Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini...
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini...

Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini...


Bu gün, 13:05
Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini...
Ermənistan Parlamentinin yanvarın 20-də keçirilən iclasında revanşist müxalifətdən olan deputat Anna Mkrtçyan təxribatçı-şovinist hərəkətlər edib.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

“Şərəfim var” fraksiyasının deputatı Mkrtçyan icazəsiz qabağa çıxaraq parlamentinin divarına vurulmuş və Baş nazir Nikol Paşinyan tərəfindən “Real Ermənistan” adlandırlan keçmiş Ermənistan SSR-in xəritəsinin eskizinə etiraz olaraq sədrin və müavinlərin oturduğu kürsünün qarşısına saxta xəritələr yapışdırıb. Həmin xəritələrdə vaxtilə Azərbaycanın işğal olunmuş əraziləri Ermənistana bitişik göstərilib.

“Bu dəmir qırıntıları təkcə Aknanı (İşğal döövründə ermənilər Ağdamaın adını özbaşına dəyişdirərək “Akna” adlandırıb-müəll.) yox, vətənimizin yarısını dağıdıb. Bu yalandır. İndi də sizi milli ticarətin başında oturmağa çağırırlar ki, qulaq asın, ermənilərə hələ nəsə qalıb”, - deyə Anna Mkrtçyan Nikol Paşinyanın əlində nümayiş etdirdiyi metal xəritənin böyük variantının Milli Məclisin divarına vurulmasına diqqət çəkib.

Müxalifətdən olan deputat cəmiyyətdən indiki hakimiyyətə "vətənlərini" o formada verib-vermədiklərini soruşub.

Çıxışdan sonra Anna Mkrtçyan Milli Məclisin divarına işğal dövrünün vahid xəritəsini asaraq oranın erməni xalqının “vətəni” olduğunu iddia edib.

Geri qayıt