Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək
ABŞ-ın bu qərarı Bakıya da təsir edəcəkBu gün, 08:30 |
ABŞ-da neft hasilatının gələcəkdə artımı digər neft ixrac edən ölkələrə mənfi təsir göstərəcək. Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli ABŞ-ın yeni Prezidenti Donald Trampın neft hasilatını artırmaq istəyi haqda qeyd edib. İqtisadçı bildirib ki, Amerikanın çox böyük neft ehtiyatları var: “Hazırda ən çox neft hasil edən ölkə olmasına baxmayaraq, neft potensialını sonuna qədər istifadə etmir. ABŞ-da gündəlik neft hasilatı 13,6-13,7 milyon barreldir. Hazırda hasilatın gündəlik 15,5-16 milyon barrelə çatdırılması düşünülür. Bu isə təbii ki, dünyada neft qiymətlərinə mənfi təsir göstərəcək. Neft qiymətlərinin ucuzlaşması Trampa ABŞ-da inflasiyanı aşağı salmağa imkan verəcək”. Geri qayıt |