DİA.AZ: - "Martın 18-nə Bakı-Moskva reysi üçün 3 ədəd bilet almışdım və 28.000 rubl (700 manat) pul ödəmişdim. Artıq 5 aydır ki..." DİA.AZ bildirir ki, bu sözləri Bakı sakini Rüstəm Rüstəmov "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşıb.
Daha sonra narazı vətəndaş yazır: "5 aydır ki, Azərbaycan Hava Yolları mənim pulumu geri qaytarmır. Yəni buna nə ad vermək olar?
Artıq 3-cü gündür yazdığım ismarıcı cavablamırlar. Zəng etdim və 34 dəqiqə zəngimə cavab verən olmadı. Belə çıxır ki, AZAL "Ölən dirilmir" prinsipi ilə işləyir..."
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...