Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur?
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur?

Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur?


Bu gün, 09:12
Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur?
“Ölkədə bəzi təhsil müəssisələrinin 5, bəzilərinin isə 6 günlük olmasının səbəbi məktəblərdə olan şagird sıxlığıdır”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi Referans.az-a açıqlamasında deyib.

“Bəzi məktəblərdə sıxlıq olduğuna görə tədris 6 günlük qrafiklə həyata keçirilir. 5 günlüklərdə isə təbii ki, belə bir sıxlıq olmadığı üçün yəni faktiki tədrisalanların sayı məktəbin tutumuna uyğun olduğuna görə elə 5 günlük qrafiklə də tədris olunur. Nə 5 nə də 6 günlük məktəblərdə elə də güclü fərqlər yoxdur. Sadəcə 6 günlüklərdə məktəblilər daha çox yüklənmək məcburiyyətində qalırlar. Ona görə də könül istərdi ki, bütün məktəblərdə 5 günlük tədris prosesi tətbiq olunsun”.

Ekspert qeyd edib ki, Azərbaycanda məktəblərin 5 və 6 günlük rejimlərlə tədrisin həyata keçirilməsinin şagird sıxlığından əlavə səbəbləri də mövcuddur.

“Bilirsiniz ki, bəzi ərazilərdə paytaxt və paytaxtdan kənar əhalinin daha çox məşkunlaşması faktı var. Bu faktdan da irəli gələn hal olaraq məhz 6-cı məktəblər fəaliyyət göstərir. Məsələn, həmin təhsil müəssisələrinin daxilində hər hansısa bir korpusun tikilib istifadəyə verilməsi və yaxud da həmin ərazidə hansısa başqa bir təhsil müəssisəsinin tikilərək istifadəyə verilməsi məhz bu problemin qarşısını alar. Amma bəzi təhsil müəssisələri var ki, orada sıxlıq olmasa belə burada təhsil 6 günlükdür. Bu da təhsilverənlərin qrafikinə uyğun olaraq və ümumi iş qrafikinin daha uyğun təşkil olunması üçün belə müəyyən edilir”.

Ekspert qeyd edib ki, hər iki qrafiklə təhsil verən təhsil müəssisələrində də Elm və təhsil nazirliyinin təqdim etdiyi tədris planına uyğun olaraq tədris olunur.

Geri qayıt