Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > 2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzə
2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzəBu gün, 11:57 |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Nizami Akif oğlu Alışanın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək. Musavat.com xəbər verir ki, müttəhim 4 milyon 156 min 500 manat dələduzluqda ittiham olunur. Nizami Alışan 2018-2019-cu illərdə AzTV-nin İnformasiya və Texnologiya şöbəsində müdir müavini işləyib. Həmin günlərdə əmisi Arif Alışanov AzTV-yə sədrlik edib. Nizami Alışanın qayınatası isə məşhur müğənni Elariz Məmmədoğludur. Onun işi üzrə zərərçəkənlər də ölkədə tanınan şəxslərin yaxınlarıdır. Zərərçəkənlərdən Babək Məmmədzadə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğludur. Zeynal Usubov isə Nərimanov rayon prokurorunun sabiq müavini olub. İttihama görə Alışan Nizami Akif oğlu investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən 3 nəfərin üç milyon dollara yaxın (4 milyon 156 min 500 manat) pulunu ələ keçirilib. Bu məqsədlə özünü zərərçəkənlərə səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Alışanı sosial şəbəkədən tanıyıb ona aldananlar isə - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilovdur. İttihama görə, Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib. Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 4 milyon 156 min 500 manatdır. Cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb. Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Alışan Nizami Akif oğlu cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq, onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq dövründə zərərçəkmişlər Alışanla üzləşdiriliblər. iş üzrə ən çox pul itirən şəxs Babək Məmmədzadədir. Babək Məmmədzadə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğludur. Məhəmməd Məmmədov 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovla birgə həbs edilmişdi. Milyonlarla mənimsəmədə ittiham edilən Məmmədov şərti cəzaya məhkum edilərək məhkəmə zalından azadlığa buraxılmışdı. Zeynal Usubov isə əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib. Xatırladaq ki, bu ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Zeynal Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi. Alişan Nizamiyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Geri qayıt |