Sahil Babayevin işçiləri bu ailəyə rədd cavabı veriblər... - Quba sakini acınacaqlı durumda...
Tarix: 31-08-2020, 09:10 | Çap et
Qubanın kiçik kəndlərindən olan Qamqamda lap uzaqdan gözə nimdaş bir ev dəyir. Nemətullayevlər ailəsi burada əziyyətlə yaşayır. DİA.AZ bildirir ki, iki uşaq anası Turac Nemətullayeva ikinci övladı doğulandan sonra Hepatit C-yə yoluxub. 36 yaşlı qadın buna görə Quba Rayon Mərkəzi Xəstəxanasının tibbi heyətini günahlandırır.
“Dörd il əvvəl yoluxmuşam. Uşaq yaşyarım olanda xəbər tutdum. Doğuşdan sonra təxminən bir həftə qaldım. Hamiləlik vaxtı xəstəxanada analizlər vermişdim, heç bir problem çıxmamışdı. Çıxandan sonra heç vaxt iynə vurdurmamışam, diş çəkdirməmişəm, başqasından mənə virus keçirə biləcək heç nə eləməmişəm. Nə olubsa, xəstəxanada baş verib”.
Xəstəlikdən əziyyət çəkən qadın deyir ki, bundan xəbər tutan kimi xəstəxananın baş həkimi ilə görüşüb, ona sənədlərlə haqlı olduğunu sübut edib: “Kağızlara baxanda əmin oldu ki, məndə əvvəllər Hepatit C olmayıb. Qorxurdu ki, polisə verərik. Mənə bircə xəstəxanada pulsuz analizlər qaldı. Başqa heç nə...”
Ailənin yaşadığı ev çox köhnədir. Düz-əməlli döşəmə, tavan yoxdur, pəncərələr şüşəsiz qalıb. Bir neçə yerdə şüşəni müşəmbənin əvəz etdiyi nəzərə çarpır: “Yağış yağanda evin içi su olur. Evin neçə yerində deşik var. Uşaqlar tez-tez xəstələnir. Nəmişlik olur. Yayda evə kərtənkələ daraşır. Evin hər yerinə qab-qacaq düzürük ki, yağış içinə tökülsün. Qışda buralarda dəhşət soyuq olur. Dizə qədər qar yağır. Belə evlə qışın qarşısına çıxmaq olmur”.
Evdə çox əşya yoxdur. Turac xanım danışır ki, həyat yoldaşı Mətləb Nemətullayev uşaq evində böyüyüb, kimsəsiz olub. Buna görə də həmişə çətinlik içində yaşayıb: “Onu yaşlı adamlar götürüb saxlayıb. Mən 2013-cü ildə gəlin gələndə atası sağ idi. O vaxt qohumları deyirdi ki, Mətləblə evlənəndən sonra sizə dayaq olacağıq. Amma sonradan evimizdə nə dəyərli əşya vardısa, daşıyıb apardılar”.
Qadın təəssüflə deyir ki, həyat yoldaşı da xəstədir, böyrəyində daş var...
Turac Nemətullayevanın sözlərinə görə, ərini məhz böyrəyində daş əmələ gələndən sonra işlədiyi qaz idarəsindən kənarlaşdırıblar. Mətləb Nemətullayev şiddətli ağrılara görə bəzən işə gedə bilmirmiş. Günlərin birində tamamilə işsiz qalıb: “Dəhşət sancıları olurdu. İşdən çıxardılar. Onda hələ karantin elan olunmamışdı. Qoy yadıma salım... Keçən ilin payızında. Deyirdilər ki, əməliyyat lazımdı. Türkəçarə elədik nə qədər. Ot dəmləyib verirdim ona”.
Bir neçə gün əvvəl həkim ona deyib ki, böyrəyindəki daş balacalaşıb, daha əməliyyata ehtiyac yoxdur. Ailə bununla bir az təskinlik tapır. İndi daşın düşəcəyi günü gözləyirlər.
Turac Nemətullayeva deyir ki, problemlər içində elə qovrulur, öz müalicəsini tamam unudub. Çünki ailənin buna heç imkanı yoxdur. Evə daimi pul gəlmir. Təkcə analizlərə isə 700 manat tələb olunur.
“Müalicə üçün təkcə öz hazırladığım doşabdan istifadə eləyirəm, başqa heç nə”, - qadın çox çarəsiz görünür...
Turac Nemətullayeva həyətdəki tut ağacını göstərir. Deyir ki, doşab hazırlamağa işə yarayır: “Qışda dəyər-dəyməzə satıram. Alça qurudub satıram. Beləcə acından ölməməyə çalışırıq. Anam pensiyasından kömək eləyir. Sosial şəbəkələrdə neçə dəfə yardım istəmişəm. Apreldə Qubadan bir nəfər təxminən 100 manatlıq ərzaq yardımı eləmişdi. Dünənə qədər həmin ərzağın qalığından bir şey hazırlayırdım. İndi evdə bir çimdik un yoxdu ki, nəsə bişirib uşaqlara verim”.
Mətləb Nemətullayev qaz idarəsində işini itirəndən sonra fəhləlik etməyə başlayıb. Qamqamda, Qubada nə iş tapırsa, arxasınca gedir.
“Daş daşıyır, torpaq yükləyir. Neyləsin?! Onun da arxası, dayağı yoxdu. İndi ər-arvad hər ikimiz iş axtarırıq. Çox ağır vəziyyətdəyik”, - həyat yoldaşı kədərli-kədərli danışır.
Ailə sosial yardım almağa da cəhd göstərib. Amma kənd adamların əksəri kimi pay torpaq bəhanəsi ilə rədd cavabı alınıb.
Ailəni kommunal xərclər də çox sıxır. Xeyli borc yığılıb: “İşığa 100, qaza 300 manatdan çox borcumuz var. 2018-dən sonra qazpulu ödəyə bilməmişik. Qazı kəsmək istəyəndə yoldaşım qarşılarına çıxdı. Orada işləyib deyə, ağız açdı ki, kəsməsinlər. Qulaq asmadılar. İndi bağdan yığdığımız çör-çöplə həyətdə ocaq qalayırıq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
|