Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Tehranın “hücumuna” Bakıdan əks-həmlə:
Tehranın “hücumuna” Bakıdan əks-həmlə:Bu gün, 17:09 |
İranın Ərdəbil əyalətindəki nümayəndəsi və bölgənin cümə imamı Həsən Amulinin ölkəmizə qarşı tənqid və təhqir motivli açıqlamalarından sonra Tehran və Bakı arasında soyuqluq artıb. Maraqlıdır ki, ölkənin ali dini liderinin nümayəndəsi hesab edilən birinin başqa bir dövlətə qarşı səsləndirdiyi fikirlərə görə hələ də rəsmi səviyyədə hər hansı üzrxahlıq edilməyib. İranın bu addımları son zamanlardakı ağır siyasi məğlubiyyətləri, beynəlxalq səviyyədə çıxılmaz vəziyyətə düşməsi səbəbindən aqressvliyini büruzə verməsi kimi dəyərləndirilir. Mövcud vəziyyət fonunda Azərbaycan televiziyalarında səsləndirilən “Təbriz, Urmiya, Ərdəbil Azərbaycandır” kimi şüarlar diqqət çəkir. Amulinin çıxışlarından sonra Təbriz küçələrində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarının divarlara asılması müzakirələrə səbəb olub. Fotoların üzərində “Yaşasın Qarabağ qəhrəmanı Əliyev başqan!” və “Yaşasın Şam fatehi Ərdoğan rəis!” yazılması maraqla qarşılanıb. İran Güney azərbaycanlıların Bakıya yaxın münasibətindən narahatdır? Azərbaycanın bu istiqamətdə Tehrana təzyiq imkanları varmı? Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra İranla münasibətlər heç də hamar olmayıb: “İkitərəfli münasibətlər zaman-zaman yüksək inkişaf səviyyəsinə çatsa da, bəzən qırılma nöqtəsinə qədər aşağı düşüb. Münasibətlərin bu səviyyədə cərəyan etməsi heç də iki tərəfin öz arzusu ilə baş verməyib, əsasən xarici vasitələrdən təsirlənib. Məsələn, İranın Ermənistan və ermənilərlə münasibətləri hər zaman Azərbaycanı qıcıqlandıran motiv olub. Bakı müstəqillik illərində İranın Ermənistana dəstəyini, onun Azərbaycana qarşı silahlandırılmasını qəbul etməyib və Tehranı bu dəstəyə görə tənqid edib. 44 günlük müharibə zamanı İran silahlı qüvvələrinin Azərbaycanın Qarabağda irəliləməsinə qarşı çıxması da, ikitərəfli münasibətlərə ciddi təsir göstərib. Tehranın da Bakıya qarşı irəli sürdüyü bəzi iddialar var. Bu, Azərbaycanın Türkiyə və İsraillə bütün sahələrdə olan münasibətləridir. İran xüsusilə Azərbaycan-Türkiyə münasibətlərinə qısqanclıqla yanaşır. Ankaranın Bakı vasitəsi ilə Cənubi Qafqazda möhkəmlənməsini özü üçün təhlükə olaraq görür. İsraillə Azərbaycanın əlaqələrini isə özünə qarşı çevrilmiş siyasi-hərbi akt kimi qiymətləndirir. Politoloq bildirib ki, artıq Azərbaycan torpaqları işğaldan azad olunub, amma İran “erməni kartı”nı hələ də əlindən buraxmaq istəmir: “Azərbaycan-Ermənistan münasibətlərinin inkişaf etməsi və kommunikasiyaların açılmasını Tehran özünün qırmızı xətti kimi görür. Eyni zamanda Suriyadakı məğlubiyyətini birbaşa Türkiyənin regional siyasəti ilə bağlayır və Azərbaycanı da bu siyasətin tərkib hissəsi hesab edir. Məhz bu səbəbdən son günlər İranda Azərbaycana qarşı düşmənçilik ritorikası güclənib. Bakının düşmənləri öz ruporlarından daha intensiv istifadə etməyə başlayıblar. Bu şəraitdə təbii ki, Azərbaycan da sakit müşahidəçi rolunu oynaya bilməz. Çünki İranın hazırkı münasibətinə qarşı çıxmaq üçün imkanlarımız daha genişdir. Amma Bakı heç zaman qonşusunun pis vəziyyətindən istifadə etməyib. Bu gün bizdə İrana qarşı baş qaldıran hərəkatın əsas səbəbinin məhz Tehranın davranışlarından qaynaqlanması hər kəsə məlumdur. Rəsmi Bakı ölkəmizə qarşı edilən çıxışları cavablandırmaq məcburiyyətindədir. Belə ki, İran anti-Azərbaycan ritorikasını müxtəlif vasitə və üsullarla gündəmdə saxladığı müddətdə, Bakının da əks-həmlələrini və hətta hücumlarını göz önünə almalıdır”. Geri qayıt |