Deməli, bu milyonlar Fazil Məmmədovun cibinə axıb... - Mikayıl Cabbarov əslində keçmiş naziri ifşa edib...
Tarix: 7-12-2019, 10:24 | Çap et
Bu günlərdə Azərbaycanda vergi orqanlarının rəhbərliyində dəyişikliyin 2 ili tamam olur. 2017-ci ilin 5 dekabrında Prezident İlham Əliyev Fazil Məmmədovun vergilər naziri vəzifəsindən azad olunaraq, yerinə Mikayıl Cabbarovun təyin edilməsinə dair sərəncam imzalayıb.
17 il vergilər naziri olmuş F.Məmmədovun bu sistemdə yaratdığı korrupsiya mexanizminin rəsmi şəkildə ilk tənqidi yeni nazirin kollektivə təqdimatı zamanı dilə gətirilmişdi: Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev vergi sistemində ciddi nöqsanların olduğunu söyləmişdi.
Daha sonra ölkə Prezidenti bir neçə dəfə çıxışlarında vergi orqanlarının fəaliyyətindəki ciddi problemləri kəskin tənqid etdi. Məsələn, 2018-ci ilin 9 ayının yekunlarına həsr olunmuş hökumət müşavirəsindəki çıxışında vergi-gömrük sistemindəki şəffaflıq və kölgə iqtisadiyyatının yaratdığı problemləri dilə gətirdi: “Vergi orqanlarında da ciddi struktur islahatları aparılır. Bu barədə nazir məlumat verdi. Mən qeyd etməliyəm ki, bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır. Düzdür, heç bir ölkədə buna 100 faiz nail olunmayıb, hər bir ölkədə kölgə iqtisadiyyatı var, amma bunun dərəcəsi var. Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır. Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər. Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır. Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq. Bütün müvafiq qurumlara göstəriş verildi, ilk növbədə Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq”.
Bu çıxışda vergi sistemindəki qanunsuzluq və korrupsiya hallarında günahkar olan bütün tərəflər açıqlığı ilə dilə gətirilib: vergidən yayınmağa çalışan sahibkar, onu himayə edən yüksək vəzifəli məmurlar, rüşvət müqabilində buna göz yuman vergi əməkdaşı. Məhz bu üç tərəfin “səmərəli” əməkdaşlığı nəticəsində uzun illər boyu Azərbaycanda kölgə iqtisadiyyatı çiçəkləndi, milyardlarla manat büdcədən yayındırıldı. Bu vəziyyətdə Vergilər Nazirliyinin yeni rəhbərliyinin qarşısına çox ağır bir iş qoyulmuşdu. Bu işin uğurla icrası zamanı bir neçə istiqamətdən gələn təzyiq və hücumlara qarşı durmaq lazım gəldi: rüşvətxorluğa, korrupsiyaya öyrəşmiş vergi əməkdaşları, arxalı sahibkarlar, öz biznesini himayə edən yüksək vəzifəli məmurlar. Belə bir şəraitdə Vergilər Nazirliyinin yeni rəhbərliyi şəffaflaşma prosesinə start verdi. İlk öncə sahibkarlar, vətəndaş cəmiyyəti nümayəndələri və müstəqil ekspertlərlə müzakirələrə, aktiv dialoqa başlandı. Vergi qanunvericiliyində şəffaflığı dəstəkləyəcək, iqtisadiyyatın kölgədən çıxmasına şərait yaradacaq, eyni zamanda ölkənin kəskin ehtiyac duyduğu kiçik və orta biznesin inkişafına təkan verəcək dəyişikliklər üçün təkliflər toplandı və 2018-ci ilin oktyabrında parlamentə Vergilər Məcəlləsinə böyük dəyişiklikləri nəzərdə tutan qanun layihəsi təqdim olundu.
