"Qadın işinə kişini, kişi işinə qadını təyin edirlər..." - GİLEY
Tarix: 9-08-2022, 08:56 | Çap et
Neftçala sakini Şəfaqət Bədəlova 18 ildir ki, çalışdığı "Azəriqaz" İstehsalat Birliyində (İB) hüquqlarının pozulduğundan şikayətçidir.
DİA.AZ xəbər verir ki, o, bu barədə ölkə başçısına müraciət edib.
"Arqument.az"a göndərilmiş şikayət məktubunda deyilir: "Mən Şəfaqət Bədəl qızı Bədəlova 2005- ci il 16 martda "Azəriqaz" İB-nin Neftçala Qaz İdarəsinə kompüter operator vəzifəsinə işə düzəlmişəm. Sonra 2008- ci ildə analıq məzuniyyətinə çıxdım. 2008-ci ildə "Azəriqaz" İB-nin rəhbəri Əlixan Məlikov idi. Lakin sonradan 2010-cu ildə analıq məzuniyyətimin artırılması üçün müraciət etdikdə kadrların nümayəndəsi Elçin Alışov vəzifəmin ləğv olunduğunu bildirdi. Məni aldadaraq başqa vəzifəyə ixtisasıma uyğun olmayan Qəza dispetçer xidmətinin texniki vəzifəsinə ərizə yazmağımı tələb etdi. Dedi ki, əyər o vəzifəyə keçməsən, işsiz qalacaqsan. Mən ailə vəziyyətimi və acınacaqlı maddi durumumu nəzərə alıb Elçin Alışovun bu təklifi ilə ərizə yazdım. Lakin sonradan işçilər mənə aldadıldığımı dedilər. Vəzifəmin adının dəyişdirərək texnik qoymuşdular. Əvvəlki vəzifəmi isə mənimlə işləyən birlikdə Fuad Məmmədovun əmisi oğlu Ramil Məmmədova vermişdilər. Yəni qadın işinə kişini, kişi işinə qadını keçirmişdilər. Mən ali təhsilli onlar isə orta təhsilli idilər".
"Mən məzuniyyətdən gələndən sonra şifahi şəkildə kadrlara dəfələrlə müraciət etdim. "Azəriqaz" mənim məsələmə laqeyid yanaşdı. Anlayışım olmaya-olmaya məni sahə texniki qoymuşdular. 2014-cü ildə attestasiya imtahanı keçirildi. Məlumat verildi ki, kəsilmişəm. Lakin heç mənim adım siyahıda yox idi. Həmin imtahanın nəticələrini dəfələrlə tələb etdim, amma heç bir əsas göstərmədilər. Ancaq o vaxt Tərlan Nağıyev və başqaları imtahandan keçməyənlərə 3 dəfə imtahana girməyə şans vermişdilər. Mənə bu şans da verilmədi. Problemlə bağlı Əmək Məcəlləsinin 79-cu maddəsini əsas götürərək İnsan resursları departamentinə müraciət etdim. Himayəmdə azyaşlı övladım olduğu üçün yenidən işə, lakin başqa vəzifəyə qaytarıldım. Bununla bağlı dəfələrlə "Azəriqaz"ın kadrlar şöbəsinə - Narxanım Səmədzadəyə və onun hazırda işləyən işçisi Həqiqət xanıma müraciət etmişdim. Onlar mənə laqeyid yanaşaraq təhqir etdilər", - deyə o bildirib.
Onun sözlərinə görə, oxşar problemlə 2021-ci ildə də qarşılaşıb: "2021-ci ildə yenidən attestasiya imtahanı keçirildi. Müraciətdə bildirilirdi ki, təkbaşına yaşayan və himayəsində azyaşlı uşaqlar olan analar imtahana getməyəcək. Bizə 6 ay hazırlaşmaq üçün möhlət verilmişdi. Bildirdim ki, mən də təkbaşına yaşayıram və himayəmdə azyaşlı uşaq var. İmtahana 2 ay qalmış adım siyahıda gəldi. Soruşdum ki, niyə nəzərə alınmıram? Kadrların nümayəndəsi Fizuli Zülfüqarov dedi ki, SOCAR sizi nəzərə almadı, ancaq şəhid və qaziləri nəzərə alır. Müddət az olsa da, imtahanda keçid balı yığdım, yəni 40 baldan 30-nu topladım. 395 sual tərtib edən region olmalıydı, lakin biz "Azəriqaz"ın suallarına cavab verdik. Mən hazırda təkbaşına anayam. Oğlum Abdullazadə Allahyar Neftçala rayonu və region üzrə yaşıdları arasında 7 ildir ki, şahmat üzrə 1-ci yeri qazanır və futboldada fəaldır. Mən ən çox onun gələcəyi üçün narahatam". "Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişəm, lakin müraciətimə baxılmır. 28.07.2022-ci il tarixdə "Azəriqaz"a yenidən yaxınlaşaraq sədr Ruslan Əliyevə müraciət etmək istədim. Lakin məlumat verdilər ki, o, hazırda Qarabağdadır. Məni birinci şikayətlər şöbəsinin rəhbəri İbrahim adlı şəxs qəbul etdi. 5 dəqiqə şifahi dinlədi, sonra o da kadrlar yönəldərək Xəqani müəllimin qəbuluna apardı. İlk şikayətim dərəcənin artırılması ilə bağlı idi, lakin təəssüf ki, Xəqani müəllim də, Ruslan Əliyev də müraciətimə laqeyd yanaşdılar. Əsassız yanaşma ilə dərəcə məsələsini əhali sayının azlığı ilə əlaqələndirdilər. Yaxşı, əhali sayı azdırsa, niyə satış şöbəsində işləyən orta təhsilli - kollec bitirən şəxs 8-ci dərəcəli olur, mən isə ali təhsilli olsam da, 7-ci dərəcəli? Bu qurumda o qədər yalan var ki, saymaqla bitməz. Bizim idarəmizdə heç bir işçi ixtisas üzrə işləmir. Mən özüm iqtisadçı olsam da, 3 ixtisas üzrə işləmişəm. Mənim kimi, idarəmizdə məcburi işləyən o qədər bacarıqlı adam var ki, 290 manata qulluq edirlər", - deyə şikayətçi vurğulayıb.
