İcra hakimiyyəti hərbi şəhərciyi satışa çıxarıb - Qəbələdə şok!
Tarix: 21-01-2016, 08:35 | Çap et
Qəbələ rayonundan cumhuriyyət.az-ın elektron poçtuna ilginc məlumat daxil olub. Məlumata görə rayonun bütün idarə və müəssisə rəhbərləri keçmiş hərbi şəhərcikdəki mənzilləri inhisara almışlar. Məlumat üçün bildirək ki, sözügedən şəhərcikdə 700- ə yaxın yaşamaq üçün yararlı mənzil var. Qəbələ RLS-in tam şəkildə Azərbaycanın balansına verilməsi ilə rus hərbçilər bu ərazini tərk edib və mənzillər sahibsiz qalıb.
Əslində keçmişdə rus hərbçilərinin yaşadıqları şəhərcik sahibsiz deyil. Bu ərazi Azərbaycan Respublikasının mülkiyyətidir və insanların indiki ağır sosial durumunda bu şəhərcik mənzil ehtiyacı olan yüzlərlə ailəni sevindirə bilər. Amma rayon icra hakimiyyətinin başçısı Səbuhi Məmmədov başda olmaqla onun müavinləri Arif Allahverdiyev və Abil Ağasəfov buradakı mənzilləri idarə müəssisə rəhbərlərinə satıblar. İcra hakimiyyətindəki mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, hər həftə icra hakimiyyətinə onlarla evsiz Qəbələ sakinləri bu şəhərcikdən mənzil almaq üçün müraciət edir, ancaq əli boş geri qayıdırlar. Mənbəmiz mənzillərin satışının aşağıdakı qiymətlərlə həyata keçirildiyini bildirir:
1 otaqlı mənzilin qiyməti 2000 AZN; 2 otaqlı mənzilin qiyməti 3000 AZN; 3 otaqlı mənzilin qiyməti 5000 AZN.
Mənzilləri zəbt edən müdir və digər məmurların bəzilərinin adları və zəbt etdiyi mənzillərin nömrəsi məlumdur. Şəhərcikdə adları və ünvanları cumhuriyyət.az-a məlum olan onlarla məmur var ki, onların da burada bir neçə mənzili var. Həmin məlumatların bir hissəsini də diqqətinizə çatdırırıq:
1. Qəbələ şəhər bələdiyyə sədri Ramin Əliyevin 62-ci binada, 2 və 3-cü mənzillər. Əlavə olaraq səkkiz (8) mənzili də zəbt edərək kirayəyə verdiyi qeyd edilir. 2. Gilan Holdinqin trast (trust) mühafizə şirkətinin rəisi Kənan adlı şəxsin 6 mənzili zəbt edərək kirayəyə verdiyi qeyd edilir. 3. Eldar Dəmirov. Hərbi şəhərciyin mənzil istismarı idarəsinin müdir müavini 62-ci binada, mənzil 22-23 cü mənzillər və əlavə olaraq 3 zəbt olunmuş mənzili kirayəyə verdiyi qeyd edilir. 5. Famil Nurəddinov. 71-ci binada, 62-64 cü mənzillər. 6. Ağayeva Fatima. 71-ci binada, 22-30 cu mənzillər. 7. Rübabə Qasımova. 71-ci binada, 39-cu mənzil və 74 cü binada, 9-cu mənzil. 8. Vüqar Məmmədov. Şəhərcikdə polis əməkdaşı. 74-cü binada, 38-39 cu mənzillər. Əlavə olaraq 3 mənzili zəbt edərək kirayəyə verib. 9. Elnur Nəzirov. Ramiz Bilalovun kürəkəni. 74-cü binada, 53-54 cü mənzillər. 10. Müsəddin Həmidov. 31-ci binada, 10-11 ci mənzillər. 11. Zəminə Sultanova. 31-ci binada, qapı nömrəsi bilinməyən 2 mənzilə sahibdir. 12. Natəvan Dəmirova. ”JEK”-in müdiri Eldar Dəmirovun katibəsi. 73-cü binada, 50-54-cü mənzillər. 13. Ağamurad Muradov. 3 mənzilə sahib olduğunu qeyd edir. 14. Azər Alxasov. 62-ci binada, 2 mənzilə sahibdir. 15. Qəbələ dioqnostikasının müdir müavini Kamil həkim 3 mənzilə sahibləndiyini bildirir. 16. Hərbi dağın müdiri İsmayıl adlı şəxs. 61-ci binada, 2 mənzilə sahibdir. 17. Füzuli Əliyev. Texnika bankın keçmiş filial müdiri. 3 mənzilə sahibdir və mənzilləri kirayəyə verdiyini qeyd edir.
