Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib .....                     Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? .....                     Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI .....                     Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? .....                     Pezeşkian sabah Tacikistana səfər edəcək .....                     Valeh Əhmədova bu kanalda vəzifə verildi .....                     Nahid Bağırov onunla bağlı .....                     Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... .....                     AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb .....                     Bakının son tələbi masaya qoyuldu: .....                     Tramp niyə Qrelandiyanı almağa can atır? .....                     Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı .....                     “Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub .....                     AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib .....                     Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu .....                     Bakı bu dəfə tramvaya görə söküləcək: .....                     Lənkəranda YAŞIL TERROR .....                     Daha yüksək zirvələrə .....                     Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər .....                     Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün .....                     Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi .....                     Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? .....                     Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu .....                     Burun əməliyyatlarında ölüm riski .....                     İrəvan hökuməti hələ də eyni yanlış addımları atır .....                     "Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" .....                     Belarus Azərbaycana yeni səfir təyin edib .....                     Bayden Paşinyanı yeni tələyə salır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub .....                     Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir .....                     11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı .....                     Gəncə Ekoloji Park Kompleksində .....                     Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var .....                     Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb .....                     Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib .....                     Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... .....                     Paşinyan Rusiyadan .....                     “Azəriqaz” Qarabağ Qazisinə qarşı... .....                     Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı .....                     Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... .....                 

"Belə biabırçılıq, bu qədər yalan olar?.." - NARAZILIQ VAR!
Tarix: 5-08-2022, 08:22 | Çap et
"Belə biabırçılıq, bu qədər yalan olar?.."
15 il əvvəl Xəzər dənizində qazma quyularında onurğa sütunundan xəsarət alan, əməliyyatdan sonra da səhhətindəki problem aradan qalxmayan Nəriman Abdullayev bu səbəbdən ikinci qrup əlil kimi, 13 il pensiya alıb. 2021-ci ilin iyunundan sonra onun əlillik müddətini uzatmaqdan imtina ediblər. Deyiblər ki, hazırkı durumuna görə ona əlillik dərəcəsi düşmür. Bu üzdən pensiyası da kəsilib. DİA.AZ-ın məlumatına görə, Nəriman Abdullayev Meydan TV-yə bildirib ki, hazırda nə təqaüd ala bilir, nə də səhhətindəki problemlərə görə işə götürülür:

“Bəzən ağrıdan dayana bilmirəm, bəs mən lazım olan dərmanları necə alım? Hardan pul tapım? Səhhətimdəki ciddi problemlər işləməyə imkan vermir, bunlar da pensiya vermirlər ki, “yox, sağalmısan”. Belə biabırçılıq, bu qədər yalan olar? Mən acından ölməliyəm?!”

Nəriman Abdullayev hazırda onurğa sütunu üçün korsetlə gəzir, əl ağacından istifadə edir. Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan 57 yaşlı keçmiş neftçi 1985-ci ildən bu sahədə çalışıb. Öncə Tamponaj İdarəsində Kompleks qazma işləri üzrə trestdə sürücü-motorçu işləyib. Sonradalan başqa vəzifələrdə çalışıb.

1988-ci il noyabrın 2-də ikinci qrup əlilliyə gətirib çıxaran peşə xəstəliyinə tutulub – ayaqları yeriməyib, iki il yataq xəstəsi olub. Müalicə olunandan sonra 1993-cü ildə yenidən işə götürülüb.

2006-cı il dekabrın 31-də gecə Qum adası yatağında (Bahar buruqları quyusu) növbə dəyişikliyi zamanı qazma qurğusundan gəmiyə keçərkən eniş meydançası qırılıb. Nəticədə Nəriman Abdullayev dənizə düşüb. Onun sözlərinə görə, qazma qurğusunun altında onu uzun müddət axtarıblar, xeyli cəhdlərdən sonra xilas ediblər:

“Həmin vaxt kürəyimdən güclü zərbə almışdım. O vaxtdan onurğa sütunumda və belimdə dəhşətli ağrılar var. Onurğa sütunumda xəsarət, peşə xəstəliyi və ikinci qrup əlillik səbəbindən 2008-ci il iyunun 21-də işdən azad edildim…”.

