Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi
Baqdasaryan Qarabağ ermənilərini ifşa etdiBu gün, 06:32 |
“1988-2023-cü illər arasında, yəni tam 35 il ərzində Qarabağdan olan çox sayda erməni saxta sənədlərlə özünü əlil kimi təqdim edərək Ermənistan büdcəsindən pul alıb”. Globalinfo.az xəbər verir ki, bu iddia ilə tanınmış erməni bloger və jurnalist Roman Baqdasaryan çıxış edib. Onun sözlərinə görə, ermənilərin saxtakarlığı 2020-ci ildə baş verən müharibədən sonra müşahidə olunub: “44 günlük müharibədən sonra bəziləri hətta özünü ölü kimi göstərərək İrəvandan təzminat almışdı. O dövrdə evi Azərbaycanın nəzarətinə keçən ərazilərdə qalanlara ödəniş edilirdi. Bu zaman da Qarabağ ermənilərinin bir qismi kəndlərdə olan boş torpaq sahələrini qeyri-qanuni yolla qeydiyyata aldırır, orada evləri varmış kimi təqdim edirdilər. Bu yolla həqiqətən ehtiyacı olanların əvəzinə kompensasiyaları onlar alırdı. Rusiyada yaşayan bir çox Qarabağ ermənisi “artsax bank”da saxta kartlar hazırlatdıraraq guya evlərini itirmiş və bölgədə başqa ərazidə kirayə qalırmış kimi göstərərək 68 min dram kompensasiya ödənişlərini mənimsəyirdilər. 2023-cü ilin sentyabrından sonra Qarabağdan Ermənistana köçənlər isə hökuməti aldadaraq hər ay 50 min dram pul və ərzaq məhsulları alırlar. Bu şəxslər dedikləri kimi “blokadadan” sonra Qarabağdan köçməyiblər, onsuz da son 10-20 ildir orada yaşamırdılar”. Baqdasaryan İrəvan hökumətini həmin şəxslərlə bağlı tədbir görməyə çağırıb: “Ölkəmizdə yardım gözləyən çox sayda kənd var. Biz niyə Qarabağ ermənilərinə bu qədər güzəştli davranmalı, onlara pul ayırmalıyıq? Belədirsə, Livan, Ukrayna və Suriyadan Ermənistana qayıtmaq məcburiyyətində qalan vətəndaşlarımız üçün də eyni güzəştlər tətbiq olunsun. Qarabağ erməniləri niyə onlardan üstün tutulmalıdır? Yəni doğrudan da köçənlər arasında saxtakaları müəyyən edə bilmirsinizsə, “dükanı” bağlayıb gedin”. Geri qayıt |