«OLİQARXLARA BÖYÜK ZƏRBƏ» PLANI HAZIRLANIR
Tarix: 19-09-2012, 10:03 | Çap et
 LENİNİN İNQİLABİ İSLAHATLARINA BƏNZƏR OLAYLAR BAŞ VERƏCƏK
DİA.AZ: - Bu gün ayrı-ayrı məmurlarımızın bir oliqarxa çevrilməsi faktdır. Məsələn, faktdır ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov öz əlində həmçinin böyük bir iqtisadi imperiyanın açarlarını saxlamaqdadır və müxtəlif istiqamətlərdə boy göstərən FHN şefi «Gilan» Holdinq, «Caspian Fish» kimi şəbəkələrə malikdir. Və faktdır ki, nəqliyyat naziri Ziya Məmmədov da nazir həmkarından geri qalmır və o da özünün «ZQAN» Holdinqi ilə biznes mühitində kifayət qədər ciddi mövqe sahibidir. Eləcə də digər ciddi qərar sahibi olan məmurlar da bu kimi halları ilə diqqət mərkəzindədirlər.
Amma bütün bunlar sən demə, müvəqqəti ola bilər. Hər halda, hökumət içindəki mötəbər mənbələrdən DİA.AZ-a ötürülən informasiyalar da təsdiqləyir ki, 2013-cü il prezident seçkilərindən sonra YAP iqtidarı kadr islahatları ilə yanaşı, həmçinin ölkə daxilində böyük rezonans yaradacaq fundamental islahatların da həyata keçirilməsini planlaşdırır.
Mənbəmizə görə, ayrı-ayrı oliqarx məmurların əlindəki iqtisadi monapoliyaların darmadağın edilməsi hazırlanan planın başlıca hissəsidir: «Hər zaman hakimiyyətin yuxarı eşalonu üçün hansısa ciddi mənsəb sahibi olan bir məmurun çıxdaş edilməsi böyük problemə bərabər olub. Məsələn, zamanında keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev də böyük güc idi. Fakt idi ki, Fərhad Əliyev əsasən valyuta və qiymətli kağızlar biznesinə nəzarət edirdi. Və hətta dara düşdüyü zaman hazırda həbsxana həyatı yaşayan keçmiş nazir öz qüdrətini hiss etdirməyə də çalışdı».
Mənbəmiz bildirir ki, indiki oliqarx-nazirlər isə Fərhad Əliyevlə müqayisəolunmayacaq səviyyədə «şişiblər»: «Onlar ya təbii yolla, öz axarları ilə, ya da müdaxilə ilə «partlamalıdırlar». Çünki bu qaydada davam etmə qeyri-mümkündür. Çünki enində-sonunda mövcud mənzərə ümumiqtidar maraqlarını belə təhdid edə bilər. Artıq bunun ilkin simptomları da görükməkdədir. Məsələn, bu gün maraqları toqquşan iki oliqarx-məmurun bir-birinə qıcıq olsun deyə, hansısa böhranlı situasiyanı yetişdirə bilməsi və bundan ölkə miqyasında əziyyət çəkilməsi an məsələsidir. Belə bir situasiya isə lik növbədə dövlət başçısını qane etmir».
İddia olunur ki, məhz bu kimi neqativ mənzərələrin darmadağın edilməsi məqsədilə az qala keçən əsrin əvvəllərində yıxılmış çar Rusiyasının sütunları üstündə özünə yeni sovet imperiyası quran Vladimir İliç Leninin islahatlarına bənzər reforma proqramının hazırlanması işinə start verilib: «Əsas proseslər, yəni icra işi daha çox 2014-cü ilə hesablanır. Bu prosesin adına «oliqarx-məmurların əlindəki iqtisadi qüdrətin milliləşdirilməsi işi» də demək olar. Məsələn, «Gilan» Holdinq, «ZQAN» Holdinq və digər buk imi ölkə miqyaslı, böyük təsir gücünə malik iqtisadi şəbəkələrə konkret olaraq əl qoyulacaq».
Artıq bu prosesin indidən başladığını iddia edən mənbəmiz onu da bildirib ki, hətta məmur nəzarətində olmayan iqtisadi ünvanlar da eyni qaydada dövlətin nəzarəti altına alınacaq: «Məsələn, Azərbaycana gəldiyi zaman cibində cəmi-cümlətanı 2 milyon dolları olan və hazırda varidatı 12 milyard dolların üzərində olduğu söylənilən «Azərsun» Holdinqin şefi Abdolbari Gozal bu gün olduqca mühüm, dövləti əhəmiyyətli, strateji bir biznes yönünə - ərzaq biznesinə demək olar ki, şəriksiz qaydada nəzarət etməkdədir. Təbii ki, oliqarx-məmurların iqtisadi şəbəkələri ilə bağlı planın icrası zamanı «Azərsun» Holdinqin kənarda qalması qeyri-mümkündür».
Daha çox böyük təsir gücünə malik holdinq və şirkətləri əhatə edəcək yeni planın nəticəsində orta və xırda sahibkarlar üçün geniş imkanın yaradılacağı da şübhəsizdir: «Çünki, məsələn, «Gilan» Holdinqin «milliləşdirilməsinin» ardından bu şəbəkənin əvvəlki tempində çalışması mümkün olmayacaq və bunun da nəticəsində xırda və orta sahibkarlıq üçün inkişaf zəmini yaranmış olacaq».
Mövzu diqqətimizdədir. Araşdırmalarımız davam edir…


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53 |
|
|
|
• Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44 |
|
|
|
• Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40 |
|
|
|
• Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38 |
|
|
|
• Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31 |
|
|
|
• "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28 |
|
|
|
• Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26 |
|
|
|
• Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00 |
|
|
|
• 1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58 |
|
|
|
• "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29 |
|
|
|
• Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26 |
|
|
|
• Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23 |
|
|
|
• Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21 |
|
|
|
• Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02 |
|
|
|
• Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58 |
|
|
|
• AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11 |
|
|
|
• AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10 |
|
|
|
• Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06 |
|
|
|
• “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05 |
|
|
|
• “Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03 |
|
|
|
• Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02 |
|
|
|
• “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00 |
|
|
|
• Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58 |
|
|
|
• Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54 |
|
|
|
• Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49 |
|
|
|
• Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42 |
|
|
|
• PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41 |
|
|
|
• Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38 |
|
|
|
• Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34 |
|
|
|
• Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33 |
|
|
|
• "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29 |
|
|
|
• Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27 |
|
|
|
• Generalı nazir əvəzlədi
Dünən, 17:23 |
|
|
|
• Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21 |
|
|
|
• Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19 |
|
|
|
• Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21 |
|
|
|
• Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54 |
|
|
|
• “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
• Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48 |
|
|
|
• "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19 |
|
|
|
• İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16 |
|
|
|
• “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13 |
|
|
|
• İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08 |
|
|
|
• Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04 |
|
|
|
• Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00 |
|
|
|
• Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00 |
|
|
|
• “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 13:58 |
|
|
|
|