Ramiz Mehdiyevin parlamentdəki LƏPİRLƏRİNDƏN NÖVBƏTİSİ... - İDDİA
Tarix: 26-08-2021, 08:40 | Çap et
Biz deputat-biznesmen Hacı Salayev haqqında yazılanların nə dərəcədə həqiqətə uyğun olub-olmadığı haqqında hökm verə bilmərik. Ancaq bizim üçün maraqlıdır ki, haqqında yazılanlar barəsində cənab Hacı Salayev nə üçün susur. Axı, yazılanlar yalan olsaydı cənab Salayev təkzib tələb edər, öz mövqeyini açıqlayar, lap sonda məhkəməyə müraciət edərdi. Bütün bunların heç birini biznesmen-deputat etmir və susur. Müdriklər isə deyib ki, susmaq razılıq əlamətidir. Əslində deputat olduğu illər ərzində cənab deputatın səsini parlemtin tribunasından bircə dəfə də olsun eşidən olmayıb, hətta jurnalistlər Hacı Salayevi lal deputatlar siyahısında həmişə öndə yazıblar. Susmağın razılıq əlaməti olduğunu bildik. Amma bunun bir taktika olduğunu da başa düşməliyik. Hacı Salayev kimi biznesmen-deputatlar gözdən uzaq, mediadan iraq olmaqla, öz gizli və şübhəli fəaliyyətlərini sığortalayırlar. Ancaq media haradan olsa da qurdalayıb, Salayevin əməllərini ortaya qoyur. Deputatın biznes fəaliyyəti ilə məşğul olmasının qadağan olduğu hamıya bəllidir. Qanun buna imkan vermir. Ancaq Salayev kimiləri üçün qanun sanki kağız parçasından başqa bir şey deyil. Bəli, Salayev ixtisasca “tovaraved”dir, “Narxoz”u bitirib. Əvvəllər əmttəşünas kimi çalışıb. Sonradan Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə (Hərbi Əks-Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Nazirliyi) xidmətdə olub, hətta Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi vəzifəsində çalışıb. Ehtiyatda olan polkovnikdir. 2002-ci ilin noyabr ayından 2005-ci ilin mart ayınadək “TRUST” Mühafizə Şirkətinin Baş direktoru vəzifəsində işləyib. 2005-ci ilin avqust ayından 2006-cı ilin mart ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifəsində işləyib. 2010-cu ildə IV-cü Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2011- 2015-ci illərdə Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Hüquq Məsələləri Daimi Komissiyasının sədr müavini olub. 2015-ci ildə yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü olub. Bəli, görək Hacı Salayev korrupsiyaya qarşı necə mübarizə aparıb ? Özü deputat ola-ola biznes fəaliyyəti ilə məşğul olan Hacı Salayev korrupsiyaya qarşı necə mübarizə apara bilərdi ? Deputata məxsus “TRUST” mühafizə şirkətində minlərlə işçi çalışır. Və deputatın səhəri-axşamı bu şirkətdə keçir. Bundan əlavə cənab Hacı Salayevin “Lake Palace Hotel”i, tikinti məhsullarının istehsal və satışını həyata keçirən tikinti şirkətləri də var. Bu adam elə əsl korrupsionerdir də. Vergidən yayınmağı da öz yerində. Yeri gəlmişkən, Hacı Salayev yəhudi əsilli milyarder Telman İsmayılovla qudadır. Belə ki, deputatın oğlu milyarderin qızı il ailə qurub. Bu qohumluqdan sonra deputat daha da varlanıb. Ən dəhşətlisi odur ki, Hacı Salayevin oğlu Kənan Salayevin atasına məxsus “LAKE PALACE” otelində ölkənin elit dairələrinə aid olan məmurların övladları üçün qumar masası yaratdığı iddia olunur. Kənan Salayevin yaxın dostu Ayazın “LAKE PALACE”-də Aynar Məmmədova böyük məbləğdə pul uduzması da iddialar arasındadır. Aynar Məmmədov isə sabiq nazir Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun oğludur. “LAKE PALACE” otelində ayrı-ayrı nömrələrdə gecə saatlarında qumar masası təşkil edir. Bildirilir ki, oteldə qumar oynamağa gələn gənclər bir qayda olaraq ölkənin tanımış məmurlarının övladları olur . Kənan Salayevin uşaqlıq dostu, sinif yoldaşı Ayaz adlı şəxs təkcə “LAKE PALACE” otelindəki qumar masalarını idarə etmir. Həmçinin Hacı Salayevin “Xəzər” çörək zavodu da Ayazın idarəsindədir. Bir sözlə, Hacı Salayevin gəlhagəlidir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Hacı Salayev Ramiz Mehdiyev üçün sinəsini qabağa verənlərdən olub, “boz kardinala” görə, lazım gələndə dünyanı qarışdırıb, kimləri üz-üzə qoymayıb. Mehmanla bağlı deyilənlər də öz yerində. Görəsən, Salayev indi Ramiz Mehdiyev üçün nələrindən keçər..? Niyə susursan, cənab Salayev ? //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17 |
|
|
|
• “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15 |
|
|
|
• Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35 |
|
|
|
• İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28 |
|
|
|
• Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22 |
|
|
|
• "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56 |
|
|
|
• Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42 |
|
|
|
• Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35 |
|
|
|
• Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24 |
|
|
|
• Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21 |
|
|
|
• Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19 |
|
|
|
• Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15 |
|
|
|
• “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12 |
|
|
|
• Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07 |
|
|
|
• COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30 |
|
|
|
• Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26 |
|
|
|
• Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03 |
|
|
|
• Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58 |
|
|
|
• "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52 |
|
|
|
• Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50 |
|
|
|
• “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06 |
|
|
|
• Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03 |
|
|
|
• Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08 |
|
|
|
• ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38 |
|
|
|
• "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36 |
|
|
|
• Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29 |
|
|
|
• SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25 |
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Dünən, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Dünən, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Dünən, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Dünən, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Dünən, 07:19 |
|
|
|
• İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Dünən, 07:12 |
|
|
|
• "ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Dünən, 06:44 |
|
|
|
• İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Dünən, 06:38 |
|
|
|
• Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Dünən, 06:33 |
|
|
|
• Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Dünən, 06:24 |
|
|
|
• “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Dünən, 06:20 |
|
|
|
• Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Dünən, 00:30 |
|
|
|
• DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Dünən, 00:24 |
|
|
|
• Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA - VİDEO
Dünən, 00:19 |
|
|
|
• "Getdiyiniz yerləri araşdırın, maraqlanın..." - ÇAĞIRIŞ
Dünən, 00:10 |
|
|
|
|