MİDA-dakı özbaşınalıqlarla bağlı Prezidentə MÜRACİƏT OLUNDU - İFŞA FAKTI
Tarix: 11-11-2023, 08:46 | Çap et
 MİDANIN GÜZƏŞTLİ MƏNZİLLƏRİNİN HANSISA YOLLARLA ƏLDƏ EDİLİB BAHA QİYMƏTƏ SATILMASIYLA BAĞLI ÖLKƏ BAŞÇISINA MÜRACİƏT
Cənab Prezident, Dövlətimiz tərəfindən sosial layihələrin uğurlu icrasının təmin edilməsi üçün zəruri addımlar atılır. Azərbaycan hökumətinin sosial siyasətinin bəyan edilmiş məqsədlərindən biri də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, az təminatlı ailələrin, xüsusilə də gənclərin mənzil probleminin həll edilməsidir. Buna görə də sosial mənzillərin tikintisinə böyük ehtiyac var idi. Azərbaycan Respublikası vətəndaşlarının, xüsusilə də evsiz, az təminatlı gənc ailələrin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ucuz qiymətə çoxmənzilli binaların tikilməsi üçün Sizin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanınızla Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaradıldı. Agentliyin yaradılması vətəndaşlarımızın sosial məsələlərinin həllinə Ölkə başçısının yüksək diqqət və qayğı ilə yanaşmasının növbəti təzahürü idi. Güzəştli mənzillərdən ölkənin gənc alimlərinin, elmi işçilərinin də yararlana biləcəyini öyrənəndə kirayədə yaşayan bir gənc kimi mən də sevindim. Çünki az maaşla kirayədə yaşamaq və ailə saxlamaq çətin idi. Amma MİDA-nın keçirdiyi elə ilk satışdan prosesin qeyri-şəffaf olduğu məlum oldu və dəfələrlə satışlarda iştirak etsəm də mənzil almaq cəhdim hər dəfə uğursuzluqla nəticələndi. MİDA-nın məsul şəxsləri güzəştli mənzil sisteminin təhlükəsizliyini elə hazırlamalı idi ki, sünii sistemlər, robotlar, botlar ora müdaxilə edə bilməsin. Minlərlə gənc satış zamanı “təhlükəsizliklə bağlı boşluqlar”, “xüsusi proqram təminatından” istifadə edilməsi, xakerlərin müdaxiləsi səbəbindən mənzil əldə edə bilmədi, həqiqətən mənzilə daha çox ehtiyacı olanlar kənarda qaldı. Əgər MİDA təhlükəsizliyi tam təmin etsəydi, satış zamanı sistemə edilən kənar müdaxilələr avtomatik bloklana bilərdi. MİDA-nın İdarə Heyətinin sədrinə ünvanladığım məktublarda satış zamanı baş verən qüsurlarla bağlı sadaladığım ittihamların heç biri qəbul edilməyib. Seçimlərlə bağlı bu qədər şikayətin olmasına baxmayaraq MİDA bütün satışlardan sonra mətbuata şəffaf, keyfiyyətli və təhlükəsiz satış keçirildiyini açıqlayıb. Bir müddət əvvəl satışa müdaxilə edən şəxslərin bəziləri aşkarlanması ilə bağlı mətbuatda məlumatlar yayıldı. Hal-hazırda MİDA tərəfindən satılan mənzillərin xeyli hissəsinin kirayəyə verilməsi və yüksək məbləğə satılmasıyla bağlı alqı-satqı portallarında xeyli elanlar var. Güzəştli mənzillərin kirayəyə verilməsi və satılması qanunsuzdur. Bu fakt sübut edir ki, həmin mənzillər ehtiyacı olmayanlar tərəfindən hansısa yollarla əldə edilib. Cənab Prezident, MİDA keçirdiyi güzəştli mənzil satışının həyata keçirilmə şəklinə görə hər zaman çox ciddi tənqid olunur. Əhalinin aztəminatlı təbəqəsinin güzəştli şərtlərlə tikilən sosial mənzillərə ehtiyacı var. Düşünürəm ki, baş verən bu qədər anormallıq və qanunsuzluqlardan sonra güzəştli onlayn mənzil satış sistemindən imtina edilməli, daha təhlükəsiz və ədalətli satış metodundan istifadə edilməlidir. Agentlik birbaşa Azərbaycan Respublikasının Prezidentinə, Sizə tabedir. Ona görə də Sizdən xahiş edirəm ki, Agentliyin fəaliyyətinin yoxlanılmasına və güzəştli mənzillərinin satışının ədalətli və şəffaf keçirilməsinə kömək edəsiniz.
Filologiya üzrə fəlsəfə doktoru, şəhid qardaşı Əpoş İslam oğlu Vəliyev Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...








|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Bu gün, 19:02 |
|
|
|
• Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Bu gün, 18:58 |
|
|
|
• AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Bu gün, 18:11 |
|
|
|
• AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Bu gün, 18:10 |
|
|
|
• Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Bu gün, 18:06 |
|
|
|
• “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Bu gün, 18:05 |
|
|
|
• “Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Bu gün, 18:03 |
|
|
|
• Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Bu gün, 18:02 |
|
|
|
• “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Bu gün, 18:00 |
|
|
|
• Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 17:58 |
|
|
|
• Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:54 |
|
|
|
• Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Bu gün, 17:49 |
|
|
|
• Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Bu gün, 17:45 |
|
|
|
• Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Bu gün, 17:42 |
|
|
|
• PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Bu gün, 17:41 |
|
|
|
• Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Bu gün, 17:38 |
|
|
|
• Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Bu gün, 17:34 |
|
|
|
• Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Bu gün, 17:33 |
|
|
|
• "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Bu gün, 17:29 |
|
|
|
• Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Bu gün, 17:27 |
|
|
|
• Generalı nazir əvəzlədi
Bu gün, 17:23 |
|
|
|
• Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Bu gün, 17:21 |
|
|
|
• Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:19 |
|
|
|
• Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Bu gün, 16:21 |
|
|
|
• Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54 |
|
|
|
• “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48 |
|
|
|
• "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19 |
|
|
|
• İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16 |
|
|
|
• “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13 |
|
|
|
• İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08 |
|
|
|
• Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04 |
|
|
|
• Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00 |
|
|
|
• Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00 |
|
|
|
• “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05 |
|
|
|
• 60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54 |
|
|
|
• “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52 |
|
|
|
• Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46 |
|
|
|
• "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45 |
|
|
|
• AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35 |
|
|
|
• "İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31 |
|
|
|
• “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30 |
|
|
|
• Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21 |
|
|
|
• Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14 |
|
|
|
• “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11 |
|
|
|
|