Melorasiya və Su Təsərrüfatı ASC-nin “Ruzi”si 6 ay ərzində 58 tender "udub" - İcazə verin, şübhələnək...
Tarix: 23-07-2020, 09:29 | Çap et
Azərbaycanda korrupsiyanın nəinki təşəkkül tapdığı, hətta əndazələri aşdığı da məlumdur. Ard-arda məmur həbsləri, üzə çıxan dəhşətli korrupsiya faktları bu prosesin çox dərinlərə işlədiyini, artıq qarşısıalınmaz bir şey çevrildiyindən xəbər verir. Görülən tədbirlərin nə qədər effektiv olduğunu demək də çətindir. Çünki dəyişən heç nə yoxdur.
Ölkədə ən korrupsiyalaşmış qurumlar sırasında Meliorasiya və Su Təsərrüfatı ASC öncül yerlərdən birini tutur. Hər il büdcədən yüz milyonlarla manat pul alan bu qurumun yarıtmaz fəaliyyəti də göz qabağındadır. Neftçala və Salyan rayonlarının susuzluqdan əziyyət çəkməsi, Aran bölgəsində məhsulun susuzluq üzündən yanması, Kürün deltasının təmizlənməməsi bunun əyani sübutlarındandır. Halbuki sözügedən qurum hər il təkcə, Kürün deltasını təmizləmək adı ilə milyonlarla manat pul silir. Ki, 2010-cu ildən bəri mütəxəssislər israrla Kürün deltasının təmizlənməsinin vacib olduğunu tələb edirlər.
Meliorasiya və Su Təsərrüfatı ASC isə bütün bu deyilənləri kənara qoyaraq, özünə “Ruzi”li iş tapıb. Belə ki, sözügedən qurum 46 gün içərisində, yəni 29 yanvar-14 mart aralığında “Ruzi” MMC adlı şirkətə 39 tender verib. “Qalib gəlib” ona görə yazmırıq ki, burada sağlam rəqbət yolu ilə tenderdə qalib olmaq imkansızdır. Və “Ruzi” MMC-yə həmin 39 tenderə görə, 6.7 milyon manat pul verilir.
Rəsmi statistikaya diqqət yetirdikdə belə məlum olur ki, “Ruzi” MMC bir gündə hətta 5 tenderin qalibi olub. Nəzərinizə çatdıraq ki, bu təkcə, bu ilin əvvəlindən mart ayına qədər olan göstəricilərdir. Təsəvvür edək ki, ötən illərdə də “Ruzi” MMC-yə nə qədər tender verildiyi məlum deyil. Bunu təsdiq edəcək bir başqa fakt daha var.
“Ruzi” MMC 14.03.2020-ci ildən sonra da “Ruzi”siz “yola” çıxmayıb. Əksinə, ümumi dəyəri 2 milyon manata yaxın daha 19 tenderin “qalibi” elan edilib. Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC ilə “Ruzi” MMC arasındakı so 6 aylıq “əməliyyatlar” 58 tender hesabına, büdcəyə 9 milyon manat “yük olub”. Maraqlı məqam odur ki, sözügedən şirkət aldığı pulun müqabilində hansı işləri görüb ki, yayın oğlan çağında Aran bölgəmiz, Neftçala rayonu susuzuluqdan yanır?
Rəsmi sənədlərə diqqət yetirdikdə aydın olur ki, keçirilən tenderlərdə tərəflərin bir birilərinin üzərində öhdəlikləri var. Meliorasiya və Su Təsərrüfatı ASC-nin öhdəliyi pulun ödənilməsidir. “Ruzi” MMC isə işlərin icrasını həyata keçirməlidir. Sənədlərə diqqət yetirdikdə məlum olur ki, “Ruzi” MMC Meliorasiya və Su Təsərrüfatı ASC üçün nasos stansiyaları, hidrotexniki quruğular, maşınlar, nasoslar üçün ehtiyat hissələri almalı, təmir etməli və bu qəbildən olan, hətta tikinti işlərini belə həyata keçirməlidir.
Bizim üçün maraqlı məqamlardan biri də odur ki, Hesablama Palatası 6 ay içində 58 tenderin “qalibi” olmuş şirkətdən necə xəbərsiz olub? Və ya Palata Meliorasiya və Su Təsərrüfatı ASC-nin bir şirkətə 6 ay içində 58 tenderi necə verdiyini niyə araşdırmayıb? Elə ilk baxışdan aydın görünmürmü ki, burada korrupsiya və yeyinti var?
Bildirək ki, “Ruzi” MMC-nin kimə məxsus olduğu barədə araşdırmalarımız nəticə verməyib. Amma bu istiqamətdə dəqiqləşdirmələrimiz davam edir. Hər halda bu şirkətin Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinə yaxın olması istisna deyil. Çünki belə böyük həcmli tenderləri “özgə” şirkətlərə nə verərlər, nə də yedirdərlər. Məsələ ilə bağlı adları çəkilən qurumların da mövqeyini dərc etməyə hazırıq. (JAMAZ.İNFO)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
|