`Ballı` marketdə ağzımızın dadını necə qaçırırlar... - Söhbət 50 qəpikdən yox, 50 qəpiklərdən gedir...
Tarix: 15-11-2023, 08:22 | Çap et
 Allah mənə güclü intuisiya və skeptik xarakter verib. Saata baxmadan vaxtı, tərəziyə qoymadan çəkini cüzi fərqlə təyin edə bilirəm. Çox zaman düppədüz. Hətta şəkərimi və təzyiqimi də tez-tez ölçmürəm, çünki buna ehtiyac duymuram. Artıq, əskik və ya normal olduğunu hissiyyatımla bilirəm. Mağazadan aldığım malları kassada vurduranda məndən artıq və ya əskik aldıqlarını çekə baxmadan hiss edir, baxdıqdan sonra səhv etmədiyimə əmin oluram. Az öncə də belə oldu. Hövsan kəndindəki "Ballı" marketdən bəzi şeylər aldıq. Pulu ödəyib çıxdıqdan sonra xanıma dedim ki, deyəsən, çox aldılar, çeki ver, baxım. Çekdə yekun məbləğ 14.55 idi. Bunu bilirsiniz ki, kompüter hesablayır. Ancaq mən kompüterə də skeptik yanaşan insanam. Odur ki, şifahi hesabladım və zənnim məni aldatmamışdı: 14,05 idi. Xanım təklif etdi ki, gəl kalkulyatorda da hesablayaq. Hesabladıq və 14.05 çıxdı. Düz 50 qəpik artıq almışdılar. Ballı marketə qayıdıb, qapının ağzında dayanan administratora yaxınlaşıb, problemi dedim. Malları alıb, kassanın qarşısına tökdü və yenidən hasablatdırdı. Yenə 14. 55 çıxdı. Dedim, qardaş, gəl özümüz hesablayaq da. Sən ticarətçi, mən filoloq. Bax bu belə, bu elə, o da belə. Cəmi 14 manat 5 qəpik. Razılaşmayıb, dedi ki, gəl kalkulyatorda da hesablayaq. Hesabladıq və yenə məndeyən çıxdı. Başladı fırlatmağa ki, burda 6 ədəd mal var, amma kassir 5 hesablayıb. Kassir də qayıtdı ki, xeyr, elə 5 maldır. Ondan sonra başladı ki, aparaq malları bir də çəkək və s. Dedim, qardaş, malı niyə yenidən çəkirik e, söhbət ondan gedir ki, verdiyiniz qəbzdə malların qarşısındakı qiymətlərlə yekun məbləğ uyğun gəlmir. Yenə dedi ki, yox, ola bilməz, bizdə hər şüy düzdür-filan. Dedim, hər şey düz olsa da, məndən 50 qəpik artıq almısınız. Üzr istəyib pulumu qaytarmaqdansa, at kimi üzümə durursan. Əlli qəpiyi qaytarsalar da, üzr istəyən olmadı. əgər üzrxahlıq edib, səhv etdiklərini boyunlarına alsaydılar, bu statusu yazmaya bilərdim. Etmədilər və mən də yazdım. Hamıya məsləhət görürəm ki, marketlərdən alış-veriş etdikdən sonra qəbzlərdəki yekun məbləğə inanmayın. Xüsusilə də, "Ballı" marketlər şəbəkəsindən. Çünki sistemi kompüterə qəsdən elə yükləyirlər ki, müştəridən artıq ala bilsinlər. Gün ərzində min nəfərin hərəsini 50 qəpik aldatslar, bu edir 500 manat. Ancaq 15 manatlıq alverdə 50 qəpik aldadırlarsa, 100 manatlıqda bu 3-4 manat olur. Bu da fırıldağın yeni növüdür və düşünürəm ki, aidiyyatlı orqanlar bundan xəbərsiz deyil. Azərbaycan xalqının aldadılması, tovlanması, loxlanması siyasəti davam edir. Çünki kifayət qədər diqqətli və prinsipial deyilik. Qəbzi paylaşıram və buyurub, hesablaya bilərsiniz.


Müəllif: Nadir Qocabəyli - ekspert Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Bu gün, 23:00 |
|
|
|
• 1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Bu gün, 22:58 |
|
|
|
• "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Bu gün, 22:29 |
|
|
|
• Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Bu gün, 22:26 |
|
|
|
• Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Bu gün, 22:23 |
|
|
|
• Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Bu gün, 22:21 |
|
|
|
• Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Bu gün, 19:02 |
|
|
|
• Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Bu gün, 18:58 |
|
|
|
• AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Bu gün, 18:11 |
|
|
|
• AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Bu gün, 18:10 |
|
|
|
• Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Bu gün, 18:06 |
|
|
|
• “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Bu gün, 18:05 |
|
|
|
• “Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Bu gün, 18:03 |
|
|
|
• Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Bu gün, 18:02 |
|
|
|
• “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Bu gün, 18:00 |
|
|
|
• Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 17:58 |
|
|
|
• Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:54 |
|
|
|
• Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Bu gün, 17:49 |
|
|
|
• Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Bu gün, 17:45 |
|
|
|
• Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Bu gün, 17:42 |
|
|
|
• PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Bu gün, 17:41 |
|
|
|
• Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Bu gün, 17:38 |
|
|
|
• Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Bu gün, 17:34 |
|
|
|
• Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Bu gün, 17:33 |
|
|
|
• "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Bu gün, 17:29 |
|
|
|
• Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Bu gün, 17:27 |
|
|
|
• Generalı nazir əvəzlədi
Bu gün, 17:23 |
|
|
|
• Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Bu gün, 17:21 |
|
|
|
• Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:19 |
|
|
|
• Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Bu gün, 16:21 |
|
|
|
• Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54 |
|
|
|
• “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48 |
|
|
|
• "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19 |
|
|
|
• İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16 |
|
|
|
• “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13 |
|
|
|
• İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08 |
|
|
|
• Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04 |
|
|
|
• Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00 |
|
|
|
• Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00 |
|
|
|
• “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05 |
|
|
|
• 60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54 |
|
|
|
• “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52 |
|
|
|
• Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46 |
|
|
|
• "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45 |
|
|
|
• AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40 |
|
|
|
|