Şikayətlə bağlı "Azəriqaz" İstehsalat Birliyindən münasibət öyrənmək mümkün olmayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Bu gün, 16:48 |
|
|
|
• Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Bu gün, 16:44 |
|
|
|
• Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Bu gün, 16:42 |
|
|
|
• 26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 16:36 |
|
|
|
• Naxçıvanda dövlət qurumu adını dəyişir
Bu gün, 16:29 |
|
|
|
• Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Bu gün, 16:17 |
|
|
|
• Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 16:15 |
|
|
|
• Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Bu gün, 16:11 |
|
|
|
• Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Bu gün, 16:05 |
|
|
|
• Pezeşkian sabah Tacikistana səfər edəcək
Bu gün, 16:01 |
|
|
|
• Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Bu gün, 15:50 |
|
|
|
• Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Bu gün, 15:48 |
|
|
|
• Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Bu gün, 15:44 |
|
|
|
• AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Bu gün, 15:38 |
|
|
|
• Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Bu gün, 15:31 |
|
|
|
• Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Bu gün, 15:29 |
|
|
|
• Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Bu gün, 15:28 |
|
|
|
• “Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 15:23 |
|
|
|
• AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib - Rusiya XİN
Bu gün, 15:17 |
|
|
|
• Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu - Biri azərbaycanlıdır
Bu gün, 15:06 |
|
|
|
• Bakı bu dəfə tramvaya görə söküləcək: - "Əsəbimiz nə qədər davam gətirəcək..."
Bu gün, 15:05 |
|
|
|
• Lənkəranda YAŞIL TERROR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:55 |
|
|
|
• Daha yüksək zirvələrə - FOTO
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər - Lavrov
Bu gün, 14:30 |
|
|
|
• Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün 143 min manat xərcləmək istəyir
Bu gün, 14:24 |
|
|
|
• Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13 |
|
|
|
• Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09 |
|
|
|
• Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu - VİDEO
Bu gün, 14:02 |
|
|
|
• Burun əməliyyatlarında ölüm riski - Nəzrinin ölümünə nə səbəb olub?
Bu gün, 14:00 |
|
|
|
• İrəvan hökuməti hələ də eyni yanlış addımları atır - FAKT BUDUR!
Bu gün, 13:58 |
|
|
|
• "Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" - QALMAQAL
Bu gün, 13:58 |
|
|
|
• Belarus Azərbaycana yeni səfir təyin edib
Bu gün, 13:43 |
|
|
|
• Bayden Paşinyanı yeni tələyə salır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:41 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 13:17 |
|
|
|
• Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir - BUNA GÖRƏ...
Bu gün, 13:11 |
|
|
|
• 11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı - Nərimanovda polis əməliyyatı
Bu gün, 13:10 |
|
|
|
• Gəncə Ekoloji Park Kompleksində 6.2 milyon manatlıq abadlıq işləri aparılacaq
Bu gün, 13:08 |
|
|
|
• Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 13:05 |
|
|
|
• Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb
Bu gün, 13:04 |
|
|
|
• Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib - SON DURUM
Bu gün, 13:01 |
|
|
|
• Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... - Önəmli olan altındakı Bayden imzası yox, icra edəcək Trampın mövqeyidir...
Bu gün, 13:00 |
|
|
|
• Paşinyan Rusiyadan BELƏ `QIRILIR`...
Bu gün, 12:58 |
|
|
|
• “Azəriqaz” Qarabağ Qazisinə qarşı... - Nizami Məhkəməsi də işin içindədir...
Bu gün, 12:55 |
|
|
|
• Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı BELƏ ŞƏRH ETDİ
Bu gün, 12:51 |
|
|
|
• Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... - Dövlətin malı dənizdir... yeməyən...
Bu gün, 12:48 |
|
|
|
• Polisə rüşvət verən azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 12:43 |
|
|
|
• ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir
Bu gün, 12:40 |
|
|
|
• "Aygünlə Röya yox, Hiss?" - "İlin mahnısı"na etiraz
Bu gün, 12:37 |
|
|
|
• Afiəddin Məmmədova hökm oxunub - 8 İL...
Bu gün, 12:34 |
|
|
|
• "Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... vətəndaş fərdi avtomobil əvəzinə ictimai nəqliyyatı seçsin"
Bu gün, 12:33 |
|
|
|
|