəbul etmək olar? Onlar Qarabağa yalnız mənim meyitimin üstündən qayıda biləcəklər. Onların arzusu Ermənistana qayıtmaq, hakimiyyət dəyişikliyinə şərait yaratmaq, Qarabağ klanını geri qaytarmaq və Ermənistanı qarət etməyə başlamaq idi. Ancaq görünür, erməni xalqı keçmişdən yaxşı dərs alıb.

- Hazırda Bakıda erməni separatçıların, hərbi cinayətlərdə ittiham olunan Arkadi Qukasyan, Arayik Arutyunyan, Bako Saakyan, David Babayan, Ruben Vardanyan və başqalarının məhkəmə prosesi gedir. Ermənistanda insanlar bu prosesi necə qarşılayırlar?

- Burada daşnaklar həmin şəxslərin azadlığa buraxılmasının tərəfdarıdır, amma ümumilikdə Ermənistanda insanları bu quldurların taleyi maraqlandırmır. Xalq onların kim olduğunu və nəyi təmsil etdiklərini bilir. Heç kim Ruben Vardanyanın və ya Bako Saakyanın ömürlük həbs olunmasının əleyhinə olmayacaq. Mən öz tərəfimdən Robert Köçəryan, Serj Sarqsyan, Seyran Ohanyan və digər Qarabağ quldurlarının bu müttəhimlərə qoşulmasını ürəkdən arzulayıram. Robert Köçəryanın mühakimə olunacağı Bakı məhkəməsində iştirak etməkdən məmnun olardım.

Yeri gəlmişkən, əgər daşnaklar və Qarabağ klanı Azərbaycanı fəal şəkildə ittiham etməyə davam edərsə, mən şəxsən Bakıya gedəcəyəm və onların əleyhinə sübutlar təqdim edəcəyəm. Keçən gün bu haqda “Facebook” səhifəmdə açıq yazmışdım.

- Ermənistanda Türkiyə ilə münasibətlərin normallaşması prosesi haqqında nə düşünürlər?

- Bu, qeyri-adi səslənə bilər, lakin Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasını və sərhədlərin açılmasını gözləyir və gecikmədən hiddətlənir.

- Azərbaycan tərəfi israr edir ki, Azərbaycana qarşı ərazi iddialarını əks etdirən Müstəqillik Bəyannaməsinə istinad Ermənistan Konstitusiyasından çıxarılsın. Hazırkı vəziyyətdə Ermənistan Konstitusiyasına bu məqamda dəyişiklik edilməsi nə dərəcədə realdır?

- Ermənistan Konstitusiyasına gəlincə, o, tezliklə dəyişikliklərə məruz qalacaq. Ola bilsin, fikir vermisiniz ki, Ədliyyə Nazirliyinin rəhbəri Qriqor Minasyanın 2027-ci ildə Konstitusiya referendumunun keçirilməsinin nəzərdə tutulması ilə bağlı bəyanatından dərhal sonra o, tutduğu vəzifədən azad edilib.

Geri qayıt