Nəriman Abdullayevin əlilliyi əvvəllər hər il yenidən təsdiqlənirdi və o, pensiya alırdı. 2016-cı ildə dəyişiklik olub və əlillik müddəti 5 illik təsdiqlənib. 2021-ci ilin iyununda müddətin başa çatması əsas gətirilərək, pensiyası dayandırılıb.

“Qaradağdakı 23 saylı xəstəxananın baş həkimi məni 4 dəfə təkrar müayinəyə göndərib. Hər dəfə MRT-dən (Maqnit Rezonans Tomoqrafiya) keçmişəm. Həm MRT-nin, həm də EMQ-nin (Elektromioqrafiya) nəticələrini, epikrizləri əlavə edib göndərmişəm. Keçən il avqustun 25-dən sentyabrın 2-nə qədər də Neftçilər xəstəxanasında müayinələrim aparılıb. Mənə “Bel sütununun sol L4 köklərinin sıxılması (hemilyanin ektomiyasi), L4-L5 fəqərələri arasında yırtığın çıxarılmasından sonrakı vəziyyət, kürək fəqərələrinin osteoxondrozu, uzunmüddətli kəskin ağrılı diskogen radikulopatiya, sağ ayağın parezi, ağır asteno-nevrotik vəziyyət diaqnozu qoyulub. Sonradan Neftçilər xəstəxanasında bir də müayinədən keçdim. L4-L5 fəqərələri arasında yırtığın çıxarılmasından sonra kürək fəqərələrinin diffuz osteoxondrozu diaqnozu da əlavə olundu. Bu il yanvarın 31-də Respublika Kliniki Xəstəxanasında dördüncü dəfə müayinə olundum, orada da diaqnozlar təsdiqləndi. Buna baxmayaraq, əlilliyimi təsdiq eləməkdən imtina elədilər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Nəriman Abdullayev yanvarın 25-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində də müayinə olunub:

“Məlum olub ki, tibb müəssisəsinin onurğa sütununda zədələnmələr haqqında diaqnozu təsdiq edilmir. Ümumilikdə Nəriman Abdullayevin vəziyyəti ona əlil statusunun verilməsi üçün əsas vermir”.

Nazirlik vurğulayıb ki, Azərbaycanda əlilliyin müəyyən edilməsinin yeni meyarları tətbiq edilir. Daha əvvəl sağlamlıq vəziyyətilə əlaqədar müavinət alan bəzi insanlar bu meyarlara uyğun deyil:

“Təkrar attestasiya zamanı vətəndaşın əlil statusu olmadan normal yaşamaq iqtidarında olduğu müəyyən edilsə, onun daha əvvəl aldığı müavinətlər xəzinəyə qaytarılmır. Vətəndaşlar komissiyanın qərarından məhkəməyə şikayət vermək hüququna malikdilər”.

Nəriman Abdullayev də bu ilin aprelində məhkəməyə üz tutub. Onun hüquqlarını məhkəmədə vəkil Rauf Əzimov müdafiə edib. Vəkilin əsas arqumentlərindən biri bu olub ki, qanunvericilik 10 il fasiləsiz əlil kimi təqaüd almış adama münasibətdə belə davranışı qadağan edir. O vurğulayıb ki, 13 il ərzində ciddi xəstəliklərdən əziyyət çəkən, bu müddətdə sağalmayan adamın indi sağalması məntiqli deyil. Vəkil məhkəmədə vurğulayıb ki, bütün bunlar əsas götürülməli, sabiq neftçinin şikayəti təmin olunmalıdır.

Məhkəmədə cavabdeh qismində çıxış edən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi isə buna etiraz edib, Nəriman Abdullayevin iddiasının təmin olunmamasını istəyib.

