Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Bu hökumət belə bir addım atsa..."
"Bu hökumət belə bir addım atsa..."Bu gün, 10:25 |
"Ermənistan bir dövlət, beynəlxalq hüququn və regional münasibətlərin subyekti kimi əhəmiyyətini daha da itirəcək". "DİA-AZ" Milli.Az-a istinadən xəbər verir ki, bu sözləri erməni politoloq, siyasi elmlər doktoru, ABŞ-ın Lehi Universitetinin professoru Arman Qriqoryan yerli mediaya müsahibəsində deyib. Onun sözlərinə görə, qarşıda Ermənistanı daha ağır günlər gözləyir: "Bütün ssenarilər bir pis ssenarinin müxtəlif təzahürləridir: güzəştlər ya müharibəsiz olacaq, ya da müharibə ilə. İki dəhşətli variantdan hansının daha pis olduğunu mübahisə etmək olar, amma əslində çox da fərq yoxdur. Bunların hər ikisinin nəticəsində Ermənistan bir dövlət, beynəlxalq hüququn və regional münasibətlərin subyekti kimi əhəmiyyətini daha da itirəcək". Erməni politoloqun fikrincə Rusiya pərdə arxasında Ermənistanı hədələyir. "Hansı ssenarilərlə üzləşə bilərik və Medvedyevin bəyanatının eyhamı və mənası nə idi? Ruslar uzun müddət aydın və hədələyici bəyanatlar verməkdən yayındılar. Yəqin ki, bunu pərdə arxasında ediblər. Amma son günlər, xüsusən, Ermənistan hökumətinin AB-yə daxil olmaq prosesini təqsidləyib, parlamentə göndərməsindən sonra Overçuk tərəfindən belə bəyanatlar açıq formada səsləndirildi. Ruslar Overçukun dili ilə izah etməyə çalışdılar ki, bu hökumət belə bir addım atsa, Ermənistanın başına nələr gələ bilər", - deyə o qeyd edib. Geri qayıt |