Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi .....                     Moskva paradına kimlər dəvət olunub? .....                     Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia .....                     ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? .....                     İran və Rusiya gizli danışıqlar aparır .....                     Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası .....                     İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? .....                     Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? .....                     Ermənistan dörd qonşunun hədəfinə çevrildi .....                     Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər .....                     Bu holdinqin maliyyə problemləri bitmir .....                     Xəstəxanada səs-küy salan həkim .....                     Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi .....                     Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi .....                     Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib .....                     Aktrisa Çimnaz Sultanova vəfat edib .....                     ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: .....                     Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? .....                     “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” .....                     Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına .....                     İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb .....                     Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri .....                     İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb .....                     ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? .....                     ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... .....                     Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... .....                     "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." .....                     Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib .....                     “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” .....                     Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar .....                     Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı .....                     Bu, erməni xalqına baha başa gələcək .....                     Rusiya-Ukrayna müharibəsi başa çatır? .....                     Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm .....                     Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib .....                     "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." .....                     "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" .....                     ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ .....                     AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir .....                     Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb .....                 

ƏLÖVSƏT OSMANLI MİSİR MƏRDANOVU “SÖKDÜ”
Tarix: 7-09-2012, 13:51 | Çap et
ƏLÖVSƏT OSMANLI MİSİR MƏRDANOVU “SÖKDÜ”

“BU İL DƏ TƏHSİLİMİZDƏN HEÇ NƏ GÖZLƏMİRƏM”

DİA.AZ: - Bir neçə gün öncə Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının mətbuatda geniş müsahibəsi dərc olundu. Müsahibəsində o, hər il yaşanan dərslik problemindən tutmuş kurikulumun tətbiqinədək bir çox məsələlərə toxunmuşdu. Bununla bağlı bəzi məsələlərə təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlının da münasibətini öyrəndik.

– 2008-ci ildə yeni kurikulumların tətbiqinə start verildi və indiyədək onlar əsasında yalnız 1-4-cü siniflərin dərslikləri hazırlanmışdı. Bu ildən isə 5-ci siniflər üçün yeni dərsliklərin istifadəsinə başlanılacaq. Bu haqda nə deyə bilərsiniz?
– Sualınızın cavabına bir az uzaqdan gəlmək istərdim. Qeyd etdiniz ki, bu dərsliklər yeni kurikulumlar əsasında hazırlanıb. Əvvəla gəlin görək, kurikulumların özləri necədir, yəni onlar tənqidə nə dərəcədə davamlıdır, sonra keçərik dərsliklərə.
Yəqin ki, kurikulumların hansı abırda olması barədə çap olunan silsilə yazıları və cild-cild kitabları oxumusunuz. Təhsilimizi xar edən bu eybəcər sənədlər haqqında indiyədək nə qalıb deyilməsin: “yalançı kurikulumlarla təhsilimizin məzmunu dağıdıldı”; “hazırkı kurikulumlar sınıq-salxaq şeylərdir, yoluq cücəyə bənzəyir”; “bugünkü kurikulumlar təhsilimizə qarayaradır”; “onlar müəlimlərimiz üçün əngəl-kələfə çevrilib” və s. Kurikulumlar bu gündə olanda, indi təsəvvür edin, onlar əsasında “hazırlanmış” dərsliklər nə gündədir. Üstəgəl dərslik müəlliflərimizin spektrinə nəzər salın, görün onlar kimlərdir. Bir çoxunun savadsızlığı, naşılığı və ya səriştəsizliyi onların cızmaqaralarının ilk 3-4 səhifəsindən açıq-aşkar görünür. Bir sözlə, bizim ibtidai sinif dərsliklərinin səviyyəsini postulat şəklində belə ifadə etmək olar: Dünyanın heç bir ölkəsində bu dərəcədə bədnam dərsliklər yoxdur!
Bu gün 5-ci siniflərin yeni dərslikləri haqqında nazirlik yetkililəri çox danışırlar, guya onlar, əvvəlkilərdən fərqli olaraq, görənək olacaq. Nə qalıb, bir neçə gündən sonra bu dərslikləri də görəcəyik. Bəlli olacaq ki, onlar daha betər vəziyyətdədir. Digər tərəfdən, bədbəxtçiliyin dərəcəsinə baxın, 5-ci sinif dərslikləri rəsmi kurikulumlar ortalıqda olmadan hazırlanıb. Belə olan təqdirdə görülən işin ciddiliyindən necə danışmaq olar?!

– Nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı isə deyir ki, kurikulumlar təsdiq olunub, amma toplu halında çap olunmayıb...
– Məsələ də elə bundadır, guya kurikulumlar təsdiq olunub, sadəcə olaraq, onları çap edə bilməyiblər. Əgər kurikulumlar kitab halında deyilsə, onlara necə rəsmi sənəd statusu vermək olar?! Onlar haqqında necə rəy bildirmək olar?! Elektron variantı haqqında tənqidi bir fikir söyləyəcəksən, götürüb dəyişdirəcəklər, heç nəyi də sübut edə bilməyəcəksən. Amma onlar kitab şəklində çap olunsa, bunu edə bilməyəcəklər. Siz özünüz deyin, diskdəki, yaxud fləşdəki hər hansı materialı rəsmi sənəd saymaq olarmı? Şahbazlıdan soruşsaq ki, müsabiqəyə dərsliklərin çap yox, elektron versiyasını təqdim etsələr, onları qəbul edərsinizmi, yəqin deyəcək: əlbəttə yox! Yaxşı onda niyə kurikulum kimi ciddi sənəd cəmiyyət arasında kitab halında yox, disklərdə və fləşlərdə “əl-əl” gəzir.

– Bəs onda kurikulumların çap olunmamasının əsas səbəbi nədir?
– Əsas səbəb onların alayarımçıq olmasıdır. Daha doğrusu, kurikulumları başa gətirə bilmədiklərindən çap edə bilmirlər. Yalandan dövlətə və hökumətə hesabat verirlər ki, guya 5-11-ci siniflərin kurikulumları hazırdır və 02.06.2011-ci il tarixində nazirin 963 saylı əmrilə təsdiq olunub. Ortada isə kurikulumların məzmun standartlarının layihəsindən başqa bir şey yoxdur. Vəziyyətin həddən artıq kritik olması nazirin həmin əmrinin 6-cı bəndindən də açıq-aydın görünür: “Nəzərə alınsın ki, mahiyyət etibarı ilə ümumi orta və tam orta təhsil səviyyələri üçün fənn proqramları (kurikulumları) ilk dəfə hazırlandığından onlar tətbiq edilənədək həmin sənədlərdə redaktə xarakterli və digər aidiyyəti düzəlişlər oluna bilər”. Necə yəni “redaktə xarakterli və digər aidiyyəti düzəlişlər (?!) oluna bilər”? Axı, bu deyilənlər də daxil, bütün prosedurları keçib gəldikdən sonra kurikulumlar təsdiq edilə bilər. Burada bir şeyi də deyim: Yalandan da olsa, məzmun standartlarının layihələri uydurma kurikulum layihəsi adı ilə “Azərbaycan müəllimi” qəzetində dərc olundu, riyaziyyatdan heç bunu da etmədilər. Belə çıxır, cənab nazir yarımçıq sənədləri təsdiqləməklə öz imzasına hörmət etməyib...
Sizi əmin edirəm, bundan sonra hələ bir il də keçəcək, yenə 5-11-ci siniflərin kurikulumları çap olunmayacaq. Buna dəqiq inanmaq istəyirsinizsə, maraqlı bir araşdırma da apara bilərsiniz. Yüz bəhanə gətirəcəklər. Yəqin əsas bəhanələri də bu olacaq ki, maliyyə vəsaitimiz çatışmır, ona görə də çap edə bilmirik. Halbuki buna o qədər də maliyyə gərək deyil. Onda sual verin: Necə olur ki, boş-boş şeylərə vəsait tapa bilirsiniz, amma təlimin təməlini təşkil edən kurikulumların çapına tapa bilmirsiniz? Əgər buna da bir söz tapsalar, onda şəstlə deyə bilərsiniz: Təsdiq etdiyiniz kurikulumların elektron variantını on günə redaksiyamıza təqdim edin, bir təşkilat var, onları kitab halında çap etmək istəyir. Görək onda nə deyəcəklər...

– Faiq müəllim həm də dərsliklərin məzmununun yenilənməsindən, onların keyfiyyətinin yaxşılaşmasından danışır...
– Faiq Şahbazlı və onun təmsil etdiyi qurum dediklərindən arxayın olsaydı, böyük bir təqdimat törəni keçirər, “keyfiyyətli dərsliklərini” ictimaiyyətə təqdim edər, biz də sizinlə birlikdə onların yaxşı və ya pis cəhətlərinin nədən ibarət olduğunu görərdik. Adam “dərsliklər hazırdır, məktəblərə çatdırılıb” – deyir, amma onları ictimaiyyətə təqdim etmək istəmir. Yanğından mal qaçırırmış kimi, onları gizlətməyin məntiqi nədir?! Onsuz da beş-altı gündən sonra hər şey ortada olacaq...

