Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb...
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb...

ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb...


Bu gün, 12:17
ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb...
Tramp 2017-ci ildə Xankəndi və Şuşaya səfər edərək oradakı separatçı erməni liderlərlə fəal görüşlər keçirmiş və hələ 2016-cı ildə Qarabağdakı separatçı rejimin "müstəqilliyi"ni tanımış konqresmen Tulsi Qabbardı Milli Kəşfiyyatın direktoru seçib.

ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb...
ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb...

Moderator.az xəbər verir ki, bu haqda "Azadlıq" radiosunun erməni bürosuna("Azatutyun") Regional demokratiya və təhlükəsizlik mərkəzinin prezidenti Tiqran Qriqoryan ABŞ prezidenti Donald Tramp administrasiyasının Cənubi Qafqazla bağlı gözlənilən siyasəti haqda danışarkən bəhs edib.

Politoloq bu bölgənin yeni hökumət üçün daha az prioritet ola biləcəyini istisna etmir.

Bununla belə, o bildirib ki, artıq indi ABŞ Dövlət Departamentinə bir sıra ermənipərəst təşəbbüsləri ilə tanınan Marko Rubio rəhbərlik edir. 2023-cü ildə Azərbaycanın "təcavüzündən və regionda etnik təmizləmə aparması"ndan sonra Ermənistan Müdafiə Aktına qoşulub. Sənəddə ABŞ-nin Azərbaycana hərbi yardımının dayandırılması tələb olunur.

Bundan əlavə, Tramp 2017-ci ildə oz zaman işğal altındakı Azərbaycan ərazisi olan Qarabağa səfər etmiş konqresmen Tulsi Qabbardı Milli Kəşfiyyatın direktoru təyin edib. T.Qabbard hələ 2016-cı ildə Havay adaları ştatından konqresmen kimi Qarabağdakı separatçı rejimin "müstəqilliyi"ni tanıylb.

Bununla belə, Tiqran Qriqoryan əmindir ki, fərdlər ABŞ-ın ümumi siyasətinə ciddi təsir göstərə bilməz.

“Tramp kimi liderlər üçün bu kimi amillər rol oynaya bilər, lakin ümumilikdə ABŞ-nin müxtəlif regionlardakı siyasəti yeni məmurların şəxsi baxışları ilə müəyyən edilmir.

Politoloq hesab edir ki, İrəvan bu fürsətdən istifadə edərək ABŞ administrasiyası ilə əlaqə yaratmalı və müxtəlif, o cümlədən regional məsələlərlə bağlı mövqeyini çatdırmalıdır.


Geri qayıt