Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? .....                     Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? .....                     “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə .....                     Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? .....                     Ağlar günə qalan Naxçıvan səhiyyəsi... .....                     Niyam Salaminin yarım milyon borcu üzə çıxdı .....                     Gəncə Tibb Kollecində rüşvət tələb olunur? .....                     "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" .....                     Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? .....                     Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur .....                     Kamilənin adından dələduzluq .....                     Abdolbari Gozal vəfat etdi .....                     Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib .....                     Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib .....                     İmişlinin deputatı yerli sakinlərə səsləndi .....                     “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” .....                     Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi .....                     “Yüz illik saziş” və əbədi tərəfdaşlıq .....                     Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq .....                     Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb .....                     Putin görsə ki İran dardadır... .....                     Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar .....                     İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? .....                     Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı .....                     Bu gedişlə... BAĞLANACAQ! .....                     Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu .....                     Paşinyan qorxu içindədir: .....                     "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" .....                     Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib .....                     "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" .....                     Yeni “kütləvi qırğın silahı” .....                     Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib .....                     Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU .....                     “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” .....                     Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? .....                     Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… .....                     "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" .....                     Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ .....                     Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir .....                 

Azərbaycan Texnologiya Universitetində talançılıq DAVAM EDIR
Tarix: 18-01-2016, 08:50 | Çap et
Azərbaycan Texnologiya Universitetində talançılıq
DİA.AZ: - Redaksiyamıza Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində baş verən özbaşınalıqlarla bağlı yeni məqalə göndərilib. DİA.AZ olaraq həmin məqaləni təqdim edirik: “Son vaxtlar dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində dünya iqtisadiyyatında baş verən böhranlı vəziyyət bir çox ölkələri, o cümlədən AR hökumətini də iqtisadi islahatlar aparmağa məcbur etdi. Bu sahədə ölkə prezidenti təcili tədbirlərin görülməsi üçün müşavirələr keçirir, böhranın ölkə vətəndaşlarının durumuna təsirini minimum səviyyəyə salınması üçün tədbirlər görür. İlham Əliyev NK-nin son iclasında da bəyan etdi ki, bəzi idarə və müəssisələr lazımsız ştatlar açaraq, həmin ştatda işləyənlərin hesabına pullar köçürür və maliyyə vəsaitlərini talayırlar. Həmin müşavirədə çıxış edən maliyyə naziri S.Şərifov da 2019-cu ilədək qənaət rejimində işləyəcəklərini bəyan etdi.

Ölkədə bütün səviyyələrdə maliyyə vəsaitlərinin səmərəli, məqsədyönlü və qənaətləxərclənməsi yüksək səviyyələrdə tələb edilsə də “qeyri-adi” idarəetmə sistemi ilə idarə olunan Azərbaycan texnologiya universitetində talançılıq davam edir. Akif və Şamil Süleymanovların universitetdə qurduqları yarıtmaz idarəçiliyin mahiyyəti məhz universitetin maliyyə ehtiyatlarını talamaqdan ibarətdir. Keçmiş nazir Əli Abbasovun dəstəyi ilə rektor təyin olunan Akif Süleymanovun idarəçilik “qabiliyyəti” oğlunun da ona kömək etməsinə baxmayaraq yalnız pul mənimsəməyə “qadirdir”. Onun necə rektor və hansı səviyyədə idarəetmə qabiliyyətinin olması, ATU-nun Elmi Şurasının youtube-də yayımlanan iclasına baxdıqda məlum olur (Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasında “qoçuluga” çağırış, https://www.youtube.com/watch?v=2IP-5emFfwc). Həqiqətən də 16.12.2015-ci il tarixdə diaaz.space saytında nəşr olunmuş yazıda (http://www.dia-az.online/?do=search&subaction=search&story=az%C9%99rbaycan+texnologiya+universitetind%C9%99+h%C3%BCquqi+nihilizm&x=5&y=3) təhsil naziri M.Cabbarova müraciət edərək ondan Akif və Şamil Süleymanovlara ATU-nun nihilist obrazının-BAZAR UNİVERSİTETİNİN yaradılmasına imkan verməmək xahiş edilmişdi. Universitet Elmi Şurasının iclasına baxan hər kəs bu təhsil ocağının əsl bazar olması qənaətinə gələ bilər. Çıxışlardan görünür ki, rektor başda olmaqla Elmi Şura üzvlərinin əksəriyyəti özbaşınalıq və qanunazidd əməllərlə məşğuldurlar və “hər ağızdan bir avaz gəlir”. Elmi Şurada hərcmərclikdir və rektor onu özünəməxsus formada “idarə edir”.

Deməli hörmətli nazir M.Cabbarov hələ ki, Akif və Şamil Süleymanovlara “dur” deməyə tələsmir. Səbəb isə yenə də suallar yaradır:

-Əli Abbasovun işdən uzaqlaşdırılmasından sonra Süleymanovları həqiqətənmi M.Cabbarov müdafiə edir?

-M.Cabbarov həqiqətənmi Şamildən aldığı hədiyyəyə görə Süleymanovlar qarşısında “borclu” duruma düşüb?

-universitetin maliyyə vəsaitlərinin talanması ilə məşğul olan oğul Süleymanov həqiqətənmi əməllərini nazir müavini Ceyhun Bayramovla razılaşdırır?

-ölkə başçısının “məmurlar və vəzifə sahibləri ictimai rəyə ciddi yanaşmalı və reaksiya verməlidirlər” fikri M.Cabbarov və C. Bayramova da aiddirmi?

