"Məşğulluq Agentliyi insanları ALDADIR..." .....                     Trampın əfvindən imtina olundu .....                     Günün fotosu: BU NƏDİ BELƏ... .....                     Burda vətəndaş qəbulu rəsmən problemdir .....                     Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... .....                     Moskva sıxışdırıldı, Ankara önə çıxdı... .....                     Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB .....                     `Azərpoçt` vətəndaşı çətin duruma salıb .....                     Adı DÖVLƏTİNDİR... dadı isə... .....                     Lukaşenko Belarusda keçirilən seçkilərdə .....                     "Mənim çəkim qədər pulunuz var..." .....                     Trampın 1 həftədə etdikləri... .....                     Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir .....                     “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər .....                     Məhkəmədəki etiraf aranı qarışdırdı .....                     İşdən çıxarılan müəllimə məhkəməni uduzdu .....                     Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər .....                     Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib .....                     "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? .....                     Tramp Qrenlandiyanı satın almaq istəyirsə... .....                     Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı .....                     Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də .....                     Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür .....                     Söz bitdi, iş zamanıdır... .....                     Türkiyə PUA-sı Ermənistana daxil olub? .....                     “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” .....                     Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur .....                     COVID-19 qalmaqalı alovlanır .....                     Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır .....                     Baş nazirin "psixotrop" iddiaları... .....                     Cənubi Qafqaz Birliyi .....                     "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim" .....                     Paşinyan revanş mesajı verdi .....                     “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” .....                     Belarusda prezident seçkiləri baş tutmuş elan edilib .....                     Ərdoğan öz ad günündə Xocalıya gələcək… .....                     ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: .....                     "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar" .....                     Zaur Mikayılovun adamı istədiyini edirsə.... .....                 

“Məndən 172 manat pul istədilər” - Cəlilabadda NARAZILIQ
Tarix: 16-09-2021, 08:26 | Çap et
“Məndən 172 manat pul istədilər”
Cəlilabadın Ocaqlı kənd sakini, II qrup əlil rayon Mərkəzi Xəstəxanasının baş direktoru Elnur Azadxanovdan şikayətçidir.

Epilepsiya xəstəliyindən əziyyət çəkən şikayətçi deyir ki, xəstəxanada ondan rüşvət tələb ediblər.

Meydan TV-yə danışan şikayətçi bildirib ki, bu ilin martında müayinə və müalicə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

“Məndən 172 manat pul istədilər”

Nevropatoloq ona baş-beyin nahiyyəsinin maqnit rezonans tomoqrafiyasından (MRT) keçməyi tövsiyə edib: “Bunun üçün məndən 172 manat pul istədilər. Buna etiraz etdim, Mədəniyyət Mərkəzində metodist işlədiyimi, dövlətə sığortapulu ödədiyimi bildirdim. Belə olan halda niyə pul verməliyəm? Xəstəxananın baş direktoru Elnur Azadxanov cavabında bildirdi ki, bunun bizə aidiyyəti yoxdur, pulu ödəməsən, MRT olunmayacaqsan”.

“Prezidentə, Birinci vitse-prezidentə müraciət etdim, nəticə yoxdur”

Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, Baş Prokurorluğa, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazıb, amma nəticə olmayıb.

“Məktublarıma cavab gəldi ki, müraciətiniz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə yönlənidirilib. Üzərindən altı ay keçib, qurum hələ də şikayətimə baxmayıb. Bu ilin mayında yenidən həmin xəstəxanaya əlillik müddətinin uzadılması ilə əlaqədar bildirilş almaq üçün getdim. Komissiyadan keçmək vaxtım idi. Növbəm çatanda, dedilər ki, kağız bitdi. Bir az gözlədim, səbrim çatmadı. Axırda etiraz etdim ki, niyə camaatı incidirsiniz? Xəstəxananın mühafizə xidmətinin əməkdaşı mənə yaxınlaşıb, xoşagəlməz ifadələr işlətdi. Dedi ki, səs-küy salırsan. Mən də bildirdim ki, haqqımı tələb edirəm”, – deyə Füzuli Dövlətov qeyd edib.

