Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Öz aləmlərində Rubeni sığortalayırlar...
Öz aləmlərində Rubeni sığortalayırlar...Bu gün, 10:22 |
Bu gün Qarabağda həbs edilən ermənilərin məhkəmə prosesi başlayır. Bunu Azərbaycanın “Nurnberq prosesi” də adlandırmaq olar. Əsas diqqətçəkən məqam dünən (16 yanvar) Ermənistan mediasının tirajladığı Ruben Vardanyanın müraciətidir. Vardanyan iddia edir ki, “heç bir sənədə imza atmayıb”, “heç bir ifadə verməyib”. Hətta “saxlanılan vaxt yalnız adımı demişəm” kimi böyük iddialar irəli sürüb. Hərçənd, daha öncə Vardanyanın istintaq orqanları ilə əməkdaşlıq etdiyi, mühüm sirləri açdığı, hətta təkcə Qarabağda törətdikləri cinayətlərlə bağlı yox, həm də Qərbdə Azərbaycana qarşı olan qruplarla əməkdaşlığını (misal üçün, USAİD rəhbəri Samanta Pauerlə bağlı etirafları), həyata keçirdikləri işləri etiraf etdiyi haqda məlumatlar var. Onun istintaq orqanları ilə əməkdaşlıq etməkdən başqa yolunun qalmadığı da məlumdur. Bəllidir ki, bu müraciəti Vardanyan Bakıdan göndərməyib, onun adından hazırlayıblar. Məhkəmədən bir gün öncə Vardanyanın adından yayılan müraciətin məqsədi prosesi manipulyasiya etmək və onu “qorumaq”dır. Çünki Vardanyan da daxil olmaqla erməni dəstəsinin etirafları həm Ermənistanı çətin vəziyyətə sala, həm də erməni ictimai rəyində “mübariz” obrazlarını sıradan çıxara bilər. Rubenin etirafları isə Qərbdəki “dostlarının” da narazılığına səbəb ola, ona verilən dəstəyin kəsilməsi, yaxud azalması ilə nəticələnə bilər. Bu baxımdan, məhkəmədən bir gün öncə yayılan müraciətlə Rubeni sığortalamağa çalışırlar. Asif Nərimanlı - "DİA-AZ" Geri qayıt |