Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir

Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir


Bu gün, 09:36
Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir
Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanması Cənubi Qafqaz regionunda sabitliyə xidmət etmir. Sirr deyil ki, Bayden administrasiyasının belə addımları rəsmi Vaşinqtonun bu regionla bağlı siyasətinə zərbə vurur. Hakimiyyətdən getmək ərəfəsində olan bu administrasiyanın yanlış siyasəti ABŞ üçün yaxşı heç nə vəd etmir. Sazişdə Azərbaycanın milli maraqlarına zidd olan məqamlar var. Sənəddə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir. Çünki belə bir inzibati ərazi vahidi yoxdur. Azərbaycan 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkən zaman ABŞ işğalçı Ermənistana qarşı heç bir addım atmadı. Hansı ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri idi. Həmin dövrdə ABŞ və digər həmsədrlər təcavüzkarı heç vaxt öz adı ilə çağırmayıblar, əksinə, verdikləri bəyanatlar da işğalçı Ermənistanın maraqlarına uyğun olub. Özünü dünyada beynəlxalq hüququn, insan haqlarının əsas qoruyucusu kimi təqdim edən ABŞ işğaldan əziyyət çəkən Azərbaycana heç vaxt ciddi dəstək nümayiş etdirməyib. Əksinə, Konqres tərəfindən qəbul olunmuş 907-ci düzəliş ölkəmizə qarşı ədalətsizliyin bariz nümunəsidir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Bayden administrasiyası daim ölkəmizə qərəzli mövqe sərgiləyib. Dövlət katibi Blinken isə özünü “sülh göyərçini” kimi təqdim etmək istəyirdi. Buna baxmayaraq, Dövlət Departamenti dəfələrlə Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirib. Ona görə də, rəsmi Bakı Blinken tərəfindən son vaxtlarda irəli sürülən vasitəçilik təkliflərini qəbul etməyib. Çünki Ermənistanın tərəfini saxlayan Bayden-Blinken cütlüyü heç vaxt ədalətli sülhün tərəfdarı ola bilməz. Artıq bir neçə günə öz postunu tərk edəcək Antoni Blinken son anda belə öz dövlətinə və Vaşinqtonun dünyanın müxtəlif bölgələrində maraq və mənafelərinə zərbə vurmaqdan, iqtidara gəlmiş Donald Tramp komandası üçün minalanmış sahələrin coğrafiyasını daha da genişləndirməkdən çəkinmir. Bayden administrasiyası Yaxın Şərq, Afrika, Latın Amerikası, Avropa – bir sözlə, dünyanın bütün bölgələrində qanlı qarşıdurmaların, üsyanların, qətliamların, milyonlarla insanın qaçqına çevrilməsinin və öz yurd-yuvasından didərgin düşməsinin, siyasi və iqtisadi sistemlərin çökməsinin, bütöv ölkələrin parçalanıb dağılmasının, onların xalqlarının faciələr yaşamasının səbəbkarıdır. Bu bəlaların əsas müəllifi yaşı səbəbindən anlaqsız duruma düşmüş Prezident Co Baydendən daha çox özünü dünyaya sülhpərvər, mələk qiyafəsində təqdim edən, əslində isə yalançılıq, xəyanət, riyakarlıq və bu kimi mənfi keyfiyyətlərin daşıyıcısı olan Antoni Blinkendir. Beləliklə, Bayden administrasiyası Amerika xalqı üçün mənfi siyasi miras qoyaraq hakimiyyətdən gedir.

Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, Bayden hakimiyyəti gethagetdə növbəti təxribata əl atdı və Azərbaycana qarşı qərəzini, düşmənçiliyini ifadə etdi. Deputatın sözlərinə görə, söhbət çox ciddi addımlardan, planlardan gedir:

"Cənubi Qafqaz bölgəsinə üçüncü qüvvənin gətirilməsi olduqca risklidir. Bu, heç şübhəsiz, bölgəmizdə revanşizmə, əlavə gərginliyin yaranmasına səbəb olacaq. Bugünədək Ermənistan tərəfinin sülh sazişini imzalamamasının, bu istiqamətdə ciddi addım atmamasının əsas səbəblərindən biri ABŞ-nin, daha doğrusu, Bayden administrasiyasının yeritdiyi siyasət olub. Sülh sazişində yer alan və tərəflər arasında xüsusi müzakirə olunan məqamlardan biri üçüncü qüvvənin bölgəmizə gəlməməsi, kənar güclərin regiona müdaxiləsinə imkan verilməməsidir. Avropa İttifaqının "müşahidə missiyası" var idi. İndi üstəlik, Ermənistan öz ərazisinə, bölgəyə ABŞ sərhəd mühafizə qruplarını da gətirir. Təəssüflə qeyd edək ki, daim kənar güclərin bölgəmizə nüfuzundan narahatlıq ifadə edən bəzi region ölkələri bu məsələyə sükutla qarşılıq verdilər, heç bir reaksiya vermədilər. Bayden administrasiyasının məqsədi özündən sonrakı hökumətə ağır miras qoymaq idi. İnanırıq ki, Tramp administrasiyası sırf bu məsələ ilə bağlı fərqli mövqe nümayiş etdirəcək və digər qərarlar kimi bu son təxribatın da qarşısını alacaq. Çünki Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir. Əksinə, regionda növbəti və əlavə gərginliyin yaranmasına meydan verəcək. Ən əsası isə Ermənistanı revanşizmə doğru sürükləyəcək və sülh prosesinə xələl gətirəcək. Özünü "super güc" kimi təqdim edən bir ölkənin bu cür addımları qəbuledilməzdir. Əlbəttə ki, belə məqamlar Azərbaycanın haqlı mövqeyinə təsir etmək gücündə deyil".

Geri qayıt