"İşlədiyim məktəbdə o qədər qanunsuz əmrlər verilib ki, nəticədə “Əmr kitabı” qeybə çəkilib" - Nazirə müraciət olundu
Tarix: 5-11-2021, 09:05 | Çap et
Məktəb elm, təhsil ocağı, gələcəyimizə işıq tutan ziya mənbəyidir. Təəssüf ki, bəzən bu müqəddəs məkanda elə hadisələrlə qarşılaşırsan ki, sadəcə heyrətlənirsən. Xüsusilə məktəb direktorları ilə müəllimlər arasında baş verən problemlər bir çox hallarda kütləvi narazılığa səbəb olur.
Rubrika.Az saytına müraciət edən Qobustan rayon M.Kərimov adına Poladlı kənd tam orta məktəbin tarix müəllimi Şəhriyar Əliyev işlədiyi məktədə üzləşdiyi qanunsuzluqlardan şikayətçidir. Artıq 20 ildən çoxdur ki, qeyd olunan məktəbdə işləyən Ş.Əliyev qeyd edir ki, Poladlı məktəbində baş verənlər heç bir pedaqoji qayda-qanuna uyğun gəlmir. Burada yalnız bir qanun hakimdir-məktəbin direktor əvəzi V.İsmayılovun şəxsi maraqları! Təhsil sahəsində tətbiq edilən yeniliklərə məhəl qoymayan, bütün pedaqoji prosesi öz bildiyi məcraya yönəldən direktor əvəzi müəllimlərin ixtisasını, diaqnostik qiymətləndirmə balını, stajını nəzərə almır, dərs bölgüsünü öz maraqları çərçivəsində aparır. Şikayət məktubunda bildirilir: “Təhsil müəssisəsinə rəhbərliyi fiziki tərbiyə müəlliminə həvalə ediblər. Bu şəxs isə vəzifə səlahiyyətlərindən sui istifadə edərək bütün idarəçiliyi şəxsi prinsip, şəxsi maraqları çərçivəsindən həyata keçirir. Nəticədə şəxsi prinsiplər meydanına çevrilən təhsil ocağında pedaqoji təhsili olanla olmayana heç bir fərq qoyulmur. Onun təsəvvüründə məktəb sanki bir təhsil ocağı deyil özəl müəssisə, şirkətdir. Odur ki, heç bir əsasnaməyə uyğun olmadan istədiyi dərsi istədiyi adama verir. Ümumtəhsil məktəblərində tədris olunan “Həyat bilgisi” fənni şagirdlərdə ümumi dünyagörüşünün formalaşdırılmasında böyük rol oynayır. Xüsusilə fənnin məzmun xəttində ictimai əhəmiyyətli mövzular üstünlük təşkil edir. Bu baxımdan fənnin tarix müəllimləri tərəfindən tədris olunması məqsədəuyğun hesab olunur. Fənni əhatə edən mövzuların hazırki dövrümüzdə mühüm əhəmiyyət kəsb etdiyini, tarixi proseslərlə vəhdət təşkil etdiyini nəzərə alsaq fənnin tarix müəllimləri tərəfindən tədrisi vacibdir. Lakin V.İsmayılov burada da şəxsi maraqlarını ön plana çəkir. Bu məsələdə direktor əvəzi bir az da irəli gedərək dövlət maraqlarını ailə maraqlarına qurban verib. Belə ki, direktor əvəzi bu fənnin tədrisini heç bir pedaqoji təhsili olmayan və kimya fənnini tədris edən həyat yoldaşına həvalə edib. Görünür direktor əvəzi elə hesab edir ki, “Həyat bilgisi” fənnini ancaq onun həyat yoldaşı tədris edə bilər. Ümumiyyətlə məktəbdə fənlərin qeyri-ixtisas müəllimləri tərəfindən tədris olunması adi hal alıb. Direktor əvəzi dərs bölgüsünü şəxsi ambisiyaları çərçivəsində həyata keçirir ki, son zərbə bizim gələcəyimizə-övladlarımıza dəyir. Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra ali məktəblərdə “Türk və Şərqi Avropa xalqlarının tarixi” kafedrası açıldı. Mən bu ixtisas üzrə magistr elmi dərəcəsi alan ilk şəxslərdənəm. Hazırda ümumtəhsil məktəblərində “Ortaq türk tarixi” fənninin tədrisi ilə bağlı qərar var. Bu sahədə magistr dərəcəsi olan müəllim kimi bu fənnin tədrisinin məktəbimizdə təşkili üçün rayon təhsil şöbəsinə müraciət etmişəm. Lakin bu dəfə də məktəb direktorunun və Təhsil Şöbəsi əməkdaşlarının “ortaq maraqları” “Ortaq türk tarixi”nin öyrənilməsinə imkan vermir. İşlədiyim məktəbdə o qədər qanunsuz əmrlər verilib ki, nəticədə “Əmr kitabı” qeybə çəkilib. Rayon prokurorluğu bu məsələ ilə məşğul olsa da əmr kitabı bir parça əppək olub yoxa çıxıb. Ancaq direktor əvəzinin əmr vermək könlünə düşəndən düşənə tapılır.” Ş.