-M.Cabbarov və C.Bayramov həqiqətənmi Akif Süleymanova mənimsədiyi 3.000000(üç milyon) manat vəsaiti universitetin büdcəsini talayaraq ödəmək üçün şərait yaradıblar?

-maliyyə nazirinin müavini, C.Bayramovun qardaşı, A.Bayramovun bu məsələlərə nə qədər aidiyyatı var? və s.

Suallara cavab maraq doğurur. Təbii ki, həm də sual ünvanlanan şəxslərin səmimi münasibəti və məsələyə biganə qalmaması.

Universitetin pullarının talanması barədə əvvəllər də bir çox KİV-lərdə məlumatlar yetərincə verilib. Lakin əlavə məlumatlar bəlkə müvafiq səlahiyyət sahiblərini hərəkətə keçməyə nəhayət ki, vadar etdi.

Təhsil tarixində görünməmiş haldır ki, universitetdə və təhsil sistemndə analoqu olmayan hallar məhz Süleymanovlar tərəfindən həyata keçirilib. Bir neçə fakt sadalayaq:

1.Universitetdə Təlim-tərbiyə İşləri üzrə Prorektor vəzifəsi olduğu halda Süleymanovlar qanunazidd olaraq “Tərbiyə işləri üzrə koordinator” vəzifəsi təsis edərək Şamilin Əmənov Rauf adlı dostunu həmin vəzifəyə təyin etdirmiş və ona 1650 manat əlavə maaş “müəyyən edib”. Təlim-tərbiyə İşləri üzrə Prorektor isə cəmi 500 manat vəzifə maaşı və 26 manat əlavə maaş alır.

2.Bütün müəssisələrdə olduğu kimi ATU-da da “Hüquqşünas” ştatında çalışan var. Lakin nədənsə bu müəssisədə həmin ştatda iki nəfər işləyir. Yəni, “qızın iki adaxlısı var”, yaxud, hüquqşünas ştatı “balalayıb”. Daha maraqlısı odur ki, Şamilin dostu olan hüquqşünasElnur Əliyev (başqa yerdə tam ştatda işlədiyi halda) yarım ştat üçün 650 manat əlavə maaş aldığı halda, əvvəldən bu ştatda işləyən Şakir Əliyev cəmi 64 manatla “kifayətlənməli” olub.

3.Universitetin mühasibatlığında kifayət qədər təcrübəli işçilər işləməsinə baxmayaraq, universitetin büdcəsindən silməyi planlaşdırdıqları pulların izini itirmək üçün əlavə “Auditor” statı “təsis edərək” ora Fuad Bayramlı adlı bir təriqətçinitəyin etmiş və ona da əlavə maaş kimi 2000 manat verilməsi barədə “qərar qəbul ediblər”.

4.Son üç ayda işə götürülən 45 nəfər işçinin hər birinə 650-2500 manat əlavə maaş verən Süleymanovların bu talama əməllərinə nə ad vermək olar? Universitetdə əməyi olan professor cəmi 32 manat əlavə maaş aldığı halda öz dostlarına böyük məbləğdə əlavə maaş verən Süleymanovların bu əmələri nə vaxt araşdırılaraq cavabını alacaq? Hələ universitetin təmiri və müxtəlif mallarla təchizatı sahəsində işlərə silinən böyük məbləğdə pullar barədə danışmırıq. Bu başqa mövzudur və bu barədə də araşdırmamız olacaq.

Bütün bunlarla yanaşı Akif Süleymanov universitetin bir neçə əməkdaşından borc adı ilə böyük məblğdə pul aldığı da ortaya çıxıb. “Mənə kömək edin, pulunuzu qaytaracam” deyə əməkdaşları aldadan rektor sonradan həmin pulları qaytarmaqdan yayınmağa çalışır. Özünü “xəstəliyə vuran” rektor borc yiyələrinə “məni əsəbləşdirmək olmaz, xəstəyəm” deyə cavab verir. Əgər həqiqətən xəstədirsə, bu iştah onda hardandır?

Vəziyyəti belə görən borc yiyələri məsələni hüquqi müstəvidə həll etməyə məcbur olublar və artıq onlar hüquq-mühafizə orqanlarına, konkret olaraq Respublika prokurorluğu yanında Korrupsiyaya Qarşı mübarizə idarəsinə müraciət ediblər.

Qeyd edək ki, 2015-ci ilin may ayında Akif Süleymanova qarşı adı çəkilən idarədə maliyyə vəsaitlərini külli miqdarda mənimsəmə faktı üzrə cinayət işi açılıb. Görəsən bu məsələlər qısa müddətdə başa çatdırılaraq Akif Süleymanovun əməllərinə hüquqi qiymət veriləcəkmi?

Ümid edirik ki, M.Cabbarov və C.Bayramovun kölgəsinə sığınaraq talanla məşğul olan Akif Süleymanova hüquq-mühafizə orqanlarında və istintaqçıların kölgəsində yer olmayacaq”.

diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40
“Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37
Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38
Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05
Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10
Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06
Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00
Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30
İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28
“İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26
Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22
“Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10
Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09
Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56
Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55
Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22
İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13
Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29
Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24
Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20
Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11
"Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06
Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00
"Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20
Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00
Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58
Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12
“ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42
Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28
Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22
"Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Dünən, 12:20
Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 12:13
Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:05
Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Dünən, 12:03
QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Dünən, 11:55
İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Dünən, 11:33
Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Dünən, 11:25
"Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Dünən, 11:14
Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Dünən, 11:12
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 11:07
Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Dünən, 11:04
Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Dünən, 11:00
SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Dünən, 10:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru