Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...”
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...”

AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...”


Dünən, 12:31
AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...”
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə fəaliyyət göstərən 594 nömrəli ekspress avtobusunun fəaliyyəti ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Şikayətçilər Yenicag.az-la söhbətində qeyd edirlər ki, Sumqayıt avtovağzalından Bakı “20 Yanvar” dairəsi istiqamətində hərəkət edən avtobus marşrutu üzərindəki Sumqayıt dairəsi dayanacağında dayanmır. Halbuki marşrut cədvəlinə əsasən, həmin dayanacaqda dayanmaq məcburidir.

AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...”

Şikayətçilərin sözlərinə görə, avtobusların hərəkətində təyin olunan interval müddətlərinə əməl edilmir. Bu isə dayanacaqlarda gözləyən sərnişinlərin nəqliyyat vasitəsindən istifadəsini çətinləşdirir:

“Avtobuslar dayanacaqda dayanmalı olduğu halda, dayanmayaraq sərnişinləri gözləməyə məcbur edir. Həmçinin, təyin olunan vaxtdan gec gəlir və çox vaxt dayanacaqlarda gözləyən sərnişinlər üçün yer qalmır”.

Məsələni araşdırmaq üçün əməkdaşımız hadisə yerində müşahidə aparıb və iddiaların doğru olduğunu təsdiqləyib. Məlum olub ki, avtobus Sumqayıt dairəsi dayanacağında dayanmaqdan imtina edir və sürücü sərnişinlərə əl hərəkəti ilə avtobusda yerin olmadığını bildirir. Halbuki avtobusun pəncərələrindən içəridə boş yerlərin olduğu aydın görünür.

Şikayətçilər əlavə edirlər ki, bu hallar daha çox saat 10:00 radələrində, nəqliyyatın pik olmadığı vaxtlarda baş verir:

“Bu gün isə daha “maraqlı” bir vəziyyətlə qarşılaşdıq. Avtobus yenə dayanacaqda dayanmadı, lakin təxminən 100 metr irəlidə magistral yolun hərəkət hissəsində dayanaraq sərnişin götürdü. Bu, digər sürücülərin təhlükəsizliyini təhdid edir və sürücünün hansısa şəxsi maraqlara xidmət etdiyini göstərir”.

Qeyd edək ki, 594 nömrəli ekspress avtobus Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyində fəaliyyət göstərir. Sərnişinlər AYNA-dan məsələ ilə bağlı araşdırma aparılmasını və lazımi tədbirlərin görülməsini tələb edirlər.

Xatırladaq ki, sözügedən şikayətlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...”
AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...”
AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...”

Geri qayıt