Əliyev məktəbdə baş verən qanunsuzluqlarla bağlı birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Təhsil naziri E.Əmrullayevə müüraciət edir. “ Bir neçə şəxsin maraqları naminə böyük bir kəndin təhsili təhlükə altındadır. Tezliklə tədbirlər görülməzsə vəziyyət daha da acınacaqlı hal ala bilər. Odur ki, bir müəllim, bir valideyn olaraq tezliklə məsələyə müdaxilə etmənizi, baş verənləri durdurmanızı xahiş edirəm. Balalarımızın təhsilini, gələcəyini bir neçə şəxsin ambisiyalarına qurban verməyin!”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Bu gün, 23:22 |
|
|
|
• Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Bu gün, 23:16 |
|
|
|
• "Xalq artistləri sakit durublar, mən də susacağam"
Bu gün, 21:34 |
|
|
|
• Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Bu gün, 21:32 |
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Bu gün, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Bu gün, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Bu gün, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Bu gün, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Bu gün, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Bu gün, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Bu gün, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Bu gün, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Bu gün, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Bu gün, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Bu gün, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Bu gün, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Bu gün, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Bu gün, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Bu gün, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Bu gün, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Bu gün, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Bu gün, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Bu gün, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Bu gün, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Bu gün, 16:13 |
|
|
|
• "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Bu gün, 16:04 |
|
|
|
• Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Bu gün, 16:03 |
|
|
|
• İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Bu gün, 15:58 |
|
|
|
• Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Bu gün, 15:57 |
|
|
|
• "Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Bu gün, 15:52 |
|
|
|
• Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Bu gün, 15:50 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Bu gün, 15:42 |
|
|
|
• Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Bu gün, 15:39 |
|
|
|
• Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib
Bu gün, 15:37 |
|
|
|
• Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür? - VİDEO
Bu gün, 15:35 |
|
|
|
• Həcc ziyarətinə gedən uşaqlar üçün qiymətlər necədir? - AÇIQLANDI
Bu gün, 15:24 |
|
|
|
• Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib - TƏFƏRRÜAT
Bu gün, 15:21 |
|
|
|
• Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Bu gün, 15:18 |
|
|
|
• Paşinyan “erməni soyqırımı”nı inkar edir - Revanşist “Ayakve”
Bu gün, 15:15 |
|
|
|
• Teodoros Rosopulos yenidən AŞPA-nın prezidenti seçilib
Bu gün, 15:12 |
|
|
|
• Bank kartlarımızdan pul oğurlanır: nə etməli? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanda MTK ləğv olunur
Bu gün, 13:58 |
|
|
|
• FONTANA restoranı qanunlara ZİDD GETDİ VƏ...
Bu gün, 13:05 |
|
|
|
|