Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq?
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq?

Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq?


Bu gün, 01:40
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq?
Xəbər verdiyimiz kimi, Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb.

Bu barədə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.

Qeyd olunub ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.

Məlumata görə, həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.

Bildirilib ki, simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.
Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır.

"Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüblər, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar. Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək", - birgə məlumatda qeyd olunub.

Meymunçiçəyi ölkəmizdə kütləvi şəkildə yayıla bilər? Azərbaycanda da sərt karantin rejiminə gediləcəkmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında infeksionist Mərdan Əliyev meymunçiçəyi virusunun kütləvi hal alacağını düşünmür.

İnfeksionist qeyd edib ki, virusun aşkar olunması ölkədə yoluxmanın sayını artırmayacaq:

“Azərbaycanda da meymunçiçəyinə yoluxma faktı aşkar olunub. Təbii ki, bir hadisə ilə ölkədə meymunçiçəyi kütləvi hal alacaq və ya qapanmalara gətirib çıxaracaq deyə bilmərik.

Meymunçiçəyi hava-damcı yolu ilə yoluxan virus deyil. Bu yalnız sıx təmas yolu ilə yoluxur. Belə halın olması ölkədə yoluxmanın sayını artıracaq deyə bir şey yoxdur.

Yoluxan şəxs xaricə səyahət edib və sonra özünün dediyinə görə, səpgili şəxs ilə sıx təmasda olub. Bu halın artacağını düşünmürəm. İndi o şəxs və ailə üzvləri karantinə götürülüb”.
Geri qayıt