"Dedi “burada sığorta kağızı keçmir”..." - NARAZILIQ VAR...
Tarix: 2-03-2024, 09:00 | Çap et
 Elza Məmmədova 1 ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Balaxanının qazı olmayan, şəraitsiz məhəlləsində yaşayan Elza dəmir yığaraq 4 uşağı ilə dolanmağa çalışır. Elə xəstəliyinə də imkansızlığın səbəb olduğunu deyir:
“Ağır kisələr qaldırmaq, dəmir-dümür daşımaq, kürəyimdə odun daşımaq… Hamısı ağır yüklərdən oldu, hamısını onlar etdi. İmkansızlıq. Nə qədər qadın xeylağı ağır kisələri daşıyar, kürəyində odun-ocaq daşıyar? Yenə əvvəl dəmir-dümür çox olanda yığırdıq. İndi olmur. Zülmlə gəzirsən, gərək nə qədər yer gəzəsən ki, bir kisə yığasan. Bir kisə də heç 10 manat edir-eləmir. Axşam düyü var idi, gətirdim düyünü süzdüm. Çörəyimiz yox idi, nə də pul var idi almağa. Düyünü süzdüm, yedilər, yatdılar”.
Elza xəstəliyini müalicə etdirməyə gücünün çatmadığını deyir. Milli Onkologiya Mərkəzində müalicənin bahalığı və sığortanın keçməməsi vəziyyətini daha da çətinləşdirir.
“Oraya mən sığorta kağızı da apardım. Keçmədi, dedi “burada sığorta kağızı keçmir”. İki-üç gün olar sümük analizindən keçmişəm. 185 manat sümük analizinə istədilər. Getdim, yalvardım, düşmürdülər. Dedim, onda keçə bilmirəm də. Həqiqətən də yox idi, tapa bilmirdim pulu. İnanırsan, mənim onlara verdiyim pul hamısı 1 manat, xırda pul idi, elə yığmışdıq. Dedim, onda çıxım baş həkimin yanına. Qoymadılar, dedilər, onda 100 manat ödə, sonra keç. Axır 100 manat ödədim, sümük analizindən keçdim. İndi də şüa almalıyam, pul yoxdur. Orada neçə adamdan soruşdum, 2600 manat dedilər. Həkim hələ özü demədi 2600 gətir. Orada şüadan çıxanlar var idi, soruşurdum, dedilər, burada şüa 2600-dür. Şüa eyni şüadır, fərqi yoxdur”.
Elza xəstəliyi üçün pensiya da almır. Deyir ki, pensiya alsaydı, heç olmasa iynə-dərmanını almağa pul tapılardı.
“Mənim pensiyamı iki dəfə yazdıq, imtina gəldi. Dünən getdim, dedim, mən pensiya üçün yazmışam, niyə imtina gəlib? Komissiya çağırdılar, getdim. Dedi gərək əməliyyat olunduğun gündən 6 ay keçsin ki, sonra sənə pensiya düşsün. Əslində dərmanlarım poliklinikada, kimyadan gəlirəm, ağrıkəsicini poliklinika pulsuz verməlidir. Verilmir heç biri. Pensiyam düzəlsə, onlar hamısı mənə oradan pulsuz verilər. Baxma, pensiya düzələr, iynəmə, dərmanıma, az pul deyil də, uşağımın yeməyinə çatdıraram”.
Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli yerli mediaya açıqlamasında onkoloji xəstələrə bütün xidmətlərin pulsuz olduğunu bildirib. 2006-cı ildə qəbul edilən “Onkoloji yardım haqqında” Qanunun 4-cü maddəsinin 4.3 bəndində də hər bir Azərbaycan vətəndaşı olan onkoloji xəstənin tibbi yardımının dövlət büdcəsi hesabına həyata keçirildiyi qeyd edilib.
diaaz.space


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54 |
|
|
|
• “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48 |
|
|
|
• "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19 |
|
|
|
• İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16 |
|
|
|
• “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13 |
|
|
|
• İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08 |
|
|
|
• Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04 |
|
|
|
• Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00 |
|
|
|
• Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00 |
|
|
|
• “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05 |
|
|
|
• 60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54 |
|
|
|
• “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52 |
|
|
|
• Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46 |
|
|
|
• "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45 |
|
|
|
• AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35 |
|
|
|
• "İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31 |
|
|
|
• “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30 |
|
|
|
• Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21 |
|
|
|
• Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14 |
|
|
|
• “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11 |
|
|
|
• “Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07 |
|
|
|
• "Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05 |
|
|
|
• “Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04 |
|
|
|
• DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02 |
|
|
|
• “Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58 |
|
|
|
• Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55 |
|
|
|
• Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52 |
|
|
|
• “Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47 |
|
|
|
• Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42 |
|
|
|
• Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36 |
|
|
|
• Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30 |
|
|
|
• Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Hindistan faşist zehniyyətli rejimdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15 |
|
|
|
• İcra başçısına xanım müavin təyin edilib - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• "Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03 |
|
|
|
• Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58 |
|
|
|
• Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53 |
|
|
|
• Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51 |
|
|
|
• İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32 |
|
|
|
• "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27 |
|
|
|
• "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24 |
|
|
|
• "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22 |
|
|
|
• Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12 |
|
|
|
• Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08 |
|
|
|
|