Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton...
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton...

Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton...


Bu gün, 08:00
Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton...
ABŞ-la Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi beynəlxalq müstəvidə daha çox Rusiya və İrana qarşı yönəlmiş razılaşma kimi dəyərləndirilir.

Bəzi ekspertlərin fikrincə, Vaşinqtonun bu addımı həm də Türk dünyası ölkələrinin artan birliyinə qarşı yönəlib. Hətta Ağ Evin bu vasitə ilə Çinin Cənubi Qafqaza, Mərkəzi Asiyaya və Xəzər dənizi hövzəsinə nüfuzunu önləməyi planlaşdırdığı iddia olunur.

Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, ABŞ-Ermənistan arasında imzalanan tərəfdaşlıq sazişi Co Bayden administrasiyasının son gedişlərindən biri kimi tarixə düşdü:

“Bu addımı ABŞ-ın Cənubi Qafqazla bağlı uzunmüddətli strategiyasının tərkib hissəsi kimi qiymətləndirmək olar. Ağ Ev bu dəfə regiona daha güclü və uzunmüddətli qayıdır. Artıq yaxın zamanda Amerika ordusuna məxsus xüsusi hərbi dəstələrin bölgəmizə gələcəyi haqda məlumatlar paylaşılır.

Burada əsas hədəfdə olan ölkələr hansılardır? Ağlagələn ilk ölkə İran İslam Respublikasıdır. Hətta deyərdim ki, ABŞ bu həmləsi ilə gələcəkdə İranda keçiriləcək mümkün hərbi əməliyyatlar üçün yaxşı zəmin hazırlamış oldu. Son dövrlərdə Tehranın proksi qüvvələrinin ardıcıl məğlubiyyəti, ərazi itkiləri və Suriyada Bəşər Əsədin devrilməsi cənub qonşumuzu bir xeyli zəiflədib. Bu baxımdan ola bilsin ki, ABŞ-İsrail tandeminin İranı tam məğlubiyyətə uğratmaq və böyük savaşa başlamaq üçün ciddi planları var”.

Ekspertin sözlərinə görə, Vaşinqtonun Tehranın hazırkı çətin durumundan və əsas müttəfiqi Moskvanın “dalana dirənməsindən” maksimum istifadə etmək niyyəti məntiqli ehtimallardan biridir:

“Məlum məsələdir ki, İranın yekun məğlubiyyəti Rusiya üçün sarsıdıcı zərbə olacaq. Şimal qonşumuz daha da təklənmiş və zəif duruma düşə bilər.

Ümumiləşdirsək, ABŞ hərbçilərinin regiona gəlməsindən sonra İran-Rusiya tandemini ciddi risklər gözləyir. Qərardan doğan əsas təhdidlər məhz bu iki ölkəni narahat edə bilər. Qərarın türk dünyasına hansısa formada zərər verəcəyini isə ehtimal etmirəm. Əksinə, zəifləmiş İran türk dünyasının daha da güclənməsinə zəmin yarada bilər”.

Geri qayıt