Eyni zamanda vergi orqanlarında əliəyriliyi vərdişə çevirən əməkdaşlar işdən azad olundu, yeni və təmiz reputasiyalı işçilər cəlb olundu. Bundan əlavə, vergi orqanlarında iş rejimindən tutmuş, işçi-rəis münasibətlərinə qədər bütün səviyyələrdə şəffaflıq təmin edildi.
Bu ilin yanvarından qüvvəyə minən vergi dəyişiklikləri Azərbaycanda yüksək inkişaf etmiş kölgə iqtisadiyyatının leqallaşdırılması yolunda mühüm addımlardan biri hesab olunur. Bu dəyişikliklər işəgötürənləri işçilərlə əmək münasibətlərini rəsmiləşdirməyə, sahibkarı mühasibatlığını kölgədən çıxartmağa həm stimullaşdırır, həm də sərt cəza rejimi və cəzalandırma mexanizmi ilə onları buna məcbur edir. Nəticədə bu ilin 9 ayında ölkə üzrə qeydiyyata alınan əmək müqavilələrinin sayı 126 min olub ki, bu da 9 faiz artım deməkdir. Yeni 126 min əmək müqaviləsinin 35 mini dövlət, 91 mini qeyri-dövlət sektorunda bağlanıb. Bundan əlavə, 2019-cu ilin 9 ayında Vergilər Nazirliyi plandan əlavə 350 milyon manatdan çox vəsait toplayıb. Və bu, heç bir təzyiqsiz, şəffaflıq və korrupsiyanın qarşısının alınması nəticəsində baş verib. M.Cabbarovun özü də bildirir ki, vergi yığımlarındakı ciddi artım Azərbaycan sahibkarının dövlətin uzatdığı əli qəbul etməsini göstərir və bu proses davamlı olacaq: “İstənilən vərdişin dəyişilməsi asan proses deyil. Yəqin ki, burada bir məqamı nəzərə almalıyıq: əgər dəyişiklik ediriksə, bunun müvəqqəti, yoxsa daimi olmasını məqsəd qoyuruq. Tamamilə aydındır ki, bu dəyişikliklər daimi, dönməz olmalıdır. Müvəqqəti dəyişikliyin həyata keçirilməsi o qədər də çətin deyil. Dövlətin inzibati resursu da, Vergilər Nazirliyinin funksional səlahiyyətləri və bacarıqları da imkan verir ki, biz bir sıra dəyişikliklərin daha qısa müddət ərzində həyata keçirilməsinə nail olaq. Lakin inzibati nəzarət bu və ya digər səbəbdən azaldığı halda, dəyişikliklərin geriyə dönmə riski daha yuxarı olur. Misal üçün, iqtisadiyyatın həcmi böyüyür, vergi ödəyicilərinin sayı artır və dünənki yanaşmaların sabah tətbiq edilməsi obyektiv səbəblərə görə mümkünsüz olur. Əgər biz daha uzun və daha mürəkkəb bir yolla gediriksə, başqa sözlə, vergi ödəyicisi ilə vergi orqanı arasında, vətəndaşla biznes arasında münasibətlərin təbiətinin dəyişilməsinə gediriksə, bəli, bu, daha mürəkkəb və daha uzun bir prosesdir. Amma bu, geriyə dönüşü olmayan bir prosesdir. Bu seçimi, düşünürəm ki, şüurlu şəkildə etməliyik”.
Ölkədə vergidənyayınma və kölgə iqtisadiyyatının səviyyəsinin nə qədər yüksək olduğunu M.Cabbarovun mətbuata verdiyi açıqlamalardan da aydın müəyyənləşdirmək mümkündür. Onun sözlərinə görə, pərakəndə ticarət və ictimai iaşə sahələrində çox böyük qeyri-formallıq müşahidə edilir. Sitat: “2018-ci ilin nəticələrinə görə, Dövlət Statistika Komitəsi ilə Vergilər Nazirliyinin rəqəmləri arasında çox böyük fərq olub. Bu fərq təxminən 7 dəfəyə qədər olub. Bu da bir daha kölgə iqtisadiyyatının həcmini göstərir”.
Vergilər Nazirliyinin 2018-ci ildə özəl klinikalarda apardığı yoxlamalar bu sahədə də çox böyük vəsaitlərin vergidən yayındırıldığını üzə çıxarıb. Nazirliyin yaydığı məlumata görə, ilkin araşdırmalar zamanı özəl tibb müəssisələrinin 77 faizində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 51 faizində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi, 61 faizində pul vəsaitinin uçota alınmaması hallarına rast gəlinib: “Xronometraj metodu ilə müşahidə yekunlaşdırılmış obyektlər üzrə 2018-ci ilin 9 ayı üzrə cari bəyannamədə göstərilən orta günlük dövriyyə məbləği 2,4 dəfədən çox artıb. Əldə edilmiş sənədlər üzrə aparılmış təhlillər zamanı əvvəlki dövriyyələrin 3,2 dəfə və ya təxminən 231 milyon manata yaxın gizlədildiyi aşkar edilib. Əməkhaqqı üzrə ödəmələrin yayındırılması halları müəyyən edilmiş 22 vergi ödəyicisi üzrə 2018-ci ilin 9 ayında bəyannamələrdəki məbləğlərinin real göstəricilərə nisbətən 7,6 dəfə az əks olunduğu müəyyən edilib. Bəzi özəl tibb müəssisələrinin rəsmi sənədlərində həkimlərə verilən aylıq əməkhaqqı məbləği 130-490 manat göstərilməsinə baxmayaraq, bu məbləğin bir sıra hallarda on minlərlə manat arası olduğu təsdiqini tapıb”.
Vergidənyayınma halları yalnız yuxarıda qeyd olunanlar deyil, tikinti, istehsal və digər sahələrdə geniş yayılmışdı. Son 2 ildə Vergilər Nazirliyi bu sektorlarda vəziyyəti düzəltmək üçün genişmiqyaslı fəaliyyətlər həyata keçirilib. Bu fəaliyyətlər kiçik və orta sahibkarlıq tərəfindən yüksək qiymətləndirilir. Bunu redaksiyamıza müraciət edən, yaxud həmsöhbət olduğumuz sahibkarların rəyindən asanlıqla görmək olur.
Yuxarıda qeyd etdik ki, vergi sistemindəki dəyişikliklər bir neçə istiqamətdən Vergilər Nazirliyinə hücumlara səbəb olur. Bunun bariz nümunəsi sabiq deputat İqbal Məmmədova məxsus istirahət mərkəzində vergi və polis əməkdaşlarına qarşı törədilən cinayət əməlidir. Daha yüksək səviyyəli və aşkarlanmayan hücumları isə prezident M.Cabbarovu iqtisadiyyat naziri təyin edən zaman qəbul edərkən dilə gətirib: “Haqsız rəqabət bizim üçün böyük yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən. Mən bilirəm, sizə nazir kimi, xüsusilə vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə çalışırdılar ki, bizim biznesimizə dəymə. Mən bilirəm ki, siz onların qarşısında çox mətanətlə çıxış etmisiniz. Mən bunu həmişə dəstəkləmişəm və sizə həmişə dəstək olmuşam. Demişəm ki, heç kimə baxmadan bütün işlər ən yüksək səviyyədə görülməlidir. Heç kim heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək”.
M.Cabbarov isə çıxışlarından birində bildirib ki, vergilər sahəsində prioritetləri aydındır: “Bunların sırasında vergi ödəyicilərinə ünvanlanmış ”Birlikdə kölgədən işıqlığa doğru!" fəlsəfəsi durur. Bu yolu biz birlikdə keçə bilərik və birlikdə də keçəcəyik. Şəffaflığın təmin edilməsi prioritet məsələdir və bu mənada biz öz tərəfimizdən asılı olanı edirik". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24 |
|
|
|
• Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05 |
|
|
|
• Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02 |
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Dünən, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33 |
|
|
|
|