– Amma dərsliklərin keyfiyyətinə nəzarət üçün müstəqil Dərslikləri Qiymətləndirmə Şurası var, deyir...
– Bu da təhsil məmurlarının quyruqlu yalanlarından biridir. Əgər bir qurumun üzvləri, ekspertləri nazirlik tərəfindən seçilib təsdiq və ya azad edilir, əsasnaməsinə görə nazirlik qarşısında hər il hesabat verirsə, onun nəyi müstəqildir? Müstəqil təşkilat da başqa qurum qarşısında hesabat verərmi? Həmin qurumun üzvləri ölkədə tanınmış və çoxlu sayda dövlət işləri olan şəxslərdir. Onların bir neçə günün içərisində minlərlə səhifə dərsliyi saf-çürük edib düzgün qiymətləndirməsi haqqında cəfəngiyyata qarğalar da gülər.

– Bəs onda bu şəxslərin orada təmsil olunmasının məntiqi nədir?!
– Məntiqi çox sadədir. Nazirlik onların gur-gur guruldayan adlarından və titullarından istifadə edir, dərsliklərin qiymətləndirilməsi sahəsindəki zibillərini süpürərək xalça altına yığır. Onlar da bunun qarşılğında yeni vəzifələr və dərslik müəllifliyi əldə etmək şansı “qazanırlar”.

– Belə görünür, ölkədə dərslik müəllifliyi məsələsi hələ də həll olunmayıb...
– Mən dəfələrlə dediyim bir fikri yenə təkrar edirəm: Misir Mərdanov nazir olduğu müddətdə Azərbaycan təhsilində nəinki dərslik problemi, heç bir problem həll olunmayacaq. Onun komandası problemləri həll etməklə yox, problem yaradıb ondan “bəhrələnməklə” məşğuldur. Baxın, indiyədək, nazir və Faiq Şahbazlı başda olmaqla, nazirliyin şöbə müdirləri, onların qohum-əqrəbaları, DQŞ üzvləri dərslik müəllifi olurdularsa, indi övladlarını da bu işə “qoşublar”. Ötən il Faiq Şahbazlının qızının iki dərsliyi çap olundu. Görək o, bu il şapkasından daha nələri çıxaracaq...

– Yeni dərs ilinin başlanmasına sanılı günlər qalır. Təhsil sahəsində bu ildən nə gözləntiləriniz var?..
– Qovut bilirsinizmi nədir? İndini bilmirəm, əvvəllər qovrulmuş buğdanı kirkirədə çəkib un halına salardılar, adına da deyərdilər: qovut. Molla Nəsrəddinin məşhur lətifəsi var.
“Bir gün Molla torbasındakı qovutu yemək istəyirmiş. Möhkəm də külək əsirmiş. O, qovutu ovcunda ağzına yaxınlaşdırarkən külək sovurub aparırmış. Görənlər soruşurlar:
– Molla, yediyin nədir?
Molla cavabında deyir:
– Külək belə əssə, heç nə!”
Sizin bu sualınızı da eyni cür cavablandırardım: İşlər belə davam edərsə, təhsilimizdən builki gözləntim: “heç nə!”...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Bu gün, 23:05
Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Bu gün, 22:19
Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Bu gün, 22:17
ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Bu gün, 22:15
İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Bu gün, 22:13
Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Bu gün, 22:09
İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:14
Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Bu gün, 21:07
Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Bu gün, 20:42
Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Bu gün, 20:35
Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Bu gün, 20:16
Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Bu gün, 20:14
Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Bu gün, 20:07
Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Bu gün, 20:01
Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Bu gün, 19:59
Aktrisa Çimnaz Sultanova vəfat edib
Bu gün, 19:56
ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Bu gün, 19:02
Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Bu gün, 19:00
“Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Bu gün, 18:58
Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Bu gün, 18:17
İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Bu gün, 18:15
Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Bu gün, 18:13
İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Bu gün, 18:09
ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Bu gün, 17:59
ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Bu gün, 17:53
Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Bu gün, 17:51
"Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Bu gün, 17:40
Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Bu gün, 17:37
“AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Bu gün, 17:33
Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Bu gün, 17:27
Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Bu gün, 17:25
Bu, erməni xalqına baha başa gələcək - Karasin
Bu gün, 17:20
Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Bu gün, 17:19
Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Bu gün, 17:17
Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Bu gün, 17:16
"4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Bu gün, 17:14
"Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Bu gün, 17:09
ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02
AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58
Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56
Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55
“Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48
Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46
Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43
“Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18
Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17
Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14
Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12
ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru