Mandatı ləğv edilən deputat qandallana bilər - GƏLİŞMƏ
Tarix: 3-10-2019, 09:05 | Çap et
Deputat vəsiqəsini girov qoyub, sələmə milyonlarla dollar pul götürən və həmin vəsaitləri geri qaytarmayan Rəfael Cəbrayılovun deputat səlahiyyətlərinə oktyabrın 2-də rəsmən xitam verildi.
Belə ki, sentyabrın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
APA-nın xəbərinə görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.
İclasda qeyd edilib ki, Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etməsi ilə əlaqədar Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.
Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.
“Rafael Cəbrayılov Milli Məclisə müraciətində qeyd edib ki, III və IV çağırış deputat vəsiqəsini girov qoymayıb”.
Bunu isə MSK katibi Mikayıl Rəhimov deyib. MSK katibi bildirib ki, R. Cəbrayılov müraciətdə bunun yalan olduğunu vurğulayıb.
“Məktubda bildirib ki, bu məsələ tamamilə yalandır. Vəsiqəsi özündədir. Qeyd edim ki, onun 15 illik deputat fəaliyyəti ilə bağlı MSK-ya xüsusi şikayətlər daxil olmayıb. Son dövrlər mətbuatda yazılanlar isə onun nə qədər qeyri-səmimi davrandığını göstərir. Deputat mandatından kənar fəaliyyətlə məşğul olursansa, bu, həm öz adına, həm də Milli Məclisə xələl gətirir. Arzulayırdıq ki, deputat qanunazidd hərəkətlər etməsin. Əgər deputat mandatından imtina etmək istəyirdisə, o, birinci növbədə Mərkəzi Seçki Komissiyasına müraciət etməli idi. Ancaq o, Milli Məclisə müraciət edərək, onların mərhəmətinə sığınmaq istəyib. Onun mandat daşımağa haqqı yoxdur”, - deyə o əlavə edib.
Rəfael Cəbrayılovun məlum hərəkətləri ilə bağlı YAP-dan da mövqe bildirilib.
Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat katibi, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Hüseyn Paşayev deyib ki, Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoymaqla öz seçicilərinin etimadını tapdalayıb: “Biz bu hərəkəti nəinki hüquqazidd, hətta mənəviyyatsız hərəkət kimi qiymətləndiririk. Rafael Cəbrayılovun əməlləri özünün və mətbuatın vasitəsilə də təsdiq olunub”.
Nəzərə çatdıraq ki, Rəfael Cəbrayılov deputat olduğu müddətdə dəfələrlə adı müxtəlif qalmaqallarda hallanıb. Bir neçə il öncə onun banklara da kələk gəldiyinə dair faktlar ortaya çıxmışdı. Sentyabrda isə bir neçə vətəndaş, əsasən xanımlar məhkəməyə, mətbuat orqanlarına müraciət edərək, R.Cəbrayılovun onlardan aldığı borcu geri qaytarmadığını bildiriblər. Sabiq deputatın borc sahibləri ilə mübahisələrini əks etdirən videolar da mediada yayılmışdı.
Bu ittihamlar qarşısında bir neçə gün susan deputatdan istefa verməsi tələb olunmuşdu. Bununla bağlı YAP-ın rəsmi şəxsləri də çağırışlar etmişdilər. Nəhayət, sentyabrın 30-da Rəfael Cəbrayılov mandatından imtina etməsi barədə Milli Məclisə müraciət ünvanlayıb. Parlamentin deputat mandatına xitam vermək səlahiyyəti olmadığından müraciət aidiyyəti üzrə MSK-ya yönləndirilmişdi.
Maraqlısı odur ki, R.Cəbrayılov mandatından imtina etdiyi gün mətbuat konfransı keçirərək, özünü “təmizləməyə” çalışmışdı. Lakin o, danışdıqca daha da biabırçı duruma düşmüş, növbəti dəfə medianın və ictimaiyyətin qınağına tuş gəlmişdi.
Dünən belə informasiyalar da yayıldı ki, Rəfael Cəbrayılovun qanunazidd əməllərinə dair cinayət işi başlanacaq. Bir çox mənbələr onun barəsində cinayət işi açılaraq, ittiham elan ediləcəyini və qandallanacağını iddia edirlər. Hər halda, bunun üçün kifayət qədər qanuni əsaslar var. Üstəlik də o, özü etiraf etmiş olub ki, deputat olduğu müddətdə bizneslə məşğul olub. Bunun özü də qanunsuzluqdur.
Nəhayət, YAP-ın və MSK-nın Cəbrayılovla bağlı sərt açıqlamaları onun hərəkətlərinə hüquqi qiymət veriləcəyini istisna etmir. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Dünən, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Dünən, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Dünən, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Dünən, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Dünən, 13:09 |
|
|
|
|