Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur...
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur...

Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur...


Bu gün, 11:00
Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur...
Azərbaycan Prezidenti İlham Əliyevin son bəyanatlarına cavab verən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Bakının sadəcə olaraq İrəvanla sülh müqaviləsi bağlamaq arzusu yoxdur: “Azərbaycan çox güman ki, sülh müqaviləsi imzalamaq istəmir, çünki istəsəydi, sənəd artıq imzalanardı, çünki İrəvan da onu bağlamağa hazırdır”.

Bu, erməni tərəfinin növbəti hiyləsidir. Bu sənəddə Azərbaycana qarşı ərazi iddiaları olduğu üçün Bakının Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı ilkin şərti hələ də yerinə yetirilməyib. Bəs bu ölkənin qanunvericilik səviyyəsində Azərbaycana qarşı ərazi iddiaları varsa, Ermənistanla necə sülh müqaviləsi bağlana bilər?

Ermənistanın Baş naziri Nikol Paşinyan iddia edir ki, Ermənistanın hazırkı Konstitusiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən, ölkənin ratifikasiya etdiyi beynəlxalq müqavilələr ilə yerli qanunların normaları arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilənin normaları üstün sayılır. Amma, bu müddəa gələcəkdə Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək imkanını istisna etmir. Axı konstitusiya dəyişməz qalacaq və onun preambulasında “Qarabağın Ermənistana birləşdirilməsi”ndən bəhs edən İstiqlal Bəyannaməsinə istinad silinməyəcək.

Bakının ikinci ilkin şərti ATƏT-in Minsk Qrupunun buraxılmasını sanksiyalaşdırmaqdır. Bu iddiaların mahiyyəti son dərəcə aydındır: nə qədər ki, Ermənistanda qanunvericilik səviyyəsində Azərbaycan ərazilərinə iddialar var və nə qədər ki, İrəvan missiyası Qarabağ münaqişəsini həll etmək olan ATƏT-in Minsk Qrupunun buraxılmasına sanksiya verməkdən imtina etməyəcək, Bakının Ermənistan tərəfinin münaqişəni bitmiş hesab etmədiyini və revanş planları qurduğunu deməsinə hər cür əsas var.

Bu baxımdan Ermənistanın Rusiya, Fransa və ABŞ-dakı səfirliklərinin rəsmi saytlarında yer alan məlumatlar diqqət çəkir. Bildiyimiz kimi, bu ölkələr ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Ermənistanın Rusiyadakı səfirliyinin saytında Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti haqqında təhrif olunmuş məlumatların yer aldığı “Dağlıq Qarabağ problemi” adlı bölmə var.

Ermənistanın Fransadakı səfirliyinin rəsmi internet saytının ingilis dilindəki Tarix” bölməsində Qrabağın “tarixi Ermənistanın bir hissəsi” olması yazılıb. Resurs həmçinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış marionet rejim haqqında məlumat verir.

İngilis dilindəki eyni məlumat Ermənistanın ABŞ-dakı səfirliyinin rəsmi saytında da yerləşdirilib.

Qeyd olunanları nəzərə alsaq, Ararat Mirzoyanın Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı dedikləri açıq-aşkar ikiüzlülükdən başqa bir şey deyil. Qoy, Mirzoyan əvvəlcə Ermənistan səfirliklərinin rəsmi saytlarında yayılan məlumatları oxusun, sonra and içsin ki, İrəvanın Bakıya qarşı ərazi iddiası yoxdur.

Yeri gəlmişkən, bu resurslarda Osmanlı imperiyasındakı qondarma “erməni soyqırımı” haqqında da məlumatlar var. Bu, həmin Mirzoyanın “erməni soyqırımının beynəlxalq səviyyədə tanınması Ermənistan Xarici İşlər Nazirliyinin prioritet vəzifələri siyahısına daxil edilməyib” ifadələri ilə necə əlaqəlidir? Belə bir halda, xüsusən də aktiv şəkildə hücum silahlarına yiyələnən Ermənistanın hərbiləşdirmə siyasəti fonunda hansı etimad mühitindən danışmaq olar?

AYNA.az

Geri qayıt