Bakı İnzibati Məhkəməsinin hakimi Mehriban Qarayeva iyulun 26-da Nəriman abdullayevin xeyrinə qərar verib – onun şikayəti təmin edilib.

“Bu qurum bilə-bilə ki, haqsızdılar, yenə də bu cür məhkəmə qərarlarından yuxarı instansiyalara şikayət verir. Məqsəd insanları süründürməkdir. Adama deyərlər ki, əgər təqaüd vermirsənsə, sağaldığımı iddia edirsənsə, buyur, məni SOCAR-dakı işimə bərpa elə…”, – keçmiş neftçi əlavə edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Bu gün, 16:17
Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 16:15
Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Bu gün, 16:11
Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Bu gün, 16:05
Pezeşkian sabah Tacikistana səfər edəcək
Bu gün, 16:01
Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Bu gün, 15:50
Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Bu gün, 15:48
Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Bu gün, 15:44
AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Bu gün, 15:38
Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Bu gün, 15:31
Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Bu gün, 15:29
Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Bu gün, 15:28
“Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 15:23
AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib - Rusiya XİN
Bu gün, 15:17
Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu - Biri azərbaycanlıdır
Bu gün, 15:06
Bakı bu dəfə tramvaya görə söküləcək: - "Əsəbimiz nə qədər davam gətirəcək..."
Bu gün, 15:05
Lənkəranda YAŞIL TERROR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:55
Daha yüksək zirvələrə - FOTO
Bu gün, 14:40
Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər - Lavrov
Bu gün, 14:30
Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün 143 min manat xərcləmək istəyir
Bu gün, 14:24
Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13
Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09
Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu - VİDEO
Bu gün, 14:02
Burun əməliyyatlarında ölüm riski - Nəzrinin ölümünə nə səbəb olub?
Bu gün, 14:00
İrəvan hökuməti hələ də eyni yanlış addımları atır - FAKT BUDUR!
Bu gün, 13:58
"Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" - QALMAQAL
Bu gün, 13:58
Belarus Azərbaycana yeni səfir təyin edib
Bu gün, 13:43
Bayden Paşinyanı yeni tələyə salır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:41
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 13:17
Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir - BUNA GÖRƏ...
Bu gün, 13:11
11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı - Nərimanovda polis əməliyyatı
Bu gün, 13:10
Gəncə Ekoloji Park Kompleksində 6.2 milyon manatlıq abadlıq işləri aparılacaq
Bu gün, 13:08
Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 13:05
Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb
Bu gün, 13:04
Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib - SON DURUM
Bu gün, 13:01
Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... - Önəmli olan altındakı Bayden imzası yox, icra edəcək Trampın mövqeyidir...
Bu gün, 13:00
Paşinyan Rusiyadan BELƏ `QIRILIR`...
Bu gün, 12:58
“Azəriqaz” Qarabağ Qazisinə qarşı... - Nizami Məhkəməsi də işin içindədir...
Bu gün, 12:55
Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı BELƏ ŞƏRH ETDİ
Bu gün, 12:51
Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... - Dövlətin malı dənizdir... yeməyən...
Bu gün, 12:48
Polisə rüşvət verən azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 12:43
ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir
Bu gün, 12:40
"Aygünlə Röya yox, Hiss?" - "İlin mahnısı"na etiraz
Bu gün, 12:37
Afiəddin Məmmədova hökm oxunub - 8 İL...
Bu gün, 12:34
"Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... vətəndaş fərdi avtomobil əvəzinə ictimai nəqliyyatı seçsin"
Bu gün, 12:33
AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” - BU NƏDİ BELƏ?..
Bu gün, 12:31
“Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24
Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... - NARAZILIQ VAR...
Bu gün, 12:20
Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? - “Tehran Times”
Bu gün, 12:14
Regional təhsil idarələrinin strukturunda dəyişiklik edilib - BUNDAN SONRA...
Bu gün, 12:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru