“Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” .....                     Aqiyə Naxçıvanlıya ağır itki .....                     İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış .....                     Ərzaq məhsulları bahalaşacaq .....                     İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: .....                     Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: .....                     Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... .....                     Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq .....                     Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? .....                     19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? .....                     Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha .....                     "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. .....                     İranda hərbi təyyarə qəzaya uğrayıb .....                     İki düşmən Bakıya görə bir araya gəldi .....                     Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq! .....                     "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar .....                     Rüşvət alan hakimə hökm oxundu .....                     "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" .....                     Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb .....                     İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub .....                     Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? .....                     "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, .....                     Şahin Bağırovun 60 min vergi borcu var .....                     Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi .....                     Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir .....                     Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı .....                     “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” .....                     Yediyimiz niyə zəhər olur? .....                     Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb .....                     Ermənilər elə davranır ki... .....                     ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı .....                     İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir .....                     Tramp ilk müharibəni elan etdi .....                     Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... .....                     Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi .....                     “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” .....                     BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub .....                     "Məsələni ictimailəşdirmişdim" .....                 

Əli Əsədov dəyişikliklərə müavinlərdən başlayacaq? - Kimlər yol üstündədir?
Tarix: 15-10-2019, 08:52 | Çap et
Əli Əsədov dəyişikliklərə müavinlərdən başlayacaq?
Azərbaycan Nazirlər Kabinetinə yeni başçı təyinatından bir həftə keçib. Yeni baş nazir Əli Əsədov artıq vəzifəsinin icrasına başlayıb. Nazirlər Kabinetinin internet saytında yerləşdirilən məlumatdan aydın olur ki, oktyabrın 9-da Ə.Əsədov Gürcüstanın baş naziri ilə görüşüb. Sonra Əli Əsədovun adından Gürcüstanın baş naziri Giorgi Qaxariyanın şərəfinə şam yeməyi verilib.

İnternet mənbələrində baş nazirin fəaliyyətinə dair hansısa əlavə məlumat yoxdur. Nazirlər Kabineti rəhbərinin imzaladığı sonuncu qərarın altında Novruz Məmmədovun imzasıdır. Oktyabrın 4-də imzalanan “Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli Qərarında dəyişiklik edilməsi barədə" qərar oktyabrın 9-da sayta yerləşdirilib.

Onu da qeyd edək ki, Ə.Əsədovun Nazirlər Kabinetində ciddi kadr islahatları aparacağına dair məlumatlar yayılmaqdadır. Bildirilir ki, islahatların mühüm bir istiqamətini baş nazirin müavinlərinin dəyişdirilməsi təşkil edəcək.

Belə ki, hazırda baş nazirin bir birinci müavini, 3 müavini var. Birinci müavin postunu 2003-cü ildən indiyədək Yaqub Eyyubov tutur. Y.Eyyubov hökumətdə hərbi-müdafiə və yanacaq-energetika sahələrini kurasiya edir.

2013-cü ildən baş nazirin müavini vəzifəsini tutan Əli Əhmədov həm də hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icra katibidir. Ə.Əhmədov təhsil, səhiyyə və humanitar sahələri kurasiya edir.

Baş nazirin digər müavini Əli Həsənov bu postu 1998-ci ildən tutur. Nəhayət, baş nazirin sonuncu müavini Bakı Şəhər İcra Hakimiyyətinin sabiq rəhbəri Hacıbala Abutalıbovdur. O, 2000-2001-ci illərdə bu postu tutub, daha sonra Bakıya rəhbər təyin olunub, 2018-ci ilin prezident seçkilərindən sonra yenidən Nazirlər Kabinetindəki işinə qayıdıb. Hacıbala müəllimə baş nazirin əvvəlki müavini Abid Şərifovun məsul olduğu sahələr - kommunal təsərrüfat, fövqəladə hallara qarşı mübarizə və sair sahələr həvalə edilib.

