Bakı dövlət unversitetində qurulan rüşvət piramidası İLGİNC FAKTLAR
Tarix: 10-01-2014, 09:27 | Çap et
DİA.AZ: - Redaksiyamıza ölkənin ən iri ali təhsil ocağındakı qış imtahan sessiyaları ilə bağlı mühim eybəcərliklər barədə ilginc faktlar təqdim olunub. Həmin faktlardan bəzilərini diqqətinizə çatdırırıq:
Ölkənin ən böyük ali təhsil ocağındakı qış imtahan sessiyasında müdhiş eybəcərliklər
Sizcə Azərbaycanda təhsilin vəziyyəti qənaətbəxşdirmi? Boloniya sistemi Azərbaycanda olduğu kimi tətbiq edilirmi? Əcəba ali məktəb rektorları bu Boloniyanın boynuna ip salıb onu necə milliləşdiriblər? Sizcə Sovet təhsil sistemi daha mükəmməl idi,yoxsa Azərbaycanlaşdırılmış Boloniya sistemi?
Qeyd edək ki, Boloniya sistemi ilk dəfə İtaliyanın Boloniya şəhərində tətbiq edilib. Bu səbəbdən də həmin şəhərin adına uyğun olaraq bu, Boloniya adlanıb. Prosesin rəsmi başlanğıcı isə 1999-cu il iyunun 19-u tarixi hesab olunur. Həmin tarixdə Boloniya şəhərində 29 Avropa ölkəsinin Təhsil Nazirlərinin xüsusi konfransında “Avropa ali təhsil məkanı” bəyənnaməsi qəbul olunur. Azərbaycan 2005-ci ildən Boloniya prosesinə qoşulub və 2006-cı ildən ilk dəfə Azərbaycan Dillər Universitetində tətbiq edilməyə başlayıb.
Boloniya sisteminə görə tələbə istədiyi vaxt istədiyi mühazirədə iştirak etməyə bilər. Amma Bakı Dövlət Universitetində davamiyyətə görə bal hesablanır. Bu azmış kimi, burada müəllim auditoriyaya girən kimi tələbəyə “gəlmədi”, yəni “qayıb” yazmırsa, bu, müəllimə çox baha başa gəlir. Belə ki, müəllimin adı qaydanı pozan müəllimlər sırasına düşür. Müəllimə izahat yazdırılır. Müəllim binəva da işini itirməmək üçün məcburi şəkildə izahatda etmədiyi səhvə görə rəhbərlikdən üzr istəyir və bir daha bu səhvi etməyəcəyinə söz verir. Vallah, gülməlidir. Məgər şəhərdəki tıxacları universitet rəhbərliyi görmürmü? Səhər tezdən birinci saata 5 dəqiqə gecikən tələbələrə güzəşt edilsə bu cinayətdirmi? Axı bu tələbələrin hamısı papasının gül balası deyil . Heç kimə sirr deyil ki, BDU-da bir çox tələbələrin adları rektoratın siyahısındadır və onlara heç kim gözün üstə qaşın var deyə bilməz. Onlar hətta imtahandan “2” qiymət alanda belə qiymətlər avtomatik şəkildə düzəldilir. Bu gün dərsə gecikdiyi üçün davamiyyət limitini keçən tələbələrin bir çoxu imtahana belə buraxılmır. Təsəvvür edin ki, həmin “qayıb”a görə ali məktəbi bitirə bilməyən, əsgərliyini bir il yarım keçirən gənclərimiz var. Çünki onların nə vəzifəli ataları var,nə pulları.
Boloniya sistemində dəftər dərdi və imtahana bənzər kollokvium?
Boloniya sistemində dəftərə görə tələbəyə qiymət verilmir. Yəni, əsl Boloniyada belə bir qanun yoxdur. Lakin BDU-da tətbiq olunan Boloniya sisteminə görə, dəftərə görə qiymət yazılır. Bəzi müəllimlər dəftərə görə “5” balı da min bir əzabla tələbəyə verirlər. Yazdırdıqları mühazirələri dəftərdə yoxlamaqla yanaşı, kitabı belə dəftərə köçürtdürürlər. Tələbələr bilmir ki, dərslərinə hazırlaşsınlar, yoxsa oturub hansısa kitabı dəftərə köçürsünlər. Bəzən səliqəli dəftər tərtib etdirmək üçün tələbələr pulla dəftər yazdırdır, kitabı dəftərə köçürtdürürlər. Bunun üçün xidmətlər təklif edən şirkətlər belə mövcuddur. Əsl Boloniya sistemində şərt dəftərin tərtibatı deyil,tələbələrin cavabıdır.
BDU-da fərdi işin keçirilməsi də maraqlı məqamlarla yadda qalır. Belə ki, Boloniya sisteminə görə əsl fərdi işdə müəllim semestr ərzində tələbənin onu maraqlandıran ,başa düşmədiyi suallara cavab verilməlidir. BDU-da isə əfsuslar olsun ki, belə deyil. Seminar dərsləri azmış kimi, müəllimlər tələbələrə fərdi işdə də əlavə mövzular verir və hər mövzuya görə tələbə 1 bal alır. Ümumilikdə, tələbə yüksək qiymət istəyirsə, o zaman 5 bal almalıdır. Əgər Universitet rəhbərliyi fərdi iş zamanı bir çox fənnlərdən sanki imtahan verirmiş kimi əziyyət verildiyini görərsə, o zaman başçılıq etdiyi ali məktəbdə Boloniyanın necə əcaib hala düşdüyünün şahidi ola bilər.
Bütün bunları gördükdən sonra tələbələr öz aralarında deyirlər ki, BDU-da Boloniya sistemli təhsil yox, Koloniya sistemli təhsil var. Mən hələ burada kollokviumların necə keçirilməsindən danışmaq istəmirəm. Qeyd edək ki, kollokvium imtahanlar və məqbullar arasında keçirilən mini məqbullardır. Məsələn, bir mövzu,fəsli bitirdikdən sonra onon necə qavranıldığını yoxlamaq, həmçinin təkrarlanmaqla daha yaxşı yadda qalmasını təmin etmək üçün keçirilməlidir. Lakin BDU-nun bəzi kafedralarının müəllimləri kollokviumları imtahan səviyyəsində keçirirlər. Qəribəsi budur ki, bütün bunlar fakültə rəhbərlərinin gözləri qarşısında baş versə də,onlar bununla bağlı heç bir tədbir görmürlər. Əksinə, buna şərait belə yaradırlar. Qeyd edək ki,İqtisad Universitetində də kollokviumlar imtahana bənzər keçirilmişdi və tələbələr üsyana qalxmışdılar. Maraqlıdır ki, adı çəkilən ali məktəblərin hər ikisinin rektoru millət vəkilləridir.
Test imtahanları BDU da nədən ləğv edildi?
Artıq fərdi işlər də,kollokviumlar da, dəftərə görə qiymətlər də geridə qalıb. BDU da qış imtahan sessiyası başlayıb. Biz imtahanların qiymət cədvəli haqqında yazmaq istəmirik. Çünki bu, hamıya bəllidir. Söhbətimiz imtahan zamanı tələbələrin və müəllimlərin hüquqlarının pozulması haqqındadır. Bir neçə il bundan əvvəl BDU-da imtahanlar testlə keçirildi. Bütün tələbələr demək olar ki, imtahan sessiyasını uğurla başa vurdular. İmtahanın müsbət xüsusiyyəti bir də o idi ki, tələbələr imtahan bitən kimi qiymətlərini bilirdi. Onlara qiyməti də müəllimlər yazmırdı. Amma tələbələrin yüksək nəticələr əldə etməsi nədənsə kimlərinsə xoşuna gəlmədi və testlə imtahanlar ləğv edildi. Bu imtahanlar yalnız qiyabi oxuyan tələbələrə şamil edildi. Tələbələr etiraz etsələr də, onlara qulaq asan olmadı. Bu gün BDU-nun tələbələri yazılı imtahanlar verirlər. Lakin burada da onlara əzab verilir. Belə ki,yazılı imtahan verən tələbələrin vərəqləri onlara dərs deməyən müəllim tərəfindən yoxlanılır. Sonradan vərəqlər yenidən təkrar yoxlamaya, başqa müəllimlərə verilir. Nəticədə,tələbə günlərlə nigarançılıq içində aldığı qiymətin cavabını gözləyir. Rəhbərlik imtahan suallarına cavabları təkrar yoxlamaya verərkən müəllimləri də təhqir etmiş olur, onlara inamsızlığını bildirir. Görəsən, rəhbərlik müəllimlərinə inanmırsa, onda nədən onları ali məktəbdə saxlayır? Rəhbərliyin bu addımı tələbələrin, eləcə də müəllimlərin də hüquqlarının pozulması deyilmi? Gəlin görək Boloniya sistemində belə bir qanun varmı?
İmtahanlar zamanı diqqəti çəkən məqamlardan biri də kordunatorlarla bağlıdır. Belə ki, səhər tezdən kordinatorluğa gələn, saatlarla ayaq üstə qalan müəllimlər imtahan bitdikdən sonra imtahan suallarının cavablarını yoxlamağa göndərilir. Beləcə saat 10-a işləmiş BDU-ya gələn müəllim, bəzən evinə axşam saat 8-də gedib çıxır. Halbuki,onun iş vaxtı müqaviləyə görə belə deyil və müəllimin hüquqları pozulur. Koordinator olmayan digər müəllimlərdən də tələb olunur ki, səhər saat 9-da işə gəlib, saat 4-ə qədər kafedralarında otursunlar. Görəsən kafedrada öz masası, kompüteri, guşəsi olmayan müəllim o qədər saatı boş-boşuna oturmaqla BDU-ya hansı tövhələrini vermiş olur? Bəlkə bu səbəbdən artıq BDU müəllimləri müəllim nüfuzunun aşağı düşməsindən şikayətlənirlər. Ən acınacaqlısı isə budur ki, vəzifəlilərin özləri və yaxınları,o cümlədən BDU rektoruna yaxınlığı ilə seçilənlər, şəkli evin ortasında mozaika şəklində salınmış iki qız anası olan və katibəlikdən elmlər namizədinə ucalan xanım da xüsusi imtiyazlara malikdirlər.
Əgər BDU rektoru da tanınmaz görkəmlə başçılıq etdiyi məkanı gəzərsə, o zaman çox mətləblərdən hali ola bilər. Bilər ki, BDU da da tələbələrdən müxtəlif bəhanələrlə necə pul yığılır, müəllimlər kitablarını tələbələrə necə kitablarını baha qiymətə satır,kimlər Universitetdə mövqe sahibi olduqdan sonra altı bahalı maşın görüb.
Qeyd edək ki, imtahanlar zamanı tələbələr ən çox bufetdən su və salfetlər alırlar. Təəssüflər olsun ki, bunlar da BDU-da tələbələrə baha qiymətə satılır. BDU-nun Jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli müsahibələrinin birində maraqlı bir fikir söyləyib: “Boloniya sistemində çox mühüm amil rektorun da, dekanın da menecerə çevrilməsidir. Yəni onlar təhsilin maliyyəsini axtarır, maddi texniki bazanın təkmilləşməsinə çalışır, rəqabət mühiti yaradır. Bu təhsil sistemində tələbə ilə müəllim ən yüksəkdə dayanırsa, ən aşağıda dayanan rektorla dekan olur. Azərbaycan reallığında isə Boloniya sistemi çox eybəcər bir formaya çevrilib”. Zənnimcə azərbaycansayağı Boloniyaya bundan gözəl tərif vermək olmaz – Koloniya sistemi…
DİA.AZ-dan: Qarşı tərəfi də dinləməyə hazırıq…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
• Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24 |
|
|
|
• Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18 |
|
|
|
• Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12 |
|
|
|
• Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09 |
|
|
|
• Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05 |
|
|
|
• Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57 |
|
|
|
• İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55 |
|
|
|
• Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02 |
|
|
|
• Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00 |
|
|
|
• Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58 |
|
|
|
• Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26 |
|
|
|
• Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09 |
|
|
|
• “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07 |
|
|
|
• Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04 |
|
|
|
• Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59 |
|
|
|
• Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57 |
|
|
|
• İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53 |
|
|
|
• “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50 |
|
|
|
|