Qəbələ rayonunda məmur özbaşnalığının pik həddə olduğu, insanların bürokratik əngəllərlə hər addım başı qarşılaşdıqları haqqında mütəmadi olaraq dövri mətbuat silsilə yazılar dərc edir. Burada cəzasızlıq mühiti olduğuna görə, istənilən ranqlı məmur öz bildiyini edir. Qəbələ sadə qəbələlilər üçün əsl, üstü açıq həbsxanaya döndərilib. Burada yalnız rayon rəhbərliyinə və nazir Kəmaləddin Heydərova yaxın olan şəxslər yaşaya, firavan həyat sürə bilərlər. Yerdə qalanlar isə sürünməli və hər ötən gün bir az da necə alçaldılmalarına tamaşa etmək məcburiyyətindədirlər.
Yazı dərc olunması üçün hazırlanarkən rayon icra hakimiyyətindəki mənbəmiz yenidən cumhuriyyət. az-a informasiya ötürdü ki, hərbi şəhərcikdə baş verənlər haqda kənara məlumat sızması ilə bağlı rayon rəhbərliyi məlumat alıb.
Buna görə də icra baçısı Səbuhi Məmmədovun göstərişi ilə rayon polisi və prokurorluğu gecə ikən şəhərciyə soxulmuş və burada yaşayan əhalini təhdid edərək hədələmişdilər. Əməlliyata rəhbərlik edən rayon polis rəisinin əməlliyat işləri üzrə müavini Etibar Babayev sakinləri hədələmiş və bildirmişdir ki, burada hər hansı video, foto çəkilişi həyata keçirilib KİV-də dərc olunsa hamınızı dubinkanın altına salacağıq. Görünən budur ki, rayon rəhbərliyi baş verənlərin ictimailəşməsindən bərk narahatdır. Çünki ərazidə olan mənzilləri rayon rəhbərliyi və onlara yaxın şəxslər, hüquq-mühafizə orqanlarının rəhbərləri ya satıblar, ya da ki, zəbt ediblər.
Bu üzdən onlar baş verənlərin zor yoluyla gizli saxlanılmasının tərəfdarıdırlar. Hərbi şəhərcikdə yaşayan, adının çəkilməsini istəməyən sakin qeyd edir ki, son vaxtlar rayon rəhbərliyi və yerli polis əhaliyə qarşı amansız davranışları ilə gündəmdədirlər: "Bu oyunları başımıza icra başçısı Səbuhi Məmmədov açdırır. Bu oyunlardan rayonumuzun deputatı, respublika ağsaqqallar şurasının sədri hörmətli Fəttah Heydərovun da, onun oğlu rayonumuzun qeyri-rəsmi rəhbəri nazir Kəmaləddin Heydərov cənablarının da xəbəri var. Görünür onlar razılıq veriblər ki, başımıza bu oyunlar gətirilir. Fəttah müəllim Qəbələ rayonunu ağsaqqal kimi yola verib, işləri qaydasına qoya bilmirsə bəs onda bu boyda ölkəyə necə ağsaqqallıq edə bilər?Gəlsin də görsün başımıza polis, icra başçısı, prokuror nə oyun açır. Rayon prokuroru Məqsəd Orucov deyir ki, rayondan sirr kənara çıxsa sizin həbsinizə qərar verəcəm. Niyə? Ona görə ki, şəhərcikdə bir neçə mənzili də o zəbt edib. Biz uzun illər hərbi hissə burada fəaliyyətə başlayandan bu günədək burada məskunlaşmışıq, işləmişik. İndi bizi buradan çıxarırlar ki, evlər dövlətindir. Bəs dövlətindirsə onda sizlər niyə hərənizə 5-10 ev zəbt edirsiniz? Bütün qohum-əqrabanıza, kürəkənlərinizə ev tutmusunuz. Bizi hara qovursunuz? Rayon rəhbərliyi bizim beynimizi paslı dəmirlə qurdalayır ki, biz də hökumətə, qarşı etiraza qalxaq. Qəbələ camaatı həmişə dövlətə bağlı olan camaat olub. İndi bizi qəsdən hökumətimizdən, prezidentimizdən narazı salırlar. Prezident İlham Əliyevdən xahiş edirik ki, Qəbələ məmurlarına, polisinə tərbiyə verilməsinə, əxlaq öyrədilməsinə sərəncam versin.
Redaksiyadan:Yazıda adları çəkilən bütün şəxsləri dinləyib, fikilərini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Dünən, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Dünən, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Dünən, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Dünən, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Dünən, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Dünən, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Dünən, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Dünən, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Dünən, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Dünən, 10:55 |
|
|
|
|