Xatırladaq ki, N.Məmmədovun baş nazirlikdən təqaüdə çıxması ilə əlaqədar getdiyi bildirilirdi. Bu isə faktiki olaraq, təqaüd yaşı çoxdan çatmış olan baş nazir müavinlərinin də analoji addım atmasının gərəkdiyini göstərir. Belə ki, baş nazirin birinci müavini Y.Eyyubovun 75 (1945-ci il təvəllüdlüdür), Əli Əhmədovun 66 (1953), Ə.Həsənovun 72 (1948), H.Abutalıbovun isə 76 yaşı var. Onlardan yalnız Ə.Əhmədov yaşda N.Məmmədovdan kiçikdir. Sadə məntiqlə götürdükdə, N.Məmmədov yaşına görə baş nazirlikdən imtina edirsə, onun ən azı 3 müavini üçün bu qərarın alınması vaxtı çoxdan yetişmiş olmalıdır.

Yeni baş nazirin Nazirlər Kabinetində aparacağı dəyişikliklər sırasında ilk olaraq müavinlərin yeni kadrlarla əvəzlənməsinin qeyd olunması, görünür, bu yanaşmadan irəli gəlir. Bildirilir ki, Ə.Əsədov ölkə rəhbərliyinə gənc və operativ şəxslərlə işləmək arzusunu çatdırıb və müsbət cavab alıb. Ölkə rəhbərliyinin də Nazirlər Kabinetinin peşəkar komanda tərəfindən idarə olunaraq, iqtisadiyyatda, iqtisadi siyasətin müəyyənləşməsində daha aktiv rol almasında maraqlı olduğu qeyd edilir.

Ə.Əsədova həmçinin Azərbaycanda iqtisadi islahatların davamı olaraq həyata keçirilməsi gözlənilən mühüm proseslərə rəhbərliyin həvalə olunması gözlənilir. Təsadüfi deyil ki, onun təqdimatı müzakirə olunarkən əksər iqtidar təmsilçiləri məhz bu məsələni qabardaraq, ölkə prezidentinin həyata keçirəcəyi yeni islahatların daha çevik hökumət tələb etdiyini bildirmişdilər. Məsələ burasındadır ki, uzun illər iqtisadi blokda yüksək vəzifə tutan Ə.Əsədovun Azərbaycan iqtisadiyyatına yaxından bələd olması burada kök salmış fundamental problemlərin həllində mühüm rol oynaya bilər. Belə ki, hazırda Azərbaycanda biznesin inkişafı qarşısında duran əsas maneələr qismində inhisarçılıq, onun kökündə isə məmur oliqarxiyası göstərilir. Ölkədəki biznes mühitinin real vəziyyətini bilən yeni baş nazirin məmur-biznes əlaqələrinin qarşısını almaq, inhisarçılığı zəiflətmək üçün daha effektiv mexanizmlərin tapılmasında rolu böyük ola bilər. Bunun üçünsə ona çevik, dünya təcrübəsindən məlumatlı, eyni zamanda mövcud məmur oliqarxiyası ilə əlaqəsi, yaxud münasibətləri olmayan komanda lazımdır.

Maraqlıdır ki, uzun illər boyu baş nazirin müavini postunu tutub, məsul olduqları sahələr üzrə böyük təcrübə qazanmış şəxslərin əvəzlənəcəyi xəbəri heç də hamı tərəfindən müsbət addım kimi dəyərləndirilmir. Hesab olunur ki, hazırkı baş nazir müavinlərindən bəzilərini əvəz edəcək gənc kadr tapmaq müşkül məsələdir...
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48
Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45
İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05
Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02
İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02
Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00
Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58
Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02
Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52
Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46
Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43
19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24
Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20
"Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19
İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13
İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10
Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01
"Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59
Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56
"Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54
Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47
Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41
"Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39
Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35
Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34
Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31
Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19
Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00
Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56
Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47
İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44
Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36
Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35
Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27
BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24
"Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18
4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15
Ov mövsümü açıq elan edilib
Dünən, 15:12
Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04
Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37
Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33
Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Dünən, 14:02
Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Dünən, 14:00
ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Dünən, 13:58
MDB dövlət başçıları görüşəcəklər
Dünən, 13:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru