Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar…
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar…Bu gün, 09:07 |
Mən bu razılaşmadan yaxşı bir şey gözləmirəm. Xatırlayırsınızsa, ABŞ və Ukrayna 2021-ci ilin noyabrında oxşar saziş imzaladılar və cəmi üç ay sonra Rusiya Ukraynanı işğal etdi. Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına geniş müsahibəsində diplomat, Rusiya-ABŞ prezidentlərinin ikitərəfli əməkdaşlığın inkişafı komissiyasında ABŞ tərəfindən təmsil olunan sabiq müşavir Ceyms Karden ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi haqda danışarkən deyib. “Təəssüf ki, bunun nəyə gətirib çıxardığını artıq görmüşük. 2008-ci ildə NATO-nun Buxarestdə keçirilən sammitində Ukrayna və Gürcüstanın NATO-ya daxil olması barədə qərar qəbul edilib. Həmin ilin avqustunda Altı günlük müharibə zamanı Rusiya Gürcüstanı işğal etdi. Daha sonra, 2014-cü ildə Ukraynanın Qərblə yaxınlaşması səbəbindən Ukraynada Maydan hərəkatı və vətəndaş qarşıdurması alovlandı və nəticədə Rusiyanın 2022-ci ilin fevralında genişmiqyaslı işğalı ilə nəticələndi. ABŞ-ın Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi Rusiya və ya İranı əvəz edə biləcəyi fikri Vaşinqton bürokratları üçün cəlbedici görünə bilər, onların əksəriyyəti Ermənistanda olmayıb və ya xəritədə Ermənistanı çətinliklə tapa bilər. Ermənistan üçün isə bu, çox riskli addımdır. Bu qərar ölkəni Türkiyənin ambisiyaları qarşısında aciz edə bilər”, - o bildirib. Geri qayıt |