“Elnur Azadxanovun yanına getdim, zəng etdilər, polis gəlib məni idarəyə apardı”

O deyir ki, bundan sonra baş direktor Elnur Azadxanovun yanına gedib, amma mübahisə zəminində xəstəxana işçiləri polis bölməsinə zəng ediblər və onu polisə aparıblar: “Polislər gəlib, məni xəstəxanadan Cəlilabad Rayon Polis İdarəsinə apardılar və saatlarla orada saxladılar. Hətta izahat da almadılar. Evə buraxanda isə dedilər ki, get, biz tədbir görəcəyik. Bu günə kimi heç bir tədbir görülməyib. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında mənə heç bir xidmət göstərilmir. Öz pulumla özəl klinikalarda müalicə olunuram. Üstəlik, üç aydır ki, pensiyam dayandırılıb. Şikayətimə görə sənədimə baxılmır”.

İTSDA: “TƏBİB-ə, ya da Agentliyə müraciət etsin…”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) Meydan TV-yə bildirilib ki, Füzuli Dövlətov 2021-ci il iyunun 15-də müraciət edib: “Cavab olaraq vətəndaşa yazılı şəkildə bildirilib ki, məktubunda hər hansı konkret fakt və müraciətinin dəqiqləşdirilməsi üçün əlaqə vasitəsi qeyd olunmadığından qurum tərəfindən köməklik göstərilməsi mümkün deyil. Şikayətçinin təsdiqedici sübutları olduğu təqdirdə Agentliyə, yaxud müvafiq instansiyalara müraciət edə bilər. Yalnız bu halda qeyd edilən məsələnin araşdırılması və tibb müəssisəsi, yaxud konkret şəxs barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi mümkündür”.

Agentlikdən bildirilib ki, Füzuli Dövlətov Cəlilabad Rayon Xəstəxanasına baş beyin nahiyəsinin maqnit rezonans tomoqrafiyası ilə bağlı müraciət etməyib: “Vətəndaş tibb müəssisəsində göstərilən xidmətlərin keyfiyyətindən narazıdırsa və ya personal tərəfindən ona qarşı hüquq pozuntusuna yol verilibsə, bununla bağlı birinci tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət etməlidir”.

Agentlik həmçinin qeyd edib ki, vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 012 310 17 70 nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına və ya rəsmi ünvanına (İsmayıl Hidayətzadə küç. 11, Bakı, AZ1154) müraciət edə bilər. Eyni zamanda, Agentliyə də müraciət edilə bilər.

Bəs qanun nə deyir?

“Vətəndaşların müraciətləri haqqında” Qanun ilə müəyyənləşdirilmiş vətəndaşların müraciətlərinə dair tələblərə uyğun olaraq ad, soyad, ata adı, ünvan, telefon nömrəsi, yaxud iş yeri qeyd edilməklə müraciət edilməlidir. Həmçinin müraciətin mətni oxunaqlı olmalı və müraciətdə irəli sürülən tələb aydın şəkildə ifadə olunmalıdır.

Lazımi məlumatlar təqdim edilmədiyi halda həmin Qanuna əsasən müraciət anonim sayılır və baxılmamış saxlanılır.

Qanunvericiliyə əsasən, vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır.

Təsdiqini tapmış fakta dair hüquq-mühafizə orqanlarına müraciət edilir.

Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
Bu gün, 09:28
Trampın əfvindən imtina olundu
Bu gün, 09:20
Günün fotosu: BU NƏDİ BELƏ... - İLGİNC...
Bu gün, 09:16
Burda vətəndaş qəbulu rəsmən problemdir - NARAZILIQ VAR...
Bu gün, 09:12
Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... - Ekspert danışır...
Bu gün, 09:07
Moskva sıxışdırıldı, Ankara önə çıxdı... - Bakının hesabına...
Bu gün, 09:03
Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59
`Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49
Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42
Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33
"Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30
Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24
Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17
“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15
Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35
İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32
Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28
Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22
"Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00
SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56
Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42
Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35
Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21
Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19
Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15
“Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12
Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07
COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30
Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26
Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03
Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58
"Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52
Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50
“Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06
Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03
Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08
ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38
"Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36
Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29
SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25
“İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41
Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36
Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30
İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11
Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06
Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03
“Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Dünən, 07:45
'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Dünən, 07:41
"Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Dünən, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru