Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Uzun, problemli və mürəkkəb proses
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Uzun, problemli və mürəkkəb proses

Uzun, problemli və mürəkkəb proses


Bu gün, 16:22
Uzun, problemli və mürəkkəb proses
Yanvarın 16-da Azərbaycan və Ermənistan arasında sərhəddə hər iki ölkənin Baş nazirinin müavinləri - Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi altında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib. Komissiyaların 11-ci görüşünün nəticələrinə dair mətbuat açıqlamasında bildirilib ki, görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər aparılması barədə razılığa gəliblər.

Həmçinin tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər. Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov hesab edir ki, sərhədlərin delimitasiya və demarkasiyası uzun prosesdir və buna illər lazım olacaq. Keçmiş nazir AYNA-ya müsahibəsində komissiyaların görüşünü, verilən qərarları müsbət addım sayır, amma bu məsələnin sadə olmadığığını deyib:

- Komissiyalar bir çox məsələləri, bir çox sahələr üzrə problemlər ətrafındakı mövzuları müzakirə edirlər. Komissiyanın əsasnaməsində də göstərilir ki, prosesin gedişində müxtəlif amil və faktorlar nəzərdən keçirilir. Bu zaman iqtisadi, tarixi və s. amillər nəzərə alınır. Təsəvvür edin ki, söhbət Azərbaycan-Ermənistan-Gürcüstan sərhədindən başlamış Azərbaycan-Ermənistan-İran sərhədinin kəsişməsinədək böyük bir ərazinin müəyyənləşməsindən gedir. Hesab edirəm ki, böyük bir işdir. Ötən il Qazax istiqamətində cəmi 11 kilometrlik ərazinin delimitasiya və demarkasiyası məsələsi öz həllini tapıb. Bu, sərhədlərin çox az bir hissəsidir. Yəqin ki, növbəti mərhələdə də təxminən elə 11 kilometrlik ərazi delimitasiya və demarkasiya üzrə müzakirə olunacaq və müəyyən hərəkətlər aparılacaq.

Ümumilikdə götürsək, komissiyaların görüşü, hansısa razılıqların əldə olunması müsbət və irəliyə doğru addım sayılmalıdır. Amma yenə deyirəm, bu, sadə məsələ deyil və tezliklə bütün sərhədin müəyyənləşəcəyini gözləmək sadəlövhlük olardı. Əslində biz bu məsələdə heç tələsməməliyik. Çünki problemli və aydın olmayan mövzular var. Təcrübə göstərir ki, bu illərlə, onillərlə uzana bilər. Baxın, bu gün də Azərbaycanın Gürcüstanla sərhədlərinin delimitasiya və demarkasiya prosesi tam yekunlaşmayıb, mübahisəli məsələlər var.

- Problemli olan hansı məsələlərdir?

- Məsələn, tarixi ərazilər məsələsi var, sərhəd müəyyənləşməsində hansı xəritələrdən istifadə olunmalıdır sualları var. Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır. Məsələn, təxminən bir il əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan 1975-ci il xəritəsinin əsas götürülməsində maraqlı olduğunu demişdi. O zaman Azərbaycan tərəfi birmənalı olaraq bunu qəbul etmədi. Bu, doğru yanaşma idi. Çünki sərhədin müxtəlif hissələrinə münasibətdə müxtəlif illərin xəritələri istifadə olunmalıdır və belə də olacaq. Məsələn, delimitasiya və demarkasiya olunmuş Qazax istiqamətindəki sərhəd hissəsi bolşevik Rusiyasının işğalı dövründən dəyişməyib. Amma digər yerlərdə xeyli dəyişiklik baş verib. Göyçə mahalı, Zəngəzur Ermənistana verilib. Bunlar nəzərə alınmalı faktorlardır. Ermənistanın marağı odur ki, sovet dövründə Azərbaycandan qoparılaraq Ermənistana verilən ən böyük ərazilər təsdiqləsin. Amma Azərbaycan bununla razıdırmı? Əlbəttə, razı deyil. Delimitasiya prosesi Azərbaycana həm də ədaləti bərpa etmək üçün lazımdır. Ona görə də bu prosesinin yekun həlli üçün nə qədər vaxt lazımdır, o qədər də çəkməlidir. Birinci nömrəli vəzifə ədalətin bərpasıdır. Bu mənada, tələskənliyə ehtiyac yoxdur.

- Sizcə, tarixi Azərbaycan ərazilərinin – Göyçənin, Zəngəzurun da delimitasiya məsələsində müzakirə predmeti olmalıdır?

- Niyə olmamalıdır?! Baxın, biz sənədlərə əsasən üçüncü Ermənistan Respublikası ilə sülh danışıqları aparırıq. Paşinyan Ermənistanın üç-dörd variantını təqdim edir. Azərbaycan öz növbəsində Almatı Bəyannaməsində əksini tapmış çağırışlara və prinsiplərə sadiq qalaraq, SSRİ dövründə mövcud olmuş sərhədləri qəbul etdiyini bildirir. Ancaq Sovet dövrü 1920-ci ilin noyabr ayı da ola bilər. Həmin ilin aprel ayında bolşeviklər tərəfindən işğal olunmuş Azərbaycanın Ermənistanla sərhədləri var idi. Biz həmin dövlətin varisiyik. Yəni bu söhbət açıqdır. Paşinyan Qərbi Azərbaycan dedikdə Azərbaycan-Ermənistan şərti sərhədində yerləşən rayonları nəzərdə tutur. Amma Azərbaycan-Ermənistan sərhədləri faktiki olaraq, hələ müəyyənləşməyib.

Baxın, Ermənistan Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının təmin olunması ilə bağlı addımlar atmaq niyyətində görünmür. Ən azı, bununla bağlı hansı addım atılacağına İrəvandan aydınlıq gətirilməyib. Əksinə, rəsmi İrəvan Qərbi Azərbaycan məsələsinə sərt reaksiya verir. Lakin Ermənistan Qərbi azərbaycanlılar öz yurdlarına qayıdacağı təqdirdə onlara hansı hüquqları verəcəyinə aydınlıq gətirməlidir. Onların təhlükəsiliyi təmin edilməli, daimi yaşamaq hüququ verilməlidir. Əgər Erməniotan rəhbərliyi azərbaycanlıların qayıtmasına razı deyilsə, Azərbaycan da bundan irəli gələn müəyyən addımlar ata bilər. Bu, həm Zəngəzura, həm Göyçə mahalına aiddir.

Müəllif: Anar Bayramoğlu - AYNA.az

Geri qayıt