Keçmiş məmurdan icra başçısına SƏRT İTTİHAMLAR - Özbaşınalıq
Tarix: 22-11-2019, 09:10 | Çap et
Lerik rayon sakini İbadov İlham Mürvət oğlu “Cümhuriyət” qəzetinə müraciət edərək evinin rayonun yerli icra qurumları tərəfindən qanunsuz müsadirə olunduğunu iddia edib.
Dövlət qurumlarına müraciət edən Lerik sakini bununla əlaqədar tədbir görülməsini istəyib: “Mən Lerik rayonunda bir sıra məsul vəzifələrdə işləmişəm. Bir müddət Lerik rayon İcra Hakimiyyəti aparatında hüquqşünas vəzifəsində çalışmışam. Lerik rayonu sakini olaraq başıma gətirilən hadisələr haqqında məlumat vermək istəyirəm. Mən 2009-cu ildən Lerik rayonunun mərkəzində ev almışam.
Lakin mənzilimin zorla əlimdən alınıb, içərisindəki əşyalar qanunsuz olaraq müsadirə edilib. Hətta 1976-cı ildən bu günə qədər yığdığımız əmlakdan xəbərimiz yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər bir vətəndaşın mülkiyyət hüququ var. Həmin maddənin 4-cü bəndinə əsasən, heç kəs məhkəmə qətnaməsi olmadan vətəndaşı mülkiyyətindən məhrum edə bilməz. Konstitusiyamızın 33-cü maddəsinə əsasən isə, hər kəsin mənzil toxunulmazlığı hüququ var. Qanunla müəyyən edilmiş hallarda və məhkəmə qətnaməsi istisna olmaqla, mənzildə yaşayan sakinlərin iradəsinin ziddinə olaraq heç kəs mənzilə daxil ola bilməz.
Konstitusiyamızın 68-ci maddəsinə əsasən, hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığını istisna edən vicdanlı davranışına hüququ vardır. Həmçinin, həmin maddənin 3-cü bəndinə əsasən, hər kəsin dövlət orqanlarının və yaxud onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını qorumaq və gözləmək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan Hüquqları və Azadlıqları haqqında” Konvensiyanın 2 saylı Protokolunun 1-ci maddəsinə görə, vətəndaşın mülkiyyət hüququ toxunulmazdır və hər kəsin mülkiyyət hüququ qorunmalıdır. Bu müddəaya görə, mənzil hüququ ilə bağlı Konstitusiyada da öz əksini tapıb”.
İ.İbadov bildirib ki, bununla əlaqədar bir sıra dövlət qurumlarına müraciət edib: “Bu ilin sentyabrın 24-də Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazovun qəbulunda olmuşam. Cənab nazirə Lerik rayonunda baş verən rüşvət və korrupsiya hərəkətləri haqqında geniş və ətraflı məlumat vermişəm. Necə olur ki, Lerik Rayonu İcra Hakimiyyəti aparatının rüşvət və korrupsiya işləri ilə əlaqədar səs yazısı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində təstiq olunub və respublikanın Baş Prokrorluğuna göndərilsə də, niyə aidiyyatı şəxslərlə bağlı cinayət işi başlanılmır? Daha sonra nazirə “Relax” İstirahət Mərkəzində baş verən qanlı olayların təfərrüatları, törəmə səbəbləri haqqında geniş söhbət açmışam. Elə həmin günün səhəri intiqam hissi ilə alışıb-yanan Lerik rayon İcra Hakimiyyətinin başçısına tabe olan şəxslər polisin köməyilə bizim evin qapısını sındırıb. Evimizə Şəfiqə adlı bir qadın saldırıb. Mən Lerik rayonunun icra başçısına və həmin hadisədə iştirakçı olan, 2 gün sonra rəhmətə gedən Komandir Məstiyevə zəng vurdum ki, siz hansı haqla mənim evimin qapısını sındırıb açarını dəyişmisiniz? O da mənə dedi ki, icra başçısı məni çağırıb bu işləri görməyi tapşırıb. Həmin qadın da başçının “Relax” istirahət mərkəzində işləyir. Bu, Müstəqil Azərbaycan Respublikasının hansı qanunu ilə həyata keçirilib?”
İlham İbadov qeyd edir ki, bu hadisələrdən sonra Lerik rayon İcra Hakimiyyətinin başçısı əlaqədar orqanlara bildirib ki, guya bizim evi üçəm dünyaya gətirən anaya verib: “O qadın uşaqları harada dünyaya gətirib? Hələlik mən məlumat verim. Həmin uşaqlar Rusiya Federasiyasında doğulub. Sonradan Azərbaycana gəliblər. Hal-hazırda 10-cu sinif şagirdləridir. Bu boyda ağ yalanı ölkə ictimaiyyətinə sırımaq olarmı? Mənim kimsənin ev almasına etirazım yoxdur, paxıllıq da etmirəm. Ancaq qisasçılıq, intiqam və qəzəb ruhlu İcra başçısı haqqında tədbir görülməsini Azərbaycan Respublikasının vətəndaşı olaraq xahiş və tələb edirəm”.
Məsələnin həlli ilə bağlı Prezident İlham Əliyevə müraciət edən İ.İbadov tədbir görülməsini xahiş edib: “Cənab Prezident nazir və komitə sədrlərini bölgələrə vətəndaşları qəbul etməyə göndərir, özü vətəndaşlarla görüşür, problemlərin həllinə yerindəcə tapşırıq verir. Ancaq rayondakı hadisə göstərir ki, biz heç kəsə şikayət etməyək, heç kəsə dərdimizi deməyək. Xahiş edirəm ki, bu faktın araşdırılmasını nəzarətə götürəsiniz.
Biz 2009-cu ildən aldığımız və yaşadığımız evə elektrik xətti, qaz xətti, telefon xətti çəkdirmişik. Hətta 2-ci mərtəbədə yaşadığımızdan həyətdəki anbarla yanaşı çardaqda da özümüzə yer ayırmışıq. Bütün bunlar orada yaşadığımızı sübut etmirmi?
Mən məhkəmə qətnaməsi vasitəsilə işimə qayıtmışdım. İcra başçısı qərəzkarlıq edərək məni aldadılb və Milli Məclisin deputatı İqbal Məmmədovun adamını mənim yerimə qoyduğunu bəhanə edərək bu günə kimi məni işsiz saxlayıb. Yoldaşım 2-ci qrup əlil və onkoloji xəstədir. Mən onun iynə-dərmanımı zorla, qonorar hesabına, günəmuzd işlərdə çalışmaqla ödəyirəm”.
Lerik sakini bu işə ədalətli baxılacağına ümid etdiyini vurğulayıb: “Mən və bizim ailə üzvləri həmişə dövlətə və dövlətçiliyə sadiq olmuşuq. Bu hərəkətlərin kimə qarşı olduğunu bilmirəm. Yuxarıda qeyd etdiklərim ölkə vətəndaşlarının konstitusion hüquqlarıdır. Dövlət başçısı deyir ki, icra orqanlarının rəhbərləri vətəndaşların qayğıları ilə yaşamalıdırlar. Lerik rayonunda isə İcra başçısı vətəndaşların hüquqlarını pozmaqla, onları gözümçıxdıya salmaqla məşğuldur. Bununla əlaqədar tədbir görülməsini xahiş edirəm. Mən bunları Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə və onun qaynar xəttinə zəng vuraraq bildirmişəm”.
Şikayət məktubunda göstərilən iddialarla bağlı Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovla əlaqə yaratmağa çalışsaq da, telefonlarımıza cavab verilmədi. Başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova ilə danışdıq. O, bizə məsələ ilə bağlı məlumata malik olmadığını və öyrənib məlumat verəcəyini bildirdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24 |
|
|
|
• Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05 |
|
|
|
• Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02 |
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Dünən, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33 |
|
|
|
|