Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir…
Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir…Bu gün, 12:22 |
"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik: - Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının növbəti görüşü olub. Görüşdə bir sıra razılaşmalar əldə edilib. Ötən il sərhəddin 12 km-lik hissəsində əldə edilən razılaşma fonunda bu il üçün gözləntilər nədən ibarətdir? - Dövlət komissiyalarının görüşündə əldə edilən razılaşma gələcək üçün yaxşı əsaslar yaradacaq. Bu bir daha onu göstərir ki, Azərbaycan konstruktiv dialoqla məşğuldur. Bakı qarşıda duran məsələlərin sülh, dialoq yolu ilə həllində maraqlı tərəfdir. Amma bu qısa zamanda bütün şərti sərhədlər boyu məsələlərin həllini tapması demək deyil. Çünki bir sıra vacib çağırışlar öz həllini tapmalıdır. Əgər bu məsələlər həll olunsa, sərhədlərlə bağlı da müsbət nəticələr görmək mümkün ola bilər. Yaxşı olardı ki, Ermənistan ona verilən müddətdən düzgün istifadə edərək, tez bir zamanda Azərbaycanın sülh danışıqlarındakı tələblərini yerinə yetirsin. - Əldə edilən razılaşmada İran, Gürcüstan sərhədi ilə bağlı da dəqiqləşmələrin olduğu qeyd edilib… - Söhbət şərti sərhədlərdə Gürcüstandan başlayaraq, İrana qədər olan ərazilərdə vəziyyətin dəqiqləşdirilməsi kimi məqsədlərdən gedir. Bu artıq mühüm addımdır. Əslində, bu, o deməkdir ki, bağlı qapılar arxasında bundan da böyük nəticələr əldə edilib. Bu nəticələrə cavab olaraq Azərbaycan Ermənistanla bağlı belə bir jest etmiş oldu. - Hazırkı mərhələdə sülh prosesində tərəflərin qarşısında duran əsas vəzifələr hansılardır? - Hazırda sülh danışıqları bir neçə istiqamətdə gedir. Müzakirələrin əsas məgzində Azərbaycanla Ermənistan arasında süh prosesi və yekun razılaşmanın imzalanması dayanır. Burada da erməni tərəfinin görəcəyi vacib işlər var. Bu ilk növbədə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlıdır. Ermənistan konstitusiya dəyişikliyinə getməklə sülhə tərəfdar olduğunu təsdiqləməlidir. - 2024-cü ildə əldə edilən razılaşmalar əsasında bu il tərəflər arasında çərçivə sazişinin imzalanması nə dərəcə real görünür? - Hələlik bununla bağlı hansısa bir fikir irəli sürmək çox tezdir. 2024-cü ildə də sülhlə bağlı böyük ümidlər var idi. Amma o vaxt da proqnozlar verirdik ki, 2024-cü ildə sülh sazişinin imzalanması mümkün deyil. 2025-ci ildə isə sülh müqaviləsinin imzalanmasını zaman göstərəcək. 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu baxımdan 2026-2027-ci illər ərzində Ermənistanda gedəcək proseslər ərəfəsində Azərbaycana qarşı təxribatların olması ehtimalı var. Bu mənada 2025-ci il vəziyyətin gərginləşməsi, müəyyən məsələlərdə problemlərin çoxalması kimi də yadda qala bilər. - ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanması qarşıdakı dövrdə proseslərin inkişafına necə təsir edə bilər? - 2024-cü il ərzində ABŞ ilə Ermənistan arasında əslində, bu sənəd imzalana bilərdi. Sadəcə, ötən ilin yazında Azərbaycanın təzyiqləri, Bakı və İrəvan arasında danışıqlar getdiyi dövrdə Ağ Ev vəziyyəti gərginləşdirməkdən çəkinərək vaxtı uzadıb. Həmin dövrdə hətta Azərbaycandan da tələb olunurdu ki, il ərzində qısa zamanda Ermənistanla sülh müqaviləsi imzalansın. Güman ki, ABŞ Ermənistanla bu sazişi məhz Bakı ilə İrəvan arasında sülh sazişi əldə edildikdən sonra imzalamaq istəyirdi. Lakin sülh sazişinin imzalanması mümkün olmadıqda belə bir qərar verdilər. - Amerikanın Ermənistanın sərhədlərinə xüsusi komissiya göndərməkdə məqsədi nədir? Çünki əldə edilən son razılaşmada bu məsələ də öz əksini tapıb… - Bu, həm də ABŞ-nin Ermənistan sərhədlərini qorumaq üçün atdığı bir addımdır. Onlar düşünürlər ki, gələcəkdə şərti sərhədlərlə bağlı problem ola bilər. Ona görə də erməni tərəfi Ağ Evlə belə bir addım atmaqla şərti sərhədi qorumuş olduqlarını düşünürlər. Geri qayıt |