Ermənistan KTMT-ni münaqişəyə cəlb etməyin yolunu tapa bilmir - GƏLİŞMƏ
Tarix: 30-09-2020, 16:00 | Çap et
Bildiyimiz kimi, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Lakin Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görməyə başlayıb və ordumuzun əks hücum əməliyyatları davam edir. Hazırda isə Qarabağda aktiv döyüşlər gedir və Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir.
Proseslərin gedişində erməni tərəf növbəti təxribata əl atdı – Vardenis rayonundan Daşkəsəni atəşə tutdu. Təbii ki, buna qarşılıq olaraq Azərbaycan Ordusu da Vardenisə zərbə endirdi. Bundan sonra Yerevan hay-haray salmağa başladı ki, Azərbaycan hərbi əməliyyatları Ermənistan ərazisinə daşıyır.
Ehtimallar var ki, erməni tərəf bununla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək istəyir. Bəs, buna nail ola biləcəkmi?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, siyasi elmlər doktoru Hikmət Babaoğlu AYNA-ya deyib ki, Azərbaycan Ordusunun güclü əks-hücumu nəticəsində Ermənistan ordusu və onu idarə edənlər, o cümlədən informasiya müharibəsində Azərbaycana qarşı vuruşanlar artıq əqli nəzarəti itiriblər: “Çünki ermənilər yaydıqları klassik dezinformasiya prosesində də öz dediklərini təkzib edirlər. Belə ki, bir tərəfdən Azərbaycan Ordusunun Ermənistanın Vardenis rayonu ərazisində mülki nəqliyyat vasitəsini vurduğunu, digər tərəfdən isə xəsarət alanların olmadığını deyirlər. Əslində, bunun dezinformasiya olduğu elə məlumatın öz məzmununda yer alıb. Çünki bu, məntiqlə izah olunan hadisə deyil”.
“Ermənistan bütün vasitələrlə regiona mütləq şəkildə başqa qüvvələri, xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etməyə çalışır. Ancaq bu, şübhəsiz ki, baş tutan deyil. Çünki Azərbaycan əsla və əsla heç vaxt nə mülki obyektləri, nə də sivil əhalini hədəf seçib. Həmişə Qarabağ müharibəsi ərzində belə olub. Azərbaycan öz prinsiplərinə, öz əxlaqına və hüquqi dəyərlərinə sadiq olduğu üçün belə bir addım atmayıb və bundan sonra da atmayacaq. Ona görə də bu iddia tamamilə yalandır”, - deputat bildirib.
Babaoğlu KTMT-nin münaqişəyə cəlb edilməsi məsələsini inandırıcı hesab etmir: “Bu vasitədən ermənilər özləri də əllərini üzüblər. Elə bu gün qondarma və separatçı rejimin liderlərindən biri Rusiya telekanallarından birinə açıqlamasında KTMT-nin regiona gələ bilməyəcəyini, çünki “müstəqil dövlət olaraq” sözügedən təşkilatın üzvü olmadıqlarını bildirib. Buna baxmayaraq, ənənəvi müttəfiqləri Rusiyadan kömək gözlədiklərini də dilə gətirib. Göründüyü kimi, bu çağırışın özündə də qeyri-müəyyənlik və separatçıların arzuları əks olunub. Ermənilər KTMT-ni regiona cəlb etmək istəsələr də, bunun nə hüquqi, nə də siyasi yolunu tapa bilirlər. Çünki haqsızdırlar. Azərbaycan isə beynəlxalq hüquqa əsaslanan hərəkətlər edir, öz torpaqlarından işğalçıları və terrorçuları təmizləyir. Buna görə də Ermənistana heç bir regional və beynəlxalq təşkilat dəstək verə bilməyəcək. Çünki onlar terroruçudurlar”.
Müsahibimiz 30 illik münaqişə tarixində Azərbaycanın ermənilərin hər cür hücumuna məruz qaldığını vurğulayıb: “Onlardan biri də informasiya təxribatıdır. Biz bu prosesdə əldə etdiymiz təcrübəyə əsaslanaraq deyə bilərik ki, ermənilər öz etdiklərini bizim adımıza yazmağa cəhd edirlər. Son Tovuz döyüşlərindən sonra da regiona, Dağlıq Qarabağa və işğal olunmuş bütün ərazilərə terrorçuları gətirdikləri halda, onu Azərbaycanın adına yazmağa çalışdılar ki, guya Azərbaycan Yaxın Şərqdən terrorçular gətirməyə başlayıb. İndi də Azərbaycanın mülki obyektlərini, sivil vətəndaşlarını atəşə tutmaqla, bunu azərbaycanlıların etdiyini dünyaya təqdim etməyə çalışırlar. Amma şübhəsiz ki, bu müddət ərzində əldə etdiyimiz təcrübə və aldığımız qabaqlayıcı tədbirlər erməni dezinformasiyasının əvvəlki qədər inandırıcı və geniş yayılmasının qarşısını alır”.
“Bu, həm də Azərbaycanın əldə etdiyi nailiyyətlərdən biridir. Ona görə də Ermənistan artıq informasiya müharibəsində də beynəlxalq ictimaiyyət qarşısında işfa olunub. Bütün həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb və ədalətli olan hər kəs başa düşür ki, Azərbaycanın davası haqq davasıdır. Çünki Azərbaycan işğala məruz qalan ölkədir, öz torpaqlarını azad etmək onun beynəlxalq hüquqla təsdiq edilmiş konstitusion vəzifəsidir və Azərbaycan da bunu edir”, - Milli Məclis üzvü fikrini